Məhkəmə qərarları › İş №2(020)-2037/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-2037/2023

10.10.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-2037/2023 10.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, İclas katibi Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Kreditor Borclu qarşı əmr icraat qaydasında borcun qaytarılmasına dair ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor Borclu qarşı əmr icraat qaydasında borcun qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditor Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etməmişdir. Belə ki, kreditorun ərizəyə əlavə etdiyi rüsum ödəmə haqqında qəbzindən görünür ki, o hazırkı tələblə bağlı 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Halbu ki, kreditor tələb etdiyi məhkəmə əmrinin verilməsinə dair xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” qanunun tələblərinə uyğun olaraq 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəməli idi. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinin tələbinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Kreditor Borclu qarşı əmr icraat qaydasında borcun qaytarılmasına dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Kreditora izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar