Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1451/2023 18.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2015-ci ildə anadan olan Tuncay adlı uşağının saxlanması üçün onun xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə 2014-cü ildə faktiki nikaha girməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2015-ci ildə Tuncay adlı bir uşaqları anadan olmuşdur. Cavabdehlə xeyli vaxdır ki, ailə münasibətləri pozulduğundan ayrılmışlar və bir yerdə yaşamırlar. Hazırda uşağı onun yanında qalıb yaşayır. Məgkəmə qətnaməsi ilə da uşağının onun yanında qalıb yaşaması müəyyən edilmişdir. Uşağını saxlamaqda çətinlik çəkir. Uşağını saxlanması üçün cavabdeh heç bir köməklik göstərmir. Cavabdehin aliment ödəməyə və ya maddi yardım etməyə imkanı vardır. Lakin cavadeh könüllü olaraq aliment ödəmək istəmir və müxtəlif bəhanələrlə bundan imtina edir. Odur ki, Cavabdeh xx.xx.2015-ci ildə anadan olan Tuncay adlı uşağının saxlanması üçün onun xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi və məhkəmədə izahat verərək göstərdi ki, İddiaçı ilə 2014-cü ildə ailə qurmuş və faktiki nikahlarından xx.xx.2015-ci ildə Tuncay adlı bir uşaqları anadan olmuşdur. İddiaçı ilə münasibətləri pozulduğundan ayrılmışlar. Ayrılmaqlarına səbəb onun xəstəliyi olmuşdur. Belə ki, o, xəstə olmaqla İ qrup əlildir. Yeriyə bilmir və oturaq həyat tərzi keçirir. Onun özünə anası baxır və bütün ehtiyaclarını ödəyir. Kənar şəxsin ona qulluğu olmdan yaşaması qeyri mümkündür,dava-dərmanla yaşayır. Hər ay 270 manat və 200 manat prezident təqaüdü alır. Həmin pul onun dərmanlarına belə çatmır. Anası onu öz pensiyası ilə saxlayır. İddiaçının isə maddi vəziyyəti yaxşıdır. Hər ay 305 manat əmək pensiyası və 500 manat Prezident təqaüdü alır. İddiaçının bir neçə avtomobili vardır. Bundan başqa iddiaçının yaşadığı kənddə ət dükanı və başqa obyektləri vardır. İddiaçının uşağı saxlamaqdan ötrü imkanı genişdir. Digər tərəfdən onun aliment ödəməyə heç bir maddi imkanı, aldığı pensiyadan başqa heç bir gəliri yoxdur və iş qabiliyyəti məhduddur. Başqa nikahda da bir azyaşlı uşağı vardır. Həmin uşağı da anası saxlayır. Çünki özünün maddi imkanı çox aşağıdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, iddiaçının və cavabdehin izahatlarını dinləyib hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X2 18 iyun 2015-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə anadan olmuş, Beyləqan rayonunun İmamverdilər kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BPQMİ-in MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh xx.xx.1984-cü ildə anadan olmuş, Beyləqan şəhəri, SMD-4 qəsəbəsi 1-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(020)-58/2023 saylı qətnaməsindən görünür ki, 18 iyun 2015-ci ildə anadan olan X1 atası İddiaçı yanında qalması müəyyən edilmiş, Cavabdeh 18 iyun 2015-ci ildə anadan olan X2 ilə hər ay hər həftənin şənbə günləri saat 11:00-dan 16:00-dək görüşüb ünsiyyətdə olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN-in tabeliyində olan Dövlət Sosial Müdafiə fondu publik hüquqi şəxsin Mil Muğan RF-in Beyləqan rayon qəbul şöbəsinin 14 avqust 2023-cü il tarixli 3-17-2-Ə -182755/2023 saylı arayışından görünür ki, Cavabdeh İ dərəcəli əlilliyə görə 270 manat məbləğində sosial müavinət və 200 manat məblğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN-in tabeliyində olan Dövlət Sosial Müdafiə fondu publik hüquqi şəxsin Mil Muğan RF-in Beyləqan rayon qəbul şöbəsinin 18 sentyabr 2023-cü il tarixli 3-17-1/2-214108/2023 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İ dərəcəli əlil kimi 305.30 manat məbləğində əmək pensiyası və 500 manat məblğində Prezident təqaüdünü alır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 18 sentyabr 2023-cü il tarixli 2485 saylı arayışından görünür ki, Cavabdeh “Uşaq serebral iflici, kvadriplegik forma, yerişin pozulması”diaqnozu ilə xəstədir, dispanser qeydiyyatındadır. Xəstə İ qrup əlildir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində mühərrik nömrəsi A0551085, ban tipi Sedan, Ban nömrəsi WBA3A5G56FNS88415, istehsal ili 2015 olan ağ rəngli BMW 328 dövlət qeydiyyat nişanlı minik avtomobili, mühərrik nömrəsi 7501846, ban tipi Sedan, Ban nömrəsi XTJ**********6054, istehsal ili 2008 olan ağ rəngli OKA SEAZ dövlət qeydiyyat nişanlı minik avtomobili, mühərrik nömrəsi 969988, ban tipi Konteyner daşıyan (bortlu), Ban nömrəsi KAB928990 B-sız, istehsal ili 1986 olan mavi rəngli KAMAZ-5410 Yük furqonu, istehsal ili 1987 olan göy rəngli QKB8350 dövlət qeydiyyat nişanlı qoşqusu vardır. Beleliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh faktiki nikahlarından xx.xx.2015-ci ildə Tuncay adlı uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pozulduğundan ayrılmışlar. Hazırda uşaq iddiaçı ilə birlikdə yaşayır. Beyləqan rayon məhkəməsinin 13 fevral 2023cü il tarixli, 2(020)-58/2023 saylı qətnaməsinə əsasən 18 iyun 2015-ci ildə anadan olan X1 atası İddiaçı yanında qalması müəyyən edilmiş, Cavabdeh 18 iyun 2015-ci ildə anadan olan X2 ilə hər ay hər həftənin şənbə günləri saat 11:00-dan 16:00-dək görüşüb ünsiyyətdə olması müəyyən edilmişdir. Hazırda iddiaçı yanında qalan Tuncay adlı uşağı saxlamaq üçün cavabdehdən 220 manat məbləğində aliment tələb etmişdir. İddiaçı ərizəsində maddi imkanın olmamasını qeyd etsə də, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı 305 manat əmək pensiyası, 500 manat Prezident təqaüdü alır. Həmçinin istifadəsində 3 ədəd avtomobili vardır. Cavabdehin isə himayəsində birinci nikahından olan bir xəstə uşağı vardır. Aylıq qazancı sosial müavinətdən ibarətdir. Aldığı həmin məbləğlə özünü çətinlikdə dolandırır. Aliment ödəməyə maddi imkanı yoxdur. Belə olan halda iddia əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş və yuxarıda sadalanmış hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddianın əsassız olması iş üzrə toplanmış sübutlarla kifayət qədər sübut olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmədə müəyyən edildi ki, iddiaçının maddi vəziyyəti cavabdehin maddi vəziyyətindən yüksəkdir və onun azyaşlı uşağı saxlamağa maddi cəhətdən geniş imkanı vardır. Cavabdehin isə heç bir qazancı olmamaqla sosial müavinət və təqaüdlə dolanır, həmin müavinət və təqaüdünü xəstəliyi ilə bağlı dərmanlarına sərf edir və anasının hesabına dolanır. O, İ qrup əlil olmaqla yanaşı hərəkət məhdudiyyəti vardır və beləliklə onun özünə kənar şəxs tərəfindən baxılması, qulluq göstərilməsinə ehtiyac vardır. Belə olan halda məhkəmə hesab edir ki, onun uşağın saxlanılması üçün aliment ödəməsi imkanı xaricindədir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220,-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı xx.xx.2015-ci ildə anadan olan Tuncay adlı uşağının saxlanması üçün onun xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1451/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1451/2023
18.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver