Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-236/2023 25.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutuması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 048R********** saylı kredit razılaşması üzrə 12947.66 ABŞ Dolları məbləğində kredit borcu, 22933.04 ABŞ Dolları məbləğində faiz borcu və 2861.95 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 38742 (otuz səkkiz min yeddi yüz qırx iki) ABŞ Dolları 65 (altmış beş) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 287.59 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Beyləqan şəhəri, Babək küçəsində yerləşən 0.0599 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 128.8 m2 ümumi sahəsi, 92.9 m2 yaşayış sahəsi, 35.9 m2 yardımçı sahədən ibarət 3 otaqlı 1 mərtəbəli 20 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 38742 ABŞ Dolları 65 sent məbləğində borcun, ödənilmiş 287.59 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetmin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi, hərracdan əldə, olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 ümumi müştərək qaydada tutulması, Cavabdeh1 Rahim oğlunun mülkiyyətində olan Beyləqan şəhəri, Babək küçəsində yerləşən 0.0599 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 128.8 m2 ümumi sahəsi, 92.9 m2 yaşayış sahəsi, 35.9 m2 yardımçı sahədən ibarət 3 otaqlı 1 mərtəbəli 20 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsinə və evə Cavabdeh1 Rahim oğlunun və Quliyeva badə Kamal qızının istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə iddia qaldırmışdır. İddiaçı QSC-nin nümayəndəsi Nicat Ələkbərov məhkəməyə elektron ərizə göndərərək cavabdehlər bank qarşısındakı öhdəliklərini yerinə yetirdiyindən işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirmiş və mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci madənin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə iddiaçı iddianın baxılmamış saxlanılması xahiş etdiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçıya adı çəkilən məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutuması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi qərardadın təsvir hissəsində göstərilənlərə əsasən baxılmamış saxlanılsın. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 287.59 (iki yüz səksən yeddi manat əlli doqquz) manat pul özünə qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxanması üçün səbəb olan şərait aradan qaıldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan təqdim edildikdən və ya alındıqdan sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-236/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-236/2023
25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver