Məhkəmə qərarları › İş №2(020)-1089/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1089/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1089/2023 11.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə və qeydilərinə qarşı Beyləqan rayonunun ,Yuxarı Çəmənli kəndində yerləşən 7.7*3**1 ha kənd təsərrüfat təyinatlı torpağın Hərrac təşkilatının hərracın yekunları barədə olan 16 may 2*11-ci il tarixli N-53/*8 protokoluna və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə olan 16 may 2*11-ci il tarixli müqaviləyə əsasən 3187.5* manata qiymətləndirilərək “İcraçı Kredit Agentliyi" MMC Bank olmayan kredit təşkilatının hesabına keçirildiyindən və 3*.*6.2*11-ci il tarixli çıxarışa əsasən "xxxx" MMC Bank olmayan kredit təşkilatının mülkiyyətinə verilməsi səbəbinə görə ipoteka müqaviləsinə xitam verildiyindən ona və ailə üzvlərinə ünvan 1i ünvanında yerləşən 7.7*3**1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Beyləqan rayonunun ,Yuxarı Çəmənli kəndində yerləşən 7.7*3**1 ha kənd təsərrüfat təyinatlı torpağın Hərrac təşkilatının hərracın yekunları barədə olan 16 may 2*11-ci il tarixli N-53/*8 protokoluna və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə olan 16 may 2*11-ci il tarixli müqaviləyə əsasən 3187.5* manata qiymətləndirilərək “İcraçı Kredit Agentliyi" MMC Bank olmayan kredit təşkilatının hesabına keçirildiyindən və 3*.*6.2*11-ci il tarixli çıxarışa əsasən "xxxx" MMC Bank olmayan kredit təşkilatının mülkiyyətinə verilməsi səbəbinə görə ipoteka müqaviləsinə xitam verildiyindən ona və ailə üzvlərinə ünvan 1i ünvanında yerləşən 7.7*3**1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə müəyyən olunmuş forma və məzmununa riayət edilməklə verilməlidir. Lakin hazırkı iddia ərizəsinə surəti əlavə edilməmiş, iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Cavabdehin ünvanı iddia ərizəsində dədiq göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunan sənədləri geri qaytarır . Belə olan halda Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Beyləqan rayonunun ,Yuxarı Çəmənli kəndində yerləşən 7.7*3**1 ha kənd təsərrüfat təyinatlı torpağın Hərrac təşkilatının hərracın yekunları barədə olan 16 may 2*11-ci il tarixli N-53/*8 protokoluna və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə olan 16 may 2*11-ci il tarixli müqaviləyə əsasən 3187.5* manata qiymətləndirilərək “İcraçı Kredit Agentliyi" MMC Bank olmayan kredit təşkilatının hesabına keçirildiyindən və 3*.*6.2*11-ci il tarixli çıxarışa əsasən "xxxx" MMC Bank olmayan kredit təşkilatının mülkiyyətinə verilməsi səbəbinə görə ipoteka müqaviləsinə xitam verildiyindən ona və ailə üzvlərinə ünvan 1i ünvanında yerləşən 7.7*3**1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar