Məhkəmə qərarları › İş №2(020)-1181/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1181/2025

05.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1181/2025 05.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2017-ci ildə doğulmuş Ömər adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X5 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək himayəsində azyaşlı uşaq olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılıb iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə quraraq, nikahlarını 27 mart 2017-ci ildə “3 saylı Bakı ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində qeydə aldırmışlar. Onların birgə nikahlarından xx.xx.2017-ci ildə Ömər adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri 2023-cü ildə tamamı ilə kəsilmişdir. Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarındakı münasibət pozulmuş, uşaq onun himayəsində qalması müəyyən edilmişdir. Cavabdeh ona ilk vaxtlar köməklik edirdi. Həmin vaxt o, alimentdən imtina etmişdir. Lakin sonradan cavabdeh ona köməkliyi arada bir etməyə başlamışdır. Buna görə də, uşağına maddi cəhətdən yaxşı baxa bilmişdir. Hazırda uşağı onun himayəsində olmaqla onunla birlikdə yaşayır. Cavabdehlə 2023cü ildə ayrılmışlar və həmin vaxtdan uşağını tək saxlayır. Hazırda uşaq böyüdüyü üçün maddi imkan çatmır uşağı tək saxlamağa. Cavabdehin köməkliyi və yardımı olmadan uşağını saxlamaqda çox çətinlik çəkir. Lakin cavabdeh könüllü olaraq uşağına vaxtı vaxtında aliment ödəmir. Ona görə də Cavabdeh xx.xx.2017-ci ildə doğulmuş Ömər adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X2 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə teleqram göndərərək iddianı qəbul etdiyini və qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından nikahlarından xx.xx.2017-ci ildə Ömər adında 1 uşaqları anadan olmuşdur. Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(020)-1271 saylı qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikahın pozulması və uşağın iddiaçının himayəsində qalması təmin edilmişdir. Məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, iddiaçı X5 ilə Cavabdeh nikahlarını 27 mart 2017-ci ildə “3 saylı Bakı ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində rəsmiləşdirərək ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2017-ci ildə Ömər adında 1 uşaqları uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə «valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri)qeyri-müntəzəm, dəyişən olarsa …, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə almentin valideynin qazancından (gəlirindən)müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər.» Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə vəziyyəti,diqqətəlayiq digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli 15 nömrəli Qərarına əsasən 8.4-cü bəndə 8.4-1-ci yarımbənd əlavə edilmiş, həmin bəndə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İddiaçı cavabdehdən himayəsində olan uşağın saxlanması üçün sabit pul məbləğində hər ay 250 manat aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi ərizədə iddianı qəbul etdiyini göstərmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə 2025-ci ildə daxil olduğundan aliment sabit pul məbləğində 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinə müvafiq təyin edilməlidir. Məhkəmə iddiaçının yanında qalan bir nəfər azyaşılı uşağın əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin iddianı qəbul etməsini nəzərə alaraq aliment hər ay sabit pul məbləğində 250 manat müəyyən edilməlidir. Həmin məbləğ də hər bir uşağa görə minimum əmək haqqı məbləğinin 0,62 mislini təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı X3 hazırkı iddia ərizəsi 13 iyun 2025-ci il tarixdə məhkəməyə daxil olduğundan alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay xx.xx.2017-ci ildə anadan olan Ömər adlı uşağa görə minimum əmək haqqı məbləğinin 0,62 misli sonrakı artımlar nəzərə alınmaqla sabit pul məbləğində aliment tutularaq həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı X4 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. İddianın əsaslığı iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla kifayət qədər sübuta yetmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay xx.xx.2017-ci ildə anadan olan Ömər adlı uşağa görə minimum əmək haqqı məbləğinin 0,62 mislində sonrakı artımlar nəzərə alınmaqla sabit pul məbləğində aliment tutulub həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı X4 verilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar