Məhkəmə qərarları › İş №2(020)-1675/2023

Beyləqan Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(020)-1675/2023

21.08.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Beyləqan rayon İş № 2(020)-1675/2023 21.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlu Kreditor Borclu qarşı pul tələbinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏNETDİM: Tələbkar Kreditor ərizə ilə məhkəməyə müraciət edərək Borclu 1800 (bir min səkkiz yüz) manat məbləğində borc pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki,Kreditor Borclu 1800 (bir min səkkiz yüz) manat məbləğində nisyə yeyinti məhsulları almışdır. Müqavilənin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışnın) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata küçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və həmin tələb borclunu mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Adı çəkilən Məcəllənin 276.2.2-ci maddəsinə görə tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa həmin Məcəllənin 276.2-ci maddəsini əsas tutmaqla məhkəmə əmr verə bilər. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 275, 276 və 280-282ci maddələrini rəhbər tutaraq, Ə M R E T D I M: Beyləqan rayon xaçınabad qəsəbəsi ərazisində yerləşən, N saylı hərbi hissədə qulluq edən, xx.xx.1985-ci ildə anadan olan, Borclu 1800 (bir min səkkiz yüz) manat məbləğində borc pul və ödənilmiş 100 manat dövlət rüsumu alınaraq tələbkar Beyləqan şəhəri, G.Ağayeva küçəsi ev 13-də yaşayan, xx.xx.1988-ci ildə anadan olan, Kreditor verilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar