Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Beyləqan rayon İş № 2(020)-1738/2023 01.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi ilə, Kreditor Borclu qarşı pul tələbinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏNETDİM: Tələbkar Kreditor ərizə ilə məhkəməyə müraciət edərək Borclu 17000 (on yeddi min) manat məbləğində borc pulun və ödənilmiş 141 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş 21 iyun 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Kreditor Borclu 17000 (on yeddi min) manat məbləğində borc pul almışdır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanarsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 276.2.1-ci maddəsinin tələblərinə görə tələb notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinin tələbinə görə tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekomnukasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi ilə bağlı tələblər istisna olmaqla) əsaslanarsa bu hallarda məhkəmə əmri verilə bilər. Ərizədən və ona əlavə edilmiş sənədlərdən kreditorun tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Məhkəmə əmri verilməsi üçün tələbkar tərəfindən 141 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb təmin edildiyi üçün dövlət rusumu da borcludan tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280, 281 və 282-ci maddələrini rəhbər tutaraq, Ə m r e t d i m: Beyləqan rayon Dünyamalılar kəndində qeydiyyatda olan, xx.xx.1992-ci ildə anadan olmuş Borclu 17000 (on yeddi min) manat məbləğində borc pul və ödənilmiş 141 (bir yüz qırx bir) manat dövlət rüsumu alınaraq tələbkar Sabirabad rayon Quruzma kəndində qeydiyyatda olan, xx.xx.1994cü ildə anadan olmuş Kreditor verilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1738/2023
Beyləqan Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(020)-1738/2023
01.09.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver