Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-155/2024 06.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atanın əlavə xərclərə cəlb olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü oğlu X9 xəstəliyi ilə əlaqədar hər ay 150 manat əlavə xərcin və mediyasiyaya ödənilmiş pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddiasının müdafiə etdi və izahatında göstərdi ki, cavabdehlə birgə nikahlarında iki uşaqları anadan olmuş, xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(020)-895/2023 saylı qətnaməsi ilə iki uşağın saxalanılması üçün cavabdehdən ümümilikdə 340 manat məbləğində alimentin hər ay alınıb ona verilməsi qət olunmuşdur. Onun maddi vəziyyəti çox aşağıdır və həmin məbləğ uşağın saxlanması üçün azlıq təşkil edir. Oğlu Cavabdeh ağır xəstədir. Həkim ona Serebrol İflic diaqnozu qoymuşdur. Uşağa mütamadi olaraq müalicə lazımdır. O, imkan daxilində oğlunu müalicə etdirir. Cavabdeh isə heç bir köməklik etmir. Cavabdehdən uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün əlavə xərc istəmir, uşağının sağalana kimi ona köməklik edilməsini istəyir. Hazırda uşaqları ilə birlikdə valideynlərinin evində yaşayır, atası ölmüş, anası isə xəstə qadındır. Cavabdeh işləyir, onun şadlıq sarayı vardır. Uşağı yeriyə bilməsə də, oxumaq və təhsil almaq istəyir. Onun isə uşağının təhsil alması üçün müəllim tutmağa imkanı yoxdur. Özü müəllimə işləyir və səhhətində problemləri vardır. Aldığı maaşla özünü ancaq təmin edir. İndiyə kimi, uşaqlarının saxlıanması üçün bütün əlavə xərcləri özü çəkmişdir. Hazırda isə buna gücü çatmır. Cavabdeh də uşağının müalicə olunmasında iştirak etməlidir. Odur ki, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü oğlu X9 xəstəliyi ilə əlaqədar hər ay 150 manat əlavə xərcin və mediyasiyaya ödənilmiş 50 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində dindirilmiş X13 iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı ilə nikahları pozulan vaxt Beyləqan rayon Məhkəməsinin 2012-ci il tarixli 2(020) 757/2012 qətnaməsinə əsasən hər bir uşağa ayda 87 manat ödəməsi qət etmişdir. Bu ödəniş 2023-cü ilin may ayına qədər davam etmişdir. Bundan sonra Beyləqan rayon Məhkəməsi ailə vəziyyətini və heç bir yerdə işləmədiyini nəzərə alaraq 19 may 2023-cü il tarixdə 2(020)-895/2023 saylı qətnaməsi ilə 2 uşağın saxlanılması üçün hər uşağa görə 170 manat, cəmi 340 manat alimentin hər ay alınıb verilməsinə dair qətnamə qət etmişdir. İddiaçı İmişli rayon Yalavac kəndində məktəbdə müəllimə işləməklə yüksək maaş alır. X5 dövlət tərəfindən sosial təqaüd alır. Bundan başqa İddiaçı Bakı şəhəri 4 Mikrorayonda təzə tiklidə evi var. Həmin evi kirayə verməklə hər ay 600 manat alır. Hər ay o da 340 manat ödəyir. Oğluna Selebrat iflic olan xəstəliyi ilə bağlı dövlət tərəfindən təmənnasız olaraq müalicəsi üçün qayğı göstərilir. Hal-hazırda ailəlidir, iki uşağı vardır. O, heç bir yerdə işləmir. Özü təqaüddə olan valdeyinləri ilə bir yerdə yaşayır. Beyləqan rayonunda heç bir obyekti və evi yoxdur. Özü avtoyuma sexində işləməklə maşın yuyur. İddiaçı uşaqları saxlaya bilmirsə versin ona, özü uşağına baxıb müalicə etdirəcəkdir. Ona görə də İddiaçı iddasının əsassız olduğu üçün rədd ediməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan vəsiqənin surətindən görünür ki, X14 xx.xx.2007-ci ildə anadan olmuşdur. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(020) 895/2023-cü il tarixli qətnaməsindən görünür ki, Beyləqan rayon məhkəməsinin 21 sentyabr 2012-cı il tarixli qətnaməsinə əsasən Beyləqan şəhəri, Elxan Əliyev küçəsi 48-də qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2007-ci ildə anadan olan X9 və xx.xx.2010-cı ildə anadan olan X1 üçün İmişli rayonunun Yalavac kəndində qeydiyyatda olan və yaşayan uşaqların anası İddiaçı xeyrinə qət edilən hər ay hər uşaq üçün 87 (səksən yeddi) manat sabit pui məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməklə artırılması qət edilmişdir. 2007-ci il təvəllüdlü X9 adma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Uşaq Bərpa Mərkəzində tərtib edilmiş 243 saylı ambulator kartadan çıxarışdan görünür ki, o, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək müayinə və müalicələrdə olmuşdur. Diaqnoz: “Uşaq serebral iflici. Aşağı paraparez”. İş materiallarına əlavə edilmiş K.Y.Fərəcov adına X2 tərtib edilmiş dəyişmə vərəqəsindən görünür ki, X14 xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək müayinə və müalicələrdə olmuşdur. Diaqnoz: “İki tərəfli pnevmoniya, kəskin gedişli, ağır forma”. İş materiallarına əlavə edilmiş X6 verilmiş müayinə vərəqindən görünür ki, X14 müayinədə olmuş və ona “Perinatal ensefalopatiya” diaqnozu təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstutu PHŞ-si tərəfindən verilmiş ********** saylı arayışından görünür ki, X14 müayinədə olmuş və ona “Uşaq serebral spastik iflici. Skolioz” diaqnozu təyin edilmişdir. İş materiallarına əlavə edilmiş “City HospitaP’da tərtib edilmiş 1789 saylı xəstəlik tarixinin epikrizindən görünür ki, X14 xx.xx.2011-ci il tarixdə stasionar şöbəyə daxil olmuşdur. Xəstə klinikada müayinələrdən keçmiş və ona xx.xx.2011-ci il tarixdə endotraxeal narkoz altında “Hər iki tərəfdə axil bağlarının uzadılması. Hər iki qamış sümüklərinin proksimal 1/3 kortiktomiyası, detorsiya, millərlə osteosintezi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra ətraf gips sarğısı ilə immoblizasiya edilmişdir. Əməliyyat fəsadsız keçmişdir. xx.xx.2011-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. Diaqnoz: “Uşaq serebral iflici. Hər iki pəncənin ekvinus deformasiyası. Hər iki baldırın daxilə torsiyası”. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Uşaq Bərpa Mərkəzində təıtib edilmiş 243 saylı ambulator kartadan çıxarışdan görünür ki, X14 xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək müayinə və müalicələrdə olmuşdur. Diaqnoz: “Uşaq serebral iflici. Aşağı paraparez”. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Uşaq Bərpa Mərkəzində tərtib edilmiş 243 saylı ambulator kartadan çıxarışdan görünür ki, X14 xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək müayinə və müalicələrdə olmuşdur. Diaqnoz: “Uşaq serebral iflici. Aşağı paraparez”. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Uşaq Bərpa Mərkəzində tərtib edilmiş ambulator kartadan çıxarışdan görünür ki, X14 xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək müayinə və müalicələrdə olmuşdur. Diaqnoz: “Uşaq serebral iflici. Aşağı paraparez”. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət- Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinin tabeliyində Xüsusi Qayğıya Ehtiyacı X16 Reablitasiya Müəssisəsində tərtib edilmiş 258 saylı fərdi reablitasiya kartasının çıxarışından görünür ki, X14 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək müayinə və müalicələrdə olmuşdur. Diaqnoz: “Uşaq serebral iflici. Tetraparez forma”. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Uşaq Bərpa Mərkəzində tərtib edilmiş 243 saylı ambulator kartadan çıxarışdan görünür ki, X14 xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müayinə və müalicələrdə olmuşdur. Diaqnoz: “Uşaq serebral iflici. Aşağı paraparez”. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyi 1 nömrəli X12 tərəfindən tərtib edilmiş 604 saylı stasionar reablitasiya kartasından çıxarışdan görünür ki, X14 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müayinə və müalicələrdə olmuşdur. Diaqnoz: “Dispkegik spasifık serebral iflic”. Məhkəmənin 26 yanvar 2024-cü il tarixli qərardadına əsəsən xx.xx.2007-ci il təvəllüdlü X3 iflic diaqnozu ilə ağır xəstə olubolmamasının konkret olaraq müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 04 aprel 2024-cü il tarixli, 1479 saylı rəyin nəticə hissəsindən görünür ki, 2007-ci il təvəllüdlü X9 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və ixtisaslı mütəxəssis (oftalmoloq, travmatoloq-oıtoped, nevroloq) müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1) X10 hal-hazırda “Uşaq serebral iflici, tetraplegik forma”, Anadangəlmə döş-bel İ dərəcəli skolioz”, “OU-görmə sinirinin hissəvi atrofıyası” kimi xəstəliklərinin olduğu müəyyən edildi. Qeyd olunan patologiyalar ağır xəstəliklərə aiddirlər. 2) Nadir Qarayevdə qeyd edilən xəstəliklərlə əlaqədar onun daimi müalicəyə ehtiyacı vardır. Aparılacaq müalicələrin proqnozu haqqında əvvəlcədən fikir söylənilməsi mümkün deyildir Məhkəmə zamanı müəyyən olundu ki, tərəflər nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və birgə nikahlarında iki uşaqları anadan olmuşdur. Lakin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(020) 895/2023-cü il tarixli qətnaməsinə əsasən Beyləqan rayon məhkəməsinin 21 sentyabr 2012-cı il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2007-ci ildə anadan olan X9 və xx.xx.2010-cı ildə anadan olan X1 üçün İmişli rayonunun Yalavac kəndində qeydiyyatda oten və yaşayan uşaqların anası İddiaçı xeyrinə qət edilən hər ay hər uşaq üçün 87 (səksən yeddi) manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməklə artırılması qət edilmişdir. İddiaçı xx.xx.2007-ci ildə anadan olan oğlu Nadirin hal-hazırda “Uşaq serebral iflici, tetraplegik forma”, Anadangəlmə döş-bel İ dərəcəli skolioz”, “OU-görmə sinirinin hissəvi atrofıyası” kimi xəstəliklərdən əziyyət çəkməsini, uşağının mütəmadi olaraq müalicəyə ehtiyacının olmasını, özünün isə buna maddi imkanını çatmamasını əsas gətirərək uşağının sağalana kimi cavabdeh tərəfindən ona hər ay 150 manat əlavə köməklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1. maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşma çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur Həmin Məcəllənin 81.3-cü maddəainə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə iclasında izahat verən iddiaçı cavabdehin işi və şadlıq sarayış olmasını göstərsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü oğlu X9 xəstəliyi ilə əlaqədar əlavə xərc hər ay 100 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü oğlu X9 xəstəliyi ilə əlaqədar hər ay 100 manat əlavə xərc və mediyasiya xərci kimi 55 (əlli beş) manat alınıb İddiaçı ödənilməlidir. X8 dövlət rüsumuna görə 32 (otuz iki) manat alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-155/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-155/2024
06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver