Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1878/2023 24.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair işə Beyləqan şəhərində açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh onun xeyrinə 09 aprel 2009-cu ildə anadan olan Güqnəşin saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, o, X2 ilə nikahlarını rəsmiləşdirərək ailə qurmuşdur. Birgə nikahlarından 09 aprel 2009-ci ildə Günəş adlı bir uşaqları anadan olmuşdur. Beyləqan Rayon Məhkəməsinin qətnaməsi ilə X2 ilə aralarındakı nikah pozulmuş, birgə nikahlarından olan Günəşin iddiaçının yanında saxlanılması barədə qətnamə qərara alınmışdır. Hazırda uşağı iddiaçının himayəsində yaşayır. Heç yerdə işləmir, uşaq azyaşlıdır, iddiaçının uşağını saxlamaq üçün maddi yardına ehtiyacı vardır. Nə uşağının atası Samir Əhmədov, nə də cavabdeh uşağın saxlanması üçün ona heç bir maddi yardım göstərmirlər. Cavabdeh uşağın nənəsidir, onun nəvəsinə kömək etmək üçün yetərincə maddi imknları vardır. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, cavabdehlər Cavabdeh iddiaçının xeyrinə bir nəfər uşağın saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən, lakin əvvəlki məhkmə iclaslarında iştirak etdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İşdə olan doğum haqqında şəhadətnamədən çıxarışlardan görünür ki, İddiaçı ilə X2 birgə nikahlarından 09 aprel 2009-ci ildə Günəş adlı uşaqları anadan olmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə cavabdehin oğlu X2 ilə birgə nikahlarından 09 aprel 2009-ci il tarixdə Günəş adlı uşaqları anadan olmuşdur. Beyləqan Rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan Günəş adlı uşağın iddiaçının yanında saxlanılması müəyyən edilmiş. X1 uşağın saxlanması üçün iddiaçıya heç bir yardım göstərməmişdir. İddiaçı himayəsində olan uşağı təkbaşına saxlaya bilmədiyindən uşağın nənəsinə qarşı 200 manat məbləğində aliment tələbinə dair iddia qaldırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə görə yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyən edildi ki, iddiaçı bir azyaşlı uşağı ilə birlikdə yaşayır və heç yerdə işləmir. Uşağın atası X2 həmçinin uşağın nənəsi uşağın saxlanması üçün iddiaçıya maddi yardım göstərmirlər. Məhkəmə tərəfindən qət olunmuş alimenti X2 ödəmir, qaçıb gizləndiyinə görə barəsində axtarış işi açılmışdır. Məhkəmə hesab edir ki, azyaşlı uşağın saxlanması üçün cavabdehlərdən alimentin tutulması sabit pul məbləğində müəyyən edilməlidir. Lakin iddiaçının tələb etdiyi məbləğ cavabeh üçün çoxluq təşkil edir. Çünki onlar heç yerdə işləmir, pensiya alırlar. İddiaçı onların başqa qazanclarının olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Beləliklə məhkəmə iddiaçının yanında qalan bir nəfər azyaşlı uşağın əvvəlki təminat səviyyəsini, iddiaçının özünün uşağın tərbiyəsi ilə məşğul olmaqla bağlı heç yerdə işləməməsini və cavabdehin maddi imkanlarını nəzərə almaqla hər ay 09 aprel 2009-ci ildə anadan olmuş Cavabdeh Samir qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə 18 sentyabr 2023-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də cavabdehdən tutulan aliment iddiaçının məhkəməyə ərizə ilə müraciət etdiyi vaxtdan, yəni 18 sentyabr 2023-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 09 aprel 2009-cu ildə anadan olmuş Cavabdeh Samir qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 100 (bir yüz) manat manat sabit pul məbləğində aliment alınaraq Beyləqan rayon 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan İddiaçı verilsin. Alimentin tutulmasının başlanğıcı 18 sentyabr 2023-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1878/2023
Beyləqan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(020)-1878/2023
24.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver