Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1305/2023 07.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı vəkalətli nümayəndəsi və vəkili Beyləqan rayon vəkil bürosunun vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh sabit pul məbləğində aliment tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2011 -ci il tarixində anadan olmuş X3, xx.xx.2013-cti il tarixində anadan olmuş X1 və xx.xx.2018-ci il tarixində anadan olmuş X2 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 300 manat olmaqla , cəmi 900 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı vəkalətli nümayəndəsi və vəkili Beyləqan vəkil bürosunun vəkili Nümayəndə iddianı müdafiə edərək göstərdi ki, İddiaçı ilə cavabdeh-Cavabdeh nikahlarını Beyləqan rayon İHB-nın Təzəkənd kənd ərazi nümayəndəliyində qeyd etdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2011-ci ildə Valeh, xx.xx.2013-cü ildə İranə və xx.xx.2018-ci ildə Nazlı adlı uşaqları anadan olmuşdur. Aralarında olan münasibətləri pisləşdiyindən cavabdeh- Cavabdeh 2023-cü ilin əvvəllərindən uşaqların saxlanılması üçün heç bir maddi yardım və ya köməklik göstərmir. Cavabdeh hərbçidir və yüksək məbləğdə əmək haqqı alır. Uşaqlar məktəblidirlər. İddiaçı isə uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh xx.xx.2011 -ci il tarixində anadan olmuş X3, xx.xx.2013-cti il tarixində anadan olmuş X1 və xx.xx.2018-ci il tarixində anadan olmuş X2 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 300 manat olmaqla , cəmi 900 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qəbul etdi və izahatında göstərdi ki, İddiaçı ilə birgə nikahlarından üç uşaqları doğulmuşdur. İddiaçının ondan tələb etdiyi alimenti ödəməyə etirazı yoxdur. Hərbiçi olmaqla 1244 manat maaş alır. Hər uşağa görə ayda 300 manat aliment ödəyə bilər. Uşaqlar analarının yanında qalırlar. Uşaqlarının saxlnılmaları üçün maddi yardım göstərmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci ildə Valeh, xx.xx.2013-cü ildə İranə və xx.xx.2018-ci ildə Nazlı adlı uşaqları anadan olmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər nikahlarını 13 oktyabr 2011-ci ildə Beyləqan rayon İHB-nın Təzəkənd kənd ərazi nümayəndəliyində qeyd etdirməklə evlənmişlər. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1991-ci ildə xx.xx.1995-ci ildə, Cavabdeh isə xx.xx.1986-cı ildə anadan olmuşdur. Məhkəmə iddiaçının vəkalətli nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, tərəflərin birgə nikahlarından .11.2011-ci ildə Valeh, xx.xx.2013-cü ildə İranə və xx.xx.2018-ci ildə Nazlı adlı uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pozulduğundan ayrılmışlar. Hazırda iddiaçı uşaqları ilə birlikdə yaşayır. Cavabdeh isə uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərmir. İddiaçı isə uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə «valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri)qeyri-müntəzəm ,dəyişən olarsa …, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə almentin valideynin qazancından (gəlirindən)müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər.» Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə vəziyyəti, diqqətəlayiq digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa görə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 136 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmədə müəyən edildi ki, İddiaçı üç azyaşlı uşaqları ilə birlikdə yaşayır və heç yerdə işləmir. Cavabdeh isə uşaqların saxlanması üçün maddi yardım göstərmir. Həmçinin təqdim olunmuş sənəddən müəyyən edildi ki, cavabdeh hərbiçi olmaqla hər ay 1244 manat əmək haqqı alır. Cavabdehin qazancı barədə arayış təqdim edildiyindən və onun əmək aliment ikidə bir hissə tutulması uşağın əvvəlki təminat səviyyəsinə yetərli olmadığına görə aliment həm sabit pul məbləğində həm də qazancından tutulmaqla müəyyən edilməlidir. Cavabdehin özü də iddianı tam etiraf etmiş və hər ay tələb olunan alimenti ödəməyə razı olduğunu göstərmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Məhkəmə toplanmış sübutlara hüqiqi cəhətdən qiymət verərək iddianı əsaslı hesab etməklə təmin edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə 13 iyun 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də cavabdehdən tutulan aliment iddiaçının məhkəməyə ərizə ilə müraciət etdiyi həmin vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Beyləqan rayonunun Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 13 iyun 2023-cü il tarixdən başlayaraq hər ay hər bir uşağa görə sabit pul məbləğində 92(doxsan iki) manat və qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq xx.xx.2011-ci ildə anadan olan Valeh, xx.xx.2013-cü ildə anadan olan İranə və xx.xx.2018-ci ildə anadan olan Nazlının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Beyləqan rayonunun Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan uşaqların anası İddiaçı verilsin. Cavabdeh 122.33 (yüz iyirmi iki manat otuz üç qəpik) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1305/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1305/2023
07.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver