Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2131/2025 27.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Kamilzadə Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin və xx.xx.2024-cü ildə anadan olmuş X3 3 (üç) yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat baxım pulunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə quraraq nikahlarını xx.xx.2021-ci ildə Beyləqan rayon VVAQ-da rəsmiləşdirmişdilər. Onların birgə nikahdan xx.xx.2024-cü il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Hazırda uşağı ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. Cavabdeh uşağın saxlanması üçün ona heç bir yardım göstərmir. İndiki iqtisadi çətinliklərlə əlaqədar cavabdehin yardımı olmadan uşağı saxlamaq çox çətindir. Uşağın normal saxlanması üçün cababdehin mütləq maddi yardımı lazımdır. Cavabdeh könüllü olaraq yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün ona aliment ödəmir və heç bir maddi yardım göstərmir. Cavabdeh məhkəməyə ərizə göndərərək, göstərmişdir ki, o, İddiaçı ilə ailə quraraq birlikdə yaşamışlar və onların nikahından 1 uşaqları, 26 yanvar 2024-cü ildə Fatimə adlı övladları anadan olmuşdur. Uşaq ananın yanında qalıb yaşayır. Onlar əvvəlcə mehriban yaşamışlar, lakin sonradan İddiaçı ilə yaşamaq qeyri mümkün olmuşdur. Onun xarakter və xasiyyətində dəyişikliklər olmuş və tamamilə başqa adam olmuşdur. O, heç bir yerdə işləmir və kənddə ancaq fəhlə və digər işlərdə işləməklə məşğuldur. O, uşağını görmək istəyir və iddiaçının bunun üçün şərait yaratması daha yaxşı olardı. O, anası ilə birlikdə yaşayır. Anasıda başsız qadındır və o da heç bir yerdə işləmir. Sosial yardımda almırlar. O, gələcəkdə ailədə qurmalıdır və ailəsinidə və gələcəkdə olacaq övladlarını da dolandırmalıdır. Onun anası da xəstədir. Maddənin şərhindən müəyyən edilir ki, məhkəmə aliment qət edərkən anasının xəstə olmasını və onun köməyimə ehtiyacı olduğunu, işləməməyini, yəni maddi və ailə vəziyyətini nəzərə alaraq aliment kəsməlidir. Anası təzyiq və digər xəstəliklərdən əziyyət çəkir və onun müalicəsi də olunmalıdır. Bütün bunlar da onun üçün çətinlik yaradır. İddiaçı uşaq 3 yaşa çatana kimi ana üçün xərcin 30 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, iddia tələbini qismən qəbul etdiyini bildirərək izahatında göstərmişdir ki, o, uşağının saxlanılması üçün hər ay 200 manat məbləğində aliment və 30 manta baxım pulu ödəməyə razıdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 noyabr 2025-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh ilə X5 arasında rəsmi nikah 01 mart 2021-ci il tarixdə Beyləqan rayon Qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 50 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Quluyeva” sayadı verilmişdir. Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 noyabr 2025-ci il tarixli Arayışdan görünür ki, 26 yanvar 2024-cü il təvəllüdlü X3 atası Cavabdeh və anası İddiaçıdır. xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə Arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödənilmiş, lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən, ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olması və uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, tərəflərin maddi vəziyyəti və uşağın mənafeyi, cavabdehin hər ay 300 manat məbləğində aliment ödəməyə maddi imkanının olmasını təsdiq edən məhkəməyə hər hansı bir sübut təqdim edilməməsi və 2026-cı il tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqının miqdarı nəzərə alınmalı və uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh bir uşağa görə sabit pul məbləğində-sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli miqdarında(400 (2026-cı il üzrə müəyyən edilmiş minimum əmək haqqı) x 0,5=200 manat) aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə görə ərarvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci və 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Tərəflərin birgə nikahdan doğulmuş uşaqları - 26 yanvar 2024-cü il təvəllüdlü X3 üç yaşına çatmadığını və həmin uşağa baxdığına görə iddiaçının işləyə bilmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı ərin aliment öhdəlikləri üzrə cavabdehdən maddi təminat tələb etməkdə haqlıdır və iddia tələbinin həmin hissəsi qismən təmin edilməklə, 26 yanvar 2024-cü il təvəllüdlü X4 üç yaşına çatanadək cavabdeh X1 pul məbləğində hər ay görə 30 (otuz) manat miqdarında aliment tutularaq iddiaçıya verilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə 02 dekabr 2025-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, alimentin hesablanmasının əvvəli 02 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 26 yanvar 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02 dekabr 2025-ci il tarixdən başlayaraq, Cavabdeh - sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli miqdarında aliment sabit pul məbləğində tutularaq, iddiaçıya ödənilməli və uşaq üç yaşına çatanadək hər ay 30 manat miqdarında aliment sabit pul məbləğində tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh dövlət nəfinə 47,60 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 26 yanvar 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02 dekabr 2025-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay sabit pul məbləğində - sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,50 misli miqdarında aliment tutularaq, İddiaçı ödənilsin. Ərin arvada maddi cəhətdən kömək etməsi ilə əlaqədar 26 yanvar 2024-cü il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək Cavabdeh 02 dekabr 2025-ci il tarixdən hesablanmaqla, İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 30 (otuz) manat miqdarında aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh dövlət nəfinə 47,60 (qırx yeddi manat 60 qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Xatın Kamilzadə
Məhkəmə qərarları › İş №2(020)-2131/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2131/2025
27.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver