Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1238/2024 05.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi(vəkili)Vəkil, Cavabdeh* iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh* və Beyləqan rayonu Aşıqalılar Bələdiyyəsinə qarşı(Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı satqı müqavilənin etibarsız hesab edilməsi və reyestr yazısının ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh* və Beyləqan rayonu Aşıqalılar Bələdiyyəsinə qarşı “alqı satqı müqavilənin etibarsız hesab edilməsi və reyestr yazısının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan rayonu Aşıqalılar bələdiyyəsi ilə Cavabdeh* arasında bağlanmış 22 avqust 20*9-cu il tarixli AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qanunvericiliyin tələbinin pozulması ilə bağlandığı üçün etibarsız hesab edilməsi, mübahisəli torpaq sahəsi ilə bağlı DƏDRXR PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsində Daşınmaz Əmlakın Dövlət reyestrində 65 nömrəli resyetr kitabının 53-cü vərəqində qeydiyyat nömrəsi *7*9006826 olan **.09.20*9-cu il tarixli reyestr yazısının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan rayonu Aşıqalılar kənd sakini X2 ilə ailə qurub onun valideynlərinə məxsus evə gəlin köçmüşdür. Sonradan ailədə yaranan münaqişə səbəbi ilə 20*6-cı ildə X6 rayon məhkəməsinə nikahın ləğv edilməsi barədə iddia ərizəsi ilə müraciət etmiş, lakin sonradan barışıq əldə olunmuş, onlar Calalın kredit götürdüyü pula, eyni zamanda 20*7-ci ildə qardaşı Cavabdeh* nisyə satdığı avtomobilin pulunun hesabına Calala məxsus 0,*2 ha torpaq sahəsində 20*7-20*8-ci illərdə ev tikərək yaşamağa başlamışlar. Həmin evdə yaşayan zaman Calalın evə gec gəlmələrinə, bəzi hallarda ümumiyyətlə evə gəlməməsinə görə yenidən münasibətləri gərginləşən zaman boşanmanın labüd olduğunu bilən həyat yoldaşı və qaynı Cavabdeh* gələcəkdə onu həmin evdən çıxarmaq üçün Aşıqalılar bələdiyyəsi ilə əlbir olaraq, 20*9-cu il tarixdə birgə nikah dövründə əldə edilmiş vəsait hesabına inşa etdikləri evin altında olan torpaq sahəsini ondan xəbərsiz Cavabdeh* adına alqı-satqı müqaviləsi ilə rəsmiləşdiriblər. Mübahisəli torpaq sahəsi barəsində Daşmaz əmlakın Dövlət reyestrində 65 nömrəli reyestr kitabının 53-cü vərəqində qeydiyyat nömrəsi *7*9006826 olan **.09.20*9-cu il tarixli reyest yazısı aparılmışdır. Keçmiş həyat yoldaşı ilə aralarında yaranan münaqişədən sonra onlar məhkəmə qətnaməsi əsasında ayrılmışlar. Nikahları ləğv olunduqdan sonra keçmiş həyat yoldaşının qardaşı Cavabdeh* Beyləqan Rayon Məhkəməsinə müraciət edərək yaşayış evindən onun, Calal Quliyevin və uşaqlarının çıxarılmasına məhkəmə qətnaməsi ilə nail olmuşdur. Hal-hazırda həmin mülki iş onun apellyasiya şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. Beyləqan rayon Aşıqalılar bələdiyyəsi ilə Cavabdeh* arasında bağlanmış 22 avqust 20*9-cu il tarixli AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunvericiliyin tələbinin pozulması ilə bağlandığı üçün etibarsız hesab edilməli, mübahisəli torpaq sahəsi barəsində daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 53-cü vərəqində qeydiyyat nömrəsi *7*9006826 olan **.09.20*9-cu il tarixli reyestr yazısı ləğv edilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr yazısının ləğv edilməsi 6 saylı Beyləqan Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Püquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək, ünvan reyestrini aparmaq, daşınmaz əmlak obyektlərinə ünvan vermək, qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirmək, dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsi və aparılmasının həyata keçirilməsində iştirak etmək səlahiyyətlərinə malikdir. Cavabdeh* **.09.20*9-cu il tarixli, *7*9006826 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış “Daşınmaz əmlakın dövət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9- *3-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatının aparılması qaydasında verilmişdir. Qeyd olunan əsasən bildirirlər ki, Cavabdeh* **.09.20*9-cu il tarixli, *7*9006826 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən hüquqların dövlət qeydiyyatının aparılması qaydasında verildiyindən reyestr yazısının ləğv edilməsi barədə İddiaçı iddia ərizəsində qeyd etdikləri əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının *3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *39-cu və *39-*-ci maddəsinə əsasən daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin *40-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.*-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda şərh olunanları və Azərbaycan Respublikasının Konstitusiyasının *3 və 29-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 2, 9-*3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin *39, *39-* və *40-cı maddələrinə əsasən İddiaçı cavabdehlər Cavabdeh* və Beyləqan Rayon Aşıqalılar Bələdiyyəsinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr yazısının ləğv edilməsi" tələbinə etiraz edirlər və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi(vəkili) Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddia tələbinin əsaslı olmasına dair iş materiallarında kifayət qədər sübutlar vardır. Belə ki, həmin evin kommunalı iddiaçının həyat yoldaşının adına olmuş və kommunal ödənişlər onun adından ödənilib. 20*6-cı il tarixdə məhkəmədə boşanma prosesinin getməsi və boşanmanın səbəbi iddiaçının keçmiş qaynanası ilə yola getmədiyi üçün atası evinə getməsi olmuşdur. Lakin daha sonra onlar arasında barışıq olmuş və barışığın səbəbi isə iddiaçıgilə başqa evin tikiləcəyi və onların həmin evə köçəcəkləri olmuşdur. Həmin evin tikintisi 20*8-ci il tarixdə başa çatmış və iddiaçı boşanana qədər həmin evdə yaşamışdır. Boşanmadan sonra hazırki iş üzrə cavabdeh məhkəmədə iddia qaldırıb və iddiaçı həmin evdən çıxarılmışdır. Qətnamə onunla əsaslandırılmışdır ki, ev Cavabdeh* adına olan torpaq sahəsində tikilmişdir. Ancaq məhkəmə nəzərə almayıb ki, 20*8-ci ilə qədər həmin torpaq sahəsi üzərində qanunsuz tikili olub və həmin dövrdə Cavabdeh* həmin torpaq sahəsinə heç bir mülkiyyət hüququ olmayıb və mülkiyyət hüququ sonradan qeydiyyata alınmışdır. İddiaçı ilə həyat yoldaşı arasında mübahisə yarandıqdan sonra cavabdehlər iddiaçının əmlak üzərində hüquqlarını məhdudlaşdırmaq üçün reyestr xidmətinə müraciət edərək, Cavabdeh* adına olan torpaq sahəsinin üzərində sənədləşdiriblər. Həmin mübahisəli ev iddiaçının birgə nikah dövründə onların əmlakı hesabına tikilmişdir. Belə ki, iddiaçının keçmiş həyat yoldaşı özünə məxsus avtomobili qardaşına satmış və həmin pul vəsaitini evin tikintisinə sərf etmişdir. Alqı-satqı müqaviləsinin etibarsızlığı ona görə iddia edirlər ki, torpağın üzərində daşınmaz əmlak olduğu halda hüquqi qeydiyyata alınmadan bələdiyyə həmin torpaq sahəsini sata bilməzdi. Belə ki, həmin torpaq sahəsi yüklüdür və bələdiyyənin mülkiyyətində olan tikili deyildir və bələdiyyə torpağı özgəninkiləşdirilməməliydi. Hesab edir ki, alqı-satqı müqaviləsi şəxsin gələcəkdə gözləniləcək əmlak hüquqlarının məhdudlaşmasına yönəldiyinə görə etibarsız hesab edilməlidir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh* iddia tələbini qəbul etmədiyini bildirib, müqavilənin etibarsız olması üçün əsaslar olmadığından məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh Beyləqan rayonu Aşıqalılar Bələdiyyəsinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və məhkəmə iclasında iştirak edilməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən, onların nümayəndəsinin iştirakları olmadan keçirilməsi mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Beyləqan rayonu İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin böyük mühəndisinin 09.09.20*7-ci il tarixli *26 nömrəli rəyindən görünür ki, Aşqalılar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən Azərbaycan Respublikası Prezidentinin 6 iyun 20*2-ci il tarixli 648 nömrəli sərəncamı ilə “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməsi”nin 3.**-ci bölməsinin 3.**.*, 3.**.2 bəndlərinə əsasən və Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli qanununu ilə Aşıqalılar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh* yaşayış evinin tikintisi üçün 0,*2 ha torpaq sahəsinin ayrılması məqsədə uyğundur. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən ayrılmış torpaq sahəsində rayon tikinti işlərinə başlamaq olar. Əmlak Məsələləri Dövlət Komitəsinin *4 saylı ərazi şöbəsinin müdirinin 05.*2.20*7-ci il tarixli 869 nömrəli rəyindən görünür ki, müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan *200 kv.m (0.*2 ha) torpaq sahəsi Beyləqan rayonu Aşıqalılar bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələrinin torpaq kateqoriyalı həyətyanı təyinatlıdır. Uqodiyası əkinə aiddir, bonitet balı *00, İ keyfiyyət qrupuna daxilidir və alqı-satqı predmetidir. Müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatl ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğundur. Torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir, üzərində məhdudiyyət(yüklülük) mövcud deyildir. Torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və ya sürüşmə zonasında yerləşmir. Qeyd edilənlərə əsasən həmin torpaq sahəsinin (yerquruluşu planından çıxarış əlavə olunur) müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə baxıla bilər. Azərbaycan Respublikası Beyləqan rayonu Aşıqallar bələdiyyəsinin 20.*2.20*7-ci il tarixli 5 saylı iclas protokolundan çıxarışdan görünür ki, Aşıqallar bələdiyyəsinin mülkiyyətindəki alqı-satqı predmeti olan 0,*2 ha torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi mülkiyyətə satılması ərazinin məqsədli təyinatı, ərazinin yerquruluşu təsərrüfat planına yaşayış məntəqəsinin baş plana ərazinin planlaşdırılması və tikintisi layihəsinə uyğun olduğundan həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilmədiyindən, habelə həmin yer elektrik, rabitə, qaz, su, kanalizasiya və digər kominikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zolağında yerləşmədiyindən həmin torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması, mülkiyyətə verilməsi nəzərdə tutulan bu torpaq sahəsinin plan ölçüsü sənədinin hazırlanaraq, torpaq sahəsinin alqı-satqı sənədi ilə birlikdə bələdiyyəyə təqdim edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsindən xahiş edilməsi, bələdiyyənin satış məqsədi ilə müsabiqəyə çıxarmaq istədiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericilikdə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış torpaqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsinin Azərbaycan Respublikası ƏMDK-nin yanında Beyləqan rayon 6 saylı Ərazi İdarəsindən xahiş edilməsi və bu qərarın icrasına nəzarətin Aşıqallar bələdiyyəsinin sədri Aslan Abbasova həvalə edilməsi qərara alınmışdır. Beyləqan rayonu Aşıqalılar Bələdiyyəsinin 2*.*2.20*7-ci il tarixli *6 saylı Protokolundan Çıxarışdan görünür ki, Aşıqalılar Bələdiyyəsinin alqı-satqı predmeti olan torpaq sahəsi(0,48 ha olmaqla) məqsədli təyinatı, ərazinin planlaşdırılması və tikintisi layihəsinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və icazəsinə verildiyindən habelə elektrik rabitə, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən həmin torpaq sahəsi bələdiyyə ərazisində 5 il müddətindən az olmayaraq daimi yaşayış yeri üzə qeydiyyatda olan vətəndaşlar X5, X3, Cavabdeh* və X4 hər birinə (0,*2 ha olmaqla) prespektiv inkişaf fondundan fərdi yaşayış evinin tikilməsi məqsədi ilə bilavasitə ayrılması məqsədə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı *20*79*№-li Çıxarışdan görünür ki, Beyləqan rayonu Aşqallar kəndində yerləşən 0,*2 ha torpaq sahəsinə Beyləqan rayonu Aşıqalılar Bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 04.0*.20*8-ci il tarixdə *7*7005960 nömrə ilə qeydiyyata alınmışdır. 22.08.20*9-cu il tarixli AN-İ seriyalı ******* №-li Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, satıcı Beyləqan rayonu Aşıqalılar bələdiyyəsi alıcı Cavabdeh* 0.*2 ha torpaq sahəsini 400 manata satmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X*0 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayon Aşqallar kəndində yerləşən 0,*2 ha torpaq sahəsinə Cavabdeh* xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ** sentyabr 20*9-cu il tarixdə *7*9006826 nömrə ilə qeydiyyata alınmışdır. Beyləqan Rayon Məhkəməsinin 3*.03.2023-cü il tarixli 2(020)-380/2023 nömrəli qətnaməsindən görünür ki, cavabdehlər X2 və İddiaçı uşaqları ilə birlikdə Beyləqan rayonunun Aşıqalılar kəndində yerləşən,Cavabdeh* xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa etmiş olduğu, ümumi sahəsi *20 kv.m olan mişar daşından tikilmiş yaşayış evindən çıxarılmaları qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin *5.09.2023-cü il tarixli 3-2*-3-45/2-6**5/2023 №-li məktubdan görünür ki, 6 saylı Beyləqan Ərazi İdarəsinin arxiv materialları üzrə aparılmış axtarışın nəticəsi olaraq sorğuda qeyd edilən Beyləqan rayonu Aşqallar kəndində yerləşən 0,*2 ha həyətyanı (6070*303323 qeydiyyat nömrəli, *7*9006826 qeydiyyat nömrəli, **.09.20*9-cu il qeydiyyat tarixli) Cavabdeh* adına qeydiyyata alınmışdır. Əlavə olaraq bildirilir ki, həmin torpaq sahəsinin verilməsinə əsas olan sənədlər *3 noyabr 20*7-ci il tarixli Aşqallar bələdiyyəsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciəti, Aşqallar bələdiyyəsinin *3 noyabr 20*7-ci il tarixli iclas protokollarının *2 nömrəli qərarından çıxarış, Beyləqan rayonu İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin böyük mühəndisinin 09.09.20*7-ci il tarixli *26 nömrəli rəyi, Əmlak Məsələləri Dövlət Komitəsinin *4 saylı ərazi şöbəsinin müdirinin 05.*2.20*7-ci il tarixli 869 nömrəli rəyi və Aşqallar Bələdiyyəsinin 20 dekabr 20*7-ci il tarixli iclas protokolunun 5 saylı iclas protokolunun qərarından çıxarış əsasında Beyləqan rayon Aşqallar bələdiyyəsinin adına qeydiyyata alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin *6 may 2024-cü il tarixli 3-*6-*6/2-*0/707* nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, mübahisəli Beyləqan rayonu Aşqallar kəndində yerləşən ümumi sahəsi *20 kv.m olan mişar daşından tikilmiş yaşayış evi qeydiyyat nömrəsi *7*9000628, qeydiyyat tarixi **.09.20*9-cu il olan Çıxarışa əsasən Cavabdeh* xüsusi mülkiyyətinə verilmiş 0.*2 ha torpaq sahəsində yerləşir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(*06)-*02/2024 saylı qətnaməsindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 3*.03.2023-cü il tarixli 2(020)- 380/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X*3 İdarəsinin Beyləqan rayon vəkil bürosunun direktoru Vəkil ünvanlanmış *0.*0.2023-cü il tarixli məktubundan görünür ki, “Mercedes Benz C240” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil 2*.08.20*3cü il tarixdə 494482 ANGİ nömrəli gömrük vəsiqəsinə əsasən Beyləqan rayonu Aşqallar kənd sakini X* adına 24.0*.20*7-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Beyləqan rayonu Aşqallar kənd sakini Cavabdeh* adına qeydiyyata alınmışdır. DİN Baş X*3 İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Mercedes Benz C2402” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə ilə Beyləqan rayonu Aşqallar kənd sakini X* istifadəsindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X*3 İdarəsinin 05.*0.2024-cü il tarixli 3-*3-*6-*/2-476/2024 №-li məktubundan görünür ki, DİN Baş X*3 İdarəsi Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, “Mercedes Benz C240” minik markalı **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alqı-satqı müqaviləsinə əsasən 24.0*.20*7-ci il tarixdə Cavabdeh* irələm oğlunun mülkiyyətinə keçirilmişdir. Əməliyyat üzrə aparılmış sənədlər saxlama müddəti bitdiyi üçün təlimata əsasən yandırma üsulu ilə məhv edildiyindən məhkəməyə göndərmək mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə də,məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh* ilə Beyləqan rayonu Aşıqalılar Bələdiyyəsi arasında 22 avqust 20*9-cu il tarixli AN-İ seriyalı ******* №-li Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi bağlanmış və hal-hazırda iddiaçı tərəf həmin torpaq sahəsi üzərində olan tikilinin Cavabdeh* qardaşı X2 ilə birgə nikahları dövründə tikildiyini və iddiaçının həmin evə əmlak hüququnun məhdudlaşdırılması məqsədilə cavabdehlər arasında müqavilə bağlandığı bildirilərək, müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.*, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.* və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırkı mübahisə üzrə isə 22 avqust 20*9-cu il tarixli AN-İ seriyalı ******* №-li Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alan belə bir hallar müəyyən edilməmişdir. Belə ki, həmin müqavilə bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun bağlanmış, müqavilə tərəflərinin arasında iradə vahidliyinin yoxluğu isə müəyyən olunmamışdır. Hal-hazırda iddiaçı tərəf mübahisəli torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin cavabdehin qardaşı ilə birgə nikah dövründə onların yaşaması üçün tikilməsi ilə əlaqədar müqavilənin etibarsızlığını tələb etmiş olsa da, həmin hal müqavilənin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, müqavilə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlandığı halda etibarsız hesab edilə bilər. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh* və Beyləqan rayonu Aşıqalılar Bələdiyyəsinə qarşı(Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı satqı müqavilənin etibarsız hesab edilməsi və reyestr yazısının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin *07-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının *27-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.*-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 2*7.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh* və Beyləqan rayonu Aşıqalılar Bələdiyyəsinə qarşı(Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı satqı müqavilənin etibarsız hesab edilməsi və reyestr yazısının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1238/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1238/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver