Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1500/2023 18.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı- İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Məhkəməsinin 2(020)- 1408/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 13 sentyabr 2013-cü ildə anadan olan X1 üçün Cavabdeh xeyrinə qət olunan alimentin məbləğinin dəyişdirilib hər ay sabit pul məbləğində 100 (yüz) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, oğlu İddiaçı Cavabdeh ilə nikahlarını 12 sentyabr 2013-cü tarixdə rəsmiləşdirərək ailə qurmuş və birgə nikahlarından 13 sentyabr 2013-cü il tarixdə Zivərxanım adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixdə oğlunun Cavabdeh qarşı nikahın pozulması və uşağın atada qalmasına dair, Cavabdeh isə oğluna qarşı "uşağın alınması və aliment tələbinə dair" qarşılıqlı iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq ilkin iddianın qismən təmin edilməsinə və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarmışdır. Beyləqan rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(020)-1408/2022 saylı qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə qət edilən 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək 170 manat müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli hökmü ilə oğlu Xəyal Cinayət Məcəlləsinin 263.2. maddəsi ilə təqsirli bilinərək iki il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüuqundan məhrum olunmaqla, 5 il müddətindən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdən hal-hazıradək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı X6 Müəssisəsində çəza çəkmişdir. Cəza müddəti bitdikdən sonra isə oğlu iş tapa bilməmişdir. Oğlunun qeyd edilən məbləğdə alimenti ödəmək qabiliyyəti yoxdur, hal-hazırda oğlu heç bir yerdə işləmir, qazanc və gəliri yoxdur, maddi vəziyyəti həddindən artıq ağırdır. Həmçinin cavabdeh tərəf də bir valideyn kimi uşağın maddi tələbatlarının ödənilməsində iştirak etməlidir və uşağın saxlanılması onun da borcudur. Cavabdeh oğlu Xəyala, həmçinin onun özünə uşaqla ünsiyyətdə olmağa imkan vermir, ciddi maneçilik törədir, hətta uşaqla mobil telefon vasitəsilə əlaqə saxlamağa şərait yaratmır. Cavabdehi uşağın normal inkişafı deyil, yalnız aliment kimi əldə edəcəyi vəsait düşündürür. Odur ki, Beyləqan rayon Məhkəməsinin 2(020)- 1408/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 13 sentyabr 2013-cü ildə anadan olan X1 üçün Cavabdeh xeyrinə qət olunan alimentin məbləğinin dəyişdirilib hər ay sabit məbləğində 100 (yüz ) manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçılə birgə nikahlarından bir uşaqları doğulmuşdur. Lakin Xəyalla münasibətləri pozulduğundan ayrılmışlar. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən idddiaçı ilə nikahları pozulmuş və onun xeyrinə aliment qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(020)1408/2022 saylı qətnaməsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı onun xeyrinə qət edilən hər ay bir uşağa görə 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməklə artırılmışdır. İddiaçı məhkəmə qətnaməsindən şikayət vermiş, lakin onun şikayəti təmin edilməmişdir. Uşaq məktəblidir və demək olar ki, hər gün uşağın xərclərində artımlar olur. Hazırda uşağının xərcində artımlar olmuşdur. Alimentin məbləği azaldılarsa uşağını saxlaya bilməyəcəkdir. Uşağına baxması ilə bağlı özü heç bir yerdəişləmir və heç bir gəliri yoxdur. Uşağını yalnız iddiaçıdan aldığı aliment hesabına saxlayır. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi cəhətdən qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərini birgə nikahlarından 13 sentyabr 2013-cü ildə Zivərxanım adlı uşaqları anadan olmuşdur. İşdə olan Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Füzuli oğlundan xx.xx.2013-cü ildə anadan olan Zivərxanım adlı uşağının saxlanması üçün X3 xeyrinə hər ay 154 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət olunmuşdur. İşdə olan Bakı Apeliyasiya Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh tələbi əsasında İddiaçı Füzuli oğlundan bir uşağın saxlanması üçün müəyyən edilmiş 154 manat alimentin miqdarı dəyişdirilərək hər ay 100 manat müəyyən edilmişdir. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(020)1408/2022 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı aliment tələbinə dair iddiası qismən təmin edilərək, Bakı Apellyasıya Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Füzuli oğlundan xx.xx.2013-cü ildə anadan olan Zivərxanım adlı uşağın saxlanması üçün Beyləqan rayon İmamverdilər kəndində qeydiyyatda olan və yaşayan uşağın anası X3 xeyrinə qət edilən hər ay bir uşağa görə 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməklə artırılması, alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilməsini qət etmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(106)-246/2023 saylı qətnaməsindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(020)1408/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, alimentin məbləği azaldılarsa uşağın əvvəlki təminat səviyyəsinin saxlanılması mümkün olmayacaqdır. Halbu ki, «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, iddiaçıdan uşağın saxlanılması üçün aliment Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə qət edilmiş, Bakı Apellyasiya Məhkəməsi həmin alimentin miqdarını dəyişdirərək 100 manat məbləğində müəyyən etmişdir. Cavabdeh alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci ıl tarixli, 2(020)1408/2022 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı aliment tələbinə dair iddiası qismən təmin edilərək, Bakı Apellyasıya Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2013-cü ildə anadan olan Zivərxanım adlı uşağın saxlanması üçün Beyləqan rayon İmamverdilər kəndində qeydiyyatda olan və yaşayan uşağın anası X3 xeyrinə qət edilən hər ay bir uşağa görə 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməklə artırılması, alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilməsini qət etmişdir. İddiaçı məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti vermişdir. X5 Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(106)-246/2023 saylı qətnaməsinə əsasən Beyləqan Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci ıl tarixli, 2(020)1408/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı hazırda ödədiyi alimentdən başqa uşağın saxlanması üçün heç bir əlavə xərclərdə iştirak etmir. Halbu ki, bir valideyin kimi uşağın saxlanmasında əlavə xərclərdə iştirak etmək onun borcudur. Beyləqan rayon məhkəməsinin qətnaməsinin qəbulundan uzun müddət keçməməsinə baxmayaraq iddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayətinin təmin edilməməsinə baxmayaraq, iddiaçı əsassız olaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən iddiaçı məhkəmə qətnaməsinə əsasən aliment qət olunduqdan sonra ailə və maddi vəziyyətində dəyişiklik olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, alimentin miqdarının azaldılması uşağın əvvəlki təminat səviyyəsinə uyğun deyildir. Çünki cavabdeh azyaşlı uşağına baxmaqla bağlı heç yerdə iləmir və başqa qazancı yoxdur. Bundan əlavə uşaq hazırda məktəbə getməklə bağlı cavabdehin xərclərində artımlar olmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən onun alimentin miqdarının azaldılmasına dair iddiası əsassızdır və iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçı Beyləqan rayon Məhkəməsinin 2(020)-1408/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 13 sentyabr 2013-cü ildə anadan olan X1 üçün Cavabdeh xeyrinə qət olunan alimentin məbləğinin dəyişdirilib hər ay sabit məbləğində 100 (yüz ) manat məbləğində müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə tərəflərə onun surətini rəsmi qaydada verildiyi gündən l(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1500/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1500/2023
18.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver