Məhkəmə qərarları › İş №2(020)-1291/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1291/2025

06.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1291/2025 06.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment təyin edilməsi” tələbinə dair mülki işə Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİRİ HİSSƏ: İşin halları: İddiaçı Cavabdeh ilə 2024-cü ilin fevral ayında el adəti ilə ailə qurmuş və faktiki nikahlarından 18 dekabr 2024-cü ildə Aliyə adlı uşaqları doğulmuşdur. İddiaçı ilə cavabdeh arasında rəsmi nikah olmadığından 18 dekabr 2024-cü ildə uşağa atalıq müəyyən edilmiş, bundan sonra doğum şəhadətnaməsi almışlar. İddiaçı Cavabdeh qarşı alimentin təyin olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Aliyə adlı uşaqlarının saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 250 manat, həmin uşaq 3 yaşına çatanadək ona qulluğa görə əlavə olaraq 100 manat və ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2024-cü ilin fevral ayında el adəti ilə ailə həyatı qurmuşdur. İlk vaxtlarda ailə münasibətlərinin normal olduğunu, lakin sonradan fikrlərinin uyğunsuzluğu və digər müxtəlif problemlərlə əlaqədar olaraq ailə münasibətləri faktiki olaraq pozulmuşdur. Hazırda o, valideyinlərinin yanında uşağı ilə birlikdə yaşayır və uşağı tək saxlamaqda çətinlik çəkir. Cababdeh hazırda “Bolmart” mağazasında mühafizəçi işləyir, aylıq stabil əmək haqqı alır və onun aliment ödəməyə maddi imkanı vardır. Cavabdehin etirazı: Cavabdeh iş üzrə məhkəməyə ünvanladığı 24 iyul 2025-ci il tarixli ərizəsində və 03 avqust 2025-ci il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında İddiaçı ilə faktiki nikahlarından doğulmuş Aliyə adlı uşaqlarının saxlanması üçün hər ay stabil ödəniş etməsi şərti ilə 140 manat məbləğində alimentin müəyyən edilməsini, lakin həmin uşağın saxlanması məqsədilə qulluğa görə hər ay 100 manat ödənilməsi hissəsində isə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini və təmin olunmasını bildirdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini və İddiaçı ilə faktiki nikahlarından doğulmuş Aliyə adlı uşaqlarının saxlanması üçün hər ay 140 manat məbləğində alimentin müəyyən edilməsini, lakin həmin uşağın saxlanması məqsədilə qulluğa görə hər ay 100 manat ödənilməsi hissəsində isə iddia tələbinin rədd edilməsini bildirdi. ƏSASLANDİRİCİ HİSSƏ: Faktiki hallar və sübutlar: İş materiallarında olan Cavabdeh ilə 2024-cü ilin fevral ayında el adəti ilə ailə qurmuş və faktiki nikahlarından 18 dekabr 2024-cü ildə Aliyə adlı uşaqları doğulmuşdur. Onların rəsmi nikahları olmadığından 18 dekabr 2024-cü ildə uşağa atalıq müəyyən edilmiş, bundan sonra 23 dekabr 2024-cu ildə doğum şəhadətnaməsi alınmışdır. İddiaçı ilə cavabdeh 2025-ci ilin aprel ayından faktiki ayrılaraq ayrı yaşamağa başlamışlar. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası: İİİ. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Beynəlxalq hüquqi aktlar: Avropa İnsan Hüquqları Konvensiyası: Maddə 5. Ər-arvad nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Maddə 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3.Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarı: “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli: 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır . 8.6. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır.

13. Məhkəmə qətnaməsi yalnız məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Maddə 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, Aliyə adlı uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə, tutulan alimentin miqdarı müəyyən edilərkən, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, tərəflərin maddi vəziyyəti və uşağın mənafeyi, uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh bir uşağa görə hər ay sabit pul məbləğində 220 manat miqdarında aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. İddia tələbi 250 manat olan hissəsində qismən təmin, uşaq 3 yaşına çatanadək hər ay ona qulluğa görə 100 manat məbləşində əlavə pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə aid hissədə isə rədd edilməlidir. Belə ki, Cavabdeh “Bolmart” marketdə mühafizəçi vəzifəsində işləməklə, hər iki tərəfin bildirdiyinə görə 366 manat məbləğində aylıq əmək haqqı alır və həmin əmək haqqından Beyləqan Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli Qətnaməsi ilə müəyyən bir qismi bank kreditinin ödənişinı sərf olunur. Odur ki, qeyd olunan hissədə cavabdehin diqqətəlayiq vəziyyəti nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh dövlət nəfinə 60 manat məbləğində dövlət rüsumu tutulmalıdır.

NƏTİCƏ HİSSƏ: Məhkəmə şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 18 dekabr 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 220 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X2 ödənilsin. Mediasiya prosesi üçün ödədiyi 60 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Beyləqan Rayon Məhkəməs ivasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayətiverilmədiyitəqdirdərəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdənsonraqanuniqüvvəyəminir.

Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar