Məhkəmə qərarları › İş №2(020)-1314/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1314/2025

08.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1314/2025 08.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, Kreditor İddiaçı Qəhrəman qızının borclu Cavabdeh qarşı aliment tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyənetdim: Kreditor İddiaçı Qəhrəman qızının borclu Cavabdeh qarşı aliment tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək,borclu Cavabdeh xx.xx.2011-ci ildə anadan olmuş Fidan, xx.xx.2013-cü ildə anadan olmuş Mirşamil adlı uşaqlarının saxlanılması üçün onun xeyrinə hər ay hər bir uşaq üçün 100 manat, cəmi 300 manat məbləğində alimentin alınıb verilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərlə, müəyyən edilir ki, tərəflər arasında barışıq sazişi bağlanmışdır. Lakin, barışıq sazişi bağlandığı halda kreditorun alliment tələbi ilə bağlı məhkəməyə müraciət etməsində mübahisə vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 279.2.3-ci maddəsinə əsasən, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə ərizənin qəbul edilməsindən imtina edir. 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, kreditor İddiaçı Qəhrəman qızının borclu Cavabdeh qarşı aliment tələbi barədə əmr icraatı qaydasında verilmiş ərizənin qəbul edilməsindən imtina edilməli, kreditora onun hazırki tələbi ilə məhkəməyə iddia icraatı qaydasında müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 279, 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldım: Kreditor İddiaçı Qəhrəman qızının borclu Cavabdeh qarşı aliment tələbi barədə əmr icraatı qaydasında verilmiş ərizənin qəbul edilməsindən imtina edilsin. Qərardad, ərizə və ərizəyə əlavə olunmuş sənədlər kreditora rəsmi qaydada verilsin. Kreditora izah olunsun ki, onun hazırki tələbi ilə məhkəməyə iddia icraatı qaydasında müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar