Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1818/2023 29.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdeh Mirzəyeva (Xudaverdiyeva) Azadə Allahyar qızının iştirakı ilə, İddiaçı cavabdeh Mirzəyeva (Xudaverdiyeva) Azadə Allahyar qızına qarşı alqı-satqı müqaviləsinin təsdiqi və ya pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə onunla cavabdeh Mirzəyeva (Xudaverdiyeva) Azadə Allahyar qızı arasında 04 fevral 2005-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin təsdiq edilməsi və ya mübahisəli 0.45 hektar pay torpaq sahəsinin cavabdehə qaytararkən torpaq üçün verdiyi indiki pulla 5400 manatın, dövlət rüsumu kimi ödənilmiş 100 manatın və "xxxx" MMC-yə ödənilmiş 120 manat pul tələbinə dair iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, cavabdeh Mirzəyeva (Xudaverdiyeva) Azadə Allahyar qızına və ailə üzvlərinə Beyləqan rayon X2 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarı ilə JN: 480 saylı, kod 60700098 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə mülkiyyətlərinə 1.35 ha pay torpaq sahəsi verilmişdir. Cavabdeh X1 onun payı olan 0.45 ha pay torpaq sahəsini 04 fevral 2005-ci il tarixli aktla bələdiyyə və şahidlərin iştirakı ilə pulunu ödəməklə almışdır. Dövlət aktının əslidə ondadır. Torpaq üçün o vaxtki pulla ******* manat ödəmişdir. Cavabdeh onun yaxın qohumudur. Həmin torpaq sahəsini aldığına dair onunla aralarında yazılı alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh ona torpağı satarkən alqı-satqının natariat kontorunda təsdiq edilməsini təklif etmiş, lakin torpağın sənədi girovda olduğu üçün və ailə üzvülərinə inandığını bildirərək və alqı-satqı müqaviləsinə ehtiyac olmadığını və müqavilə ilə razılaşma əsasında torpağı ona ömürlük olaraq satmışdır. O, həmin vaxtdan həmin torpaq sahəsindən istifadə edərək torpağı yararlı vəziyyətə gətirmişdir. Həmin torpaqda arx çəkdirmiş, planirovka işi aparılmışdır. Cavabdeh bir neçə ay bundan əvvəl ona bildirmişdir ki, torpaq sahəsini qaytarıb almaq istəyir. O, mübahisəli torpaq sahəsini o zaman qaytarar ki, onun torpaq üçün verdiyi pulun yəni 5400 manatın qaytarılıb ona verilsin. Odur ki, onunla cavabdehlər Mirzəyeva (Xudaverdiyeva) Azadə Allahyar qızı arasında 04 fevral 2005-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin təsdiq edilməsi və ya mübahisəli 0.45 hektar pay torpaq sahəsinin cavabdehə qaytararkən torpaq üçün verdiyi indiki pulla 5400 manatın, dövlət rüsumu kimi ödənilmiş 100 manatın və "xxxx" MMC-yə ödənilmiş 120 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Mirzəyeva (Xudaverdiyeva) Azadə Allahyar qızı iddianı qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998ci il tarixli qərarına əsasən ona və ailə üzvlərinə 1,35 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini müvəqqəti istifadə etmək üçün İddiaçı vermişdir. Verilmiş müddət qurtarsa da, iddiaçı mülkiyyətində olan torpaq sahəsini boşaltmaq istəmir. İddiaçı həmin torpaq sahəsindən istifadə edir. Oradan gəlir götürmüşdür. Belə bir alqı-satqı müqaviləsi isə mövcud deyildir. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dəvət edilib dindirilmiş X3 ifadəsində göstərdi ki, İddiaçı cavabdehdən onların iştirakı ilə torpaq almışdır. Həmin torpağı alarkən İddiaçı onun yanında cavabdeh Mirzəyeva (Xudaverdiyeva) Azadə qızına pul vermişdir. İşdə olan JN 480 KOD 60700098 saylı dövlət aktının surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən Mirzəyeva (Xudaverdiyeva) Azadə Allahyar qızı və onun ailə üzvlərinin mülkiyyətinə 1,35 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin 29 avqust 2023-cü il tarixli 67 saylı qiymətləndirmə rəyindən görünür ki, Beyləqan rayonunun 2-ci Şahsevən kəndində yaşayan İddiaçı istifadəsində olan Beyləqan rayonunun yerləşən 1,3518 ha əkin sahəsinin mövcud tarixə bazar qiyməti ilə dəyəri 5400 manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən Mirzəyeva (Xudaverdiyeva) Azadə qızı və onun ailə üzvlərinin mülkiyyətinə 1,35 ha torpaq sahəsi verilmişdir. Mirzəyeva (Xudaverdiyeva) Azadə qızı mülkiyyətində olan torpaq sahəsini müvəqqəti istifadə etmək üçün İddiaçı vermişdir. İddiaçı həmin torpaqdan istifadə edir. İddiaçı torpaq sahəsinin cavabdehlərdən birdəfəlik aldığını göstərsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdehlər torpağın sənədləşdirilməsini öz üzərinə götürmüşlər. Həmin müqavilə tərəflərlə birgə Beyləqan rayon 2-ci Şahsevən Aşıqlı kənd ərazi nümayəndəsi tərəfindən imzalanmışdır. Cavabdehlər torpaq sahəsinin iddiaçının adına sənələşdirəcəklərinə söz versələr də, torpaq sahəsi iddiaçının adına sənədləşdirməmişlər. Torpaq sahəsinin alqı-satqısı ilə bağlı işdə olan razılaşma tərəflər arasında yaranmış mübahisənin alqı-satqı ilə bağlı olmasına sübutdur. Ona görə də məhkəmə hazırkı mübahisəyə alqı-satqı müqaviləsinin müddəalarının tətbiq edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Hazırda cavabdeh torpaq sahəsini geri tələb etməklə öz üzərinə düşən vəzifələrinin icrasını yerinə yetirməkdən imtina edirr. Belə olan hada qanunun tələblərinə görə iddiaçının həmin torpaq sahəsini almaqdan ötürü ödədiyi pul ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə toplanmış sübutlara hüquqi cəhətdən qiymət verən məhkəmə hesab edir ki, iddia iddiaçının cavabdehə qarşı 5400 manat hissədə, cavabdeh İddiaçı qarşı 200 manat məbləğində təmin edilməlidir. Çünki işdə olan müqavilədən görünür ki, cavabdeh Mirzəyeva (Xudaverdiyeva) Azadə qızı torpaq sahəsinə görə iddiaçıdan hazırkı pulla 5400 manat, işdə olan olan qəbzdən isə görünür ki, cavabdeh Mirzəyeva (Xudaverdiyeva) Azadə qızı həmin məqsədlə iddiaçıdan 200 manat almışdır. Mirzəyeva (Xudaverdiyeva) Azadə qızı isə iddiaçıdan həmin məqsədlə pul almamışdır. Bundan əlavə iddia tələbində alqı-satqı müqaviləsinin təsdiq edilməsini tələb etmiş, lakin tərəflər arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi üçün qanunda nəzərdə tutulan müqavilə bağlanmadığına görə iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Mirzəyeva (Xudaverdiyeva) Azadə qızıundan 200 (iki yüz) manat alınıb İddiaçı verilsin. İddia torpaq alqı-satqı müqaviləsinin təsdiq edilməsinə dair hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumuna görə Mirzəyeva (Xudaverdiyeva) Azadə qızından 2 (iki) manat alınıb İddiaçı verilsin. Dövlət rüsumuna görə ödənilmiş qalan pul məbləği iddiaçıya aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1818/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1818/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver