Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1313/2025 04.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlu, İddiaçı Cavabdehə Məmməd qızına qarşı verdiyi “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehə Məmməd qızına (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, övladları 22 iyul 2014-cü il tarixdə doğulmuş X3 və 25 noyabr 2015-ci il tarixdə doğulmuş X1 üçün onun xeyrinə hər uşağa görə aylıq 246 manat olmaqla, ümumilikdə 492 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçı və cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməlidir. İddiaçı ərizəsində həm özünün həm də cavabdehin faktiki yaşayış yerini göstərsə də, rəsmi qeydiyyat ünvanını göstərməmiş, eləcə də, iddia ərizəsinə cavabdehin qeydiyyat ünvanı barədə rəsmi sənəd əlavə etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. - 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 150.1.7-ci maddəsinə əsasən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı tələbinin ailə münasibətlərindən irəli gələn mübahisələrə aid olduğu halda, iddia ərizəsinə mediasiya prosesində iştirak etməsi barədə Azərbaycan Respublikası MPM-in 150.1.7-ci maddəsində nəzərdə tutulmuş tələbə riayət etməsini təsdiq edən sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1 və 152.1.6-1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə göstərilən qanunvericilik normaları və işin prosessual hallarına əsaslanaraq hesab edir ki, iddaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası MPMin 149.2.2 və 150.1.7-ci maddələrində müəyyən olunmuş tələblərə cavab vermədiyinə görə həmin Məcəllənin 152.1.1 və 152.1.6-1-ci maddələrə əsasən icraata götürülmədən, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, iddiaçıya yuxarıda göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 149, 150, 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdehə Məmməd qızına qarşı verdiyi “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı iddia ərizəsinin qaytarılması üçün yuxarıda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(020)-1313/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1313/2025
04.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver