Məhkəmə qərarları › İş №2(020)-1314/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1314/2023

14.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1314/2023 14.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh - İddiaçı iştirakı ilə İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı qarşılıqlı aliment; İlk cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1980-cı ildə Beyləqan rayonunda anadan olan, hazırda Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, ev 43, mənzil 9-da qeydiyyatda olan və yaşayan Cavabdeh onun xeyrinə bir uşağın saxlanılması üçün 200 (iki yüz) manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı oğlu xx.xx.2010-cu il təvəllüdlü Sadiqin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasını müdafiə edərək qarşılıqlı iddianı qəbul etmədi izahatında göstərdi ki, o, Cavabdeh ilə 2009-cu ildə ailə münasibətlərinə daxil olaraq, nikahlarını rəsmi qeydə aldırmışlar. Onların birgə nikahlarından xx.xx.2010-cu ildə Sadiq və xx.xx.2021-ci ildə Mehdi adlı iki uşaqları anadan olmuşdurlar. Cavabdehlə ailə münasibətləri 2023-cü ilin mart ayının 26-dan tamamilə kəsilmişdir. Uşaqlardan Sadiq atasının yanında qalıb yaşayır. Sadiqin cavabdehdən alınmasına dair gələcəkdə iddia qaldıracaqdır. Uşaqlarından Mehdi onun yanında yaşayır. Cavabdehin köməkliyi olmadan uşağını saxlaya bilmir, heç bir yerdə işləmir. Uşaq azyaşlı olduğuna görə ona baxmaqla məşğuldur və işləməyi mümkün deyildir. Cavabdeh aliment ödəmək imkanı var. Belə ki, o, Bakı şəhəri, Yasamal rayonu ərazisində “Gəncə” kafenisini icarəyə götürüb işlədir. Cavabdehin kifayət qədər gəliri var. Belə olan halda cavabdehin onun xeyrinə uşağın saxlanması üçün 200 manat aliment ödəmək imkanı vardır. Cavabdehin köməyi və yardımı olmadan uşağını saxlamaqda çox çətinlik çəkir. Odur ki, xx.xx.1980-cı ildə Beyləqan rayonunda anadan olan, hazırda Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, ev 43, mənzil 9-da qeydiyyatda olan və yaşayan Cavabdeh onun xeyrinə bir uşağın saxlanılması üçün 200 (iki yüz) manat alimentin alınıb ona verilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkalətli nümayəndəsi və vəkilinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Lakin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkalətli nümayəndəsi və vəkili Nümayəndə əvvəlki məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə 2009-cu ildə faktiki nikaha daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.2010-cu il tarixdə oğlu Sadiq anadan olmuşdur. Uşaq doğulduğu gündən cavabdeh gənc olduğundan və uşağa baxmaqda çox çətinlik çəkdiyindən iddiaçı Cavabdeh mərhum anası və bacıları uşağa baxmışlar, həmin vaxtan hal-hazıradək də uşağın ana qayğılarını bacıları çəkmişdir. xx.xx.2021-ci il tarixdə onların digər uşağı Mehdi anadan olmuşdur. Hazırda ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ondan Mehdiyə görə aliment tələb edir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yanında qalan oğlu Sadiqin maddi ehtiyacları daha böyük məbləğ tələb edir. Bununla bağlı Cavabdeh bacıları köməklik edir. Digər oğlu hələ balaca olduğundan ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı himayəsində Beyləqan rayonunda yaşayır. Mübahisəsiz haldır ki, Bakı şəhərində yaşamaq fərqlidir və Bakı şəhərində daha çox xərc tələb olunur. Cavabdeh himayəsində yaşayan oğlu Sadiqin “Xr bronxitin kəskinləşməsi” diaqnozu ilə mütamadi müalicəsinə də ehtiyacı vardır. Buna görə də hesab edir ki, ilkin iddiaçıdan da Sadiqin saxlanması üçün aliment tutulmalıdır. Odur ki, İddiaçı xx.xx.2010-cu il təvəllüdlü Sadiqin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlmədiyndən məhkəmə onun nümayəndəsi və vəkili olan Nümayəndə əvvəlki məhkəmə iclasında iştirakını nəzərə alıb onun iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X1 27 may noyabr 2021-ci ildə anadan olmuşdur İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin faktiki nikahından xx.xx.2010-cu il tarixdə Sadiq adlı uşaq anadan olmuşdur. İş materiallarına əlavə edilmiş “General Hospital” Tibb Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X2 “Xr. Bronxitin kəskinləşməsi” diaqnozu ilə həmin Tibb Mərkəzində vaxtaşırı müalicə alır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia aşağıdakı əsaslara görə qismən təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ilk iddia üzrə cavabdeh qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh faktiki nikahlarından xx.xx.2010-cu ildə Sadiq və xx.xx.2021-ci ildə Mehdi adlı iki uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pozulduğundan hazırda ayrı yaşayırlar. Uşaqlardan xx.xx.2010-cu ildə anadan olmuş Sadiq ilk iddia üzrə cavabdeh qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh, xx.xx.2021-ci ildə anadan olmuş Mehdi isə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yanında yaşayırlar. Ona görə də ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh bir uşağın saxlanması üçün sabit pul məbləğində hər ay 200 manat, ilk iddia üzrə cavabdeh qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh isə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yanında qalan Sadiqin saxlanması üçün sabit pul məbləğində hər ay 300 manat aliment tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə «valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri)qeyri-müntəzəm ,dəyişən olarsa …, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə almentin valideynin qazancından (gəlirindən)müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər.» Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə vəziyyəti, diqqətəlayiq digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa görə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 154 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.3-cü maddəsinə görə tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmədə müəyən edildi ki, ilk iddia üzrə İddiaçı bir azyaşlı uşağı ilə birlikdə yaşayır və heç yerdə işləmir. Onun yanında qalan Mehdi adlı uşaq 3 yaşının içindədir. Bububnla əlaqədar İddiaçı uşağına baxmaqla məşğuldur və işləyib qazanc əldə etməyi imkan xaricindədir. Onun yanında qalan uşağı saxlamaq üçün zəruri olan xərclərə ehtiyacı vardır. Cavabdeh yanında qalan Sadiq adlı uşağın isə 14 yaşı vardır. Cavabdeh qazancı barədə dəqiq məlumat olmasa da hazırda o, işləyir və uşağı saxlamaq üçün maddi imkanı vardır. Ona görə də qarşılıqlı iddianın təmin edilməsi əsaslı sayıla bilməz. Lakin ilki iddia üzrə Mehdi adlı uşağın saxlanılması üçün alimentin tutulması zəruridir və aliment müəyyən olunarkən Cavabdeh maddi imkanı və yanında qalan uşağın xəstəliyi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçının yanında qalan azyaşlı uşağın saxlanması üçün ilk iddia üzrə cavabdehdən alimentin tutulması sabit pul məbləğində müəyyən edilməlidir. Lakin iddiaçı tərəfindən cavabdehin qazancı barədə hər hansı bir sübut təqdim edilmədiyindən və cavabdehin maddi vəziyyəti ilə bağlı yuxarıda sadalanan halları nəzərə alan məhkəmə ilk iddia üzrə iddiaçının bir uşağa görə sabit pul məbləğində 200 manat aliment tələb etməsini əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Beləliklə məhkəmə ilk iddia üzrə İddiaçı yanında qalan bir nəfər azyaşlı uşağın əvvəlki təminat səviyyəsini, iddiaçının özünün uşağın tərbiyəsi ilə məşğul olmaqla bağlı heç yerdə işləməməsini və eləcədə aliment ödəməyə borclu olan Cavabdeh maddi imkanını, birgə nikahlarından anadan olmuş digər övladları Sadiqin qarşılıqlı iddia üzrə iddiaçının yanında qalmasını və həmin uşağın xəstəliyini nəzərə almaqla hər ay alimentin 100 manat sabit pul məbləğində müəyyən edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıdan tutulan aliment ilk iddia üzrə iddiaçının məhkəməyə ərizə ilə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDI: İlk iddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, ev 43, mənzil 9-da qeydiyyatda olan və yaşayan ilk iddia üzrə cavabdeh qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment tutularaq xx.xx.2021-ci ildə anadan olan Mehdi adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Beyləqan rayonunun Şərq qəsəbəsində qeydiyyatda olan və yaşayan uşağın anası- İddiaçı verilsin. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar