Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1390/2024 09.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barəsə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını rəsmiləşdirərək, evlənmmişlər. Onların birgə nikahlarından xx.xx.2022-ci ildə Çiçək adlı bir uşaqları anadan olmuşdur. Cavabdehlə faktiki olaraq neçə vaxtdır ki, ailə münasibətləri tamamilə kəsilmişdir. Uzun vaxtdır ki, valideynlərinin köməkliyi ilə uşağını saxlayır. Cavabdehlə ayrı yaşayır və ümumi təsərrüfatlarını birgə idarə etmirlər. Uşaq da onun yanında qalıb yaşayır. Cavabdehlə bir ailədə yaşamaq və normal ailə münasibətləri yaratmaq mümkün deyil. Uşağa görə aralarında mübahisə yoxdur, uşaq onun yanında yaşayır və qalıb yaşayacaqdır. Cavabdeh könüllü olaraq yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün ona aliment ödəmir. Ona görə də cavabdeh sabit pul məbləğində aliment ödəməlidir. Eyni zamanda Mediasiya Şurasına müraciət etmiş və mediasiyadan məktub alaraq ərizəsinə əlavə etmişdir. Uşaqları cavabdehin maddi yardımı olmadan saxlamaqda çətinlik çəkir. Cavabdeh isə bu günə qədər uşağın saxlanması üçün ona heç bir maddi yardım göstərməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ seriyalı 497233 №-li Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında nikah 06 may 2022-ci il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 106 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Mustafayeva” soyadı verilmişdir AZ-İV seriyalı 716895 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə Arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödənilmiş, lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlıumatdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində təmirçi, çilingər vəzifəsində işləyir və əmək haqqı 898,29 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, məhkəmə tərəfindən 1 uşağa görə - qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən qazancının (başqa gəlirin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə, tutulan alimentin miqdarı müəyyən edilərkən, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, tərəflərin maddi vəziyyəti və uşağın mənafeyi və uşağın normal şəraitdə yaşamasının təmin edilməsini nəzərə alır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsini 12 avqust 2024-cü il tarixdə məhkəməyə vermişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə uyğun olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli 12 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, iddia ərizəsi məhkəmənin icraatına daxil olduğu 12 avqust 2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün 12 avqust 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1390/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1390/2024
09.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver