Məhkəmə qərarları › İş №2(020)-1414/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1414/2023

11.07.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1414/2023 11.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı Beyləqan rayon X1 Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Beyləqan rayon X2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə aralarında bağlanılmış müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinə uyğun tərtib edilməli və MPM-nin 150.0.5-ci maddəsinin tələbinə görə iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə edilməlidir. Lakin iddia ərizəsinin forma və məzmununa riayət edilməmiş, şəxsiyyət vəsiqəsinin surəti, bələdiyyə sədri seçilməsi barədə protokolun surəti, iddia ərizəsinə iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sənədlərin əslini və ya təsdiq edilmiş surətini ərizəyə əlavə etməmişdir. İddia ərizəsi bir surətdən ibarət tərtib edilmiş, ərizəyə hər hansı bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinin tələbinə görə iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Beyləqan rayon X1 Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar