Məhkəmə qərarları › İş №2(020)-255/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-255/2025

15.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-255/2025 15.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Muradlı Cəlal Habil oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh, Beyləqan rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyanın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı xx.xx.2012-ci il təvəllüdlü X1 yanında qalmasının müəyyən edilməsi və alimentin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X1 onun yanında qalmasının müəyyən edilməsi və həmin uşağa görə ödədiyi alimentin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının həmin tələbi cavabdehlə birgə nikahdan anadan olan xx.xx.2012-ci il təvəllüdlü X1 cavabdehdən alınıb ona verilməsi və həmin uşağa görə cavabdehə ödədiyi aliment öhdəliyinin xitam verilməsini ehtiva edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, o, Cavabdeh ilə ailə quraraq nigahlarını rəsimləşdirmişlər. Birgə nikahlarından xx.xx.2012-ci ildə Vaqif və xx.xx.2014-cü ildə Elcan adlı uşaqları anadan olmuşdur. Sonradan birgə yaşaya bilmədiyikləri üçün məhkəmə qayıdasında boşanmışlar. Boşandıqdan sonra da uzun müddət bir yerdə yaşamışlar. Əvvələr uşaqları cavabdehlə bir yerdə yaşasalarda sondan böyük oğlu Vaqif onun yanına qayıtmış və onunla birlikdə yaşayır. O, uşağının bütün ehtiyacını ödəyir. Cavabdeh ilə ümümi təsərrüfatlarını birgə idarə etmirlər. O, özü hərbidə işləyir, lakin uşağına baxır və tərbiyyəsi ilə məşğul olur. İşdə olarkən uşağa anası, yəni uşağın nənəsi baxır. Ona görə də, xx.xx.2012-ci il təvəllüdlü X1 onun yanında qalmasının müəyyən edilməsi və həmin uşağa görə ödədiyi alimentin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı ilə birgə nikahlarından xx.xx.2012-ci ildə Vaqif, xx.xx.2014-cü ildə Elcan adlı uşaqları anadan olmuşdur. İddiaçı ona xəyanətlə bağlı böhtan atdığından ayrılmışlar. Məhkənin qətnaməsinə əsasən uşaqlarının onun yanında qalmaları müəyyən edilmişdir. Ayrıldıqdan sonra uşaqlar onun yanında qalmışlar. Həmçinin sonradan iddiaçı ilə barışmış, bir müddət bir yerdə yaşasalar da yenidən mübahisələri olmuş və ayrılmışlar. İddiaçı yeddi aydan artıqdır ki, oğlu Vaqifi görüşmək adı ilə aparmış və bir daha geri qaytarmamışdır. O, uşağı ilə danışmaq istəsə də, uşağı onunla danışmamış, iddiaçı uşağı ona qarşı öyrətməklə ondan ayırmağa çalışmışdır. İddiaçı hərbidə işləyir və evə həftədə bir dəfə gəlir. O, isə bir ana kimi uşağın tərbiyyəsi ilə məşğul ola bilmir. Ona görə də uşaq iddiaçının anasının ümidinə qalmışdır. Uşağını iddiaçıdan tələb edir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyanın nümayəndəsi X5 çıxışında göstərdi ki, uşağın özünün fikrini sərbəst bildirmək, ifadə etmək bacarığı yoxdur. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatların dinləyib, iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə Vaqif və xx.xx.2014-cü ildə isə Elcan adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 22 yanvar 2014-cü ildə Beyləqan rayon Qeydiyyat şöbəsində qeyd edilmiş nikahları pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə anadan olan Vaqif və xx.xx.2014-cü ildə anadan olan Elcan adlı uşaqların Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2012-ci ildə anadan olan Vaqif, xx.xx.2014cü ildə anadan olan Elcan adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat alimentin tutulması barədə İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi təsdiq edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli qərardadı ilə İddiaçı və Cavabdeh birgə nikahından olan xx.xx.2012-ci ildə anadan olmuş X1 valideynlərinin hansının yanında qalmalası və himayəsinə verilməsi barədə əsaslandırılmış rəy verilməsi üçün Beyləqan rayon İcra Hakmiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayə işləri üzrə Komissiyasına həvalə edilmişdir. Beyləqan rayon İcra Hakmiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayə işləri üzrə Komissiyasının 17 mart 2025-ci il tarixli rəyindən görünür ki, eşitmə və nitq məhdudiyyətli X1, atasına yaxud anasına mənəvi-psixoloji bağlılığın tam müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan iş üzrə məhkəmə-psixoloji ekspertiza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Əvvəlki məhkəmə iclasında izahat verən iddiaçı Bağırov X3 rayon İcra Hakmiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayə işləri üzrə Komissiyasının rəyinin əsassız olduğunu, uşağın onunla qalmaq istəməsi uşağın öz arzusunun olmasını bildirmişdir. Məhkəmənin 08 aprel 2025-ci il taixli qərardadı ilə xx.xx.2012-ci ildə anadan olmuş X1 şəxsi və mənəvi-psixoloji təsiri altında olub-olmamasının, atasına yaxud anasına mənəvi-psixoloji bağlılığın tam müəyyən edilməsi üçün iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2025-ci il tarixli rəyindən görünür ki, X4 psoxoloji test və metodikaları yerinə yetirməkdə çətinlik çəkdiyindən, onunla tam şəkildə ekspertiza aparmaq mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş loqopedik rəydən görünür ki, xx.xx.2012-ci ildə anadan olmuş X4 10 mart 2025-ci ildə müayinədən keçmiş, müəyyən edilmişdir ki, Vaqifin eşitmə məhdudiyyəti səbəbindən nitq inkişafında çətinlikləri mövcuddur. Nitq inkişafının dəstəklənməsi üçün mütəmadi loqopedik və surdopedaqoji müdaxilə tövsiyyə olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə Vaqif və xx.xx.2014-cü ildə isə Elcan adlı uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pozulduğundan ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra uşaqlar anasının yanında qalmışlar. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2012-ci ildə anadan olan Vaqif, xx.xx.2014-cü ildə anadan olan Elcan adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat alimentin tutulması barədə İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi təsdiq edilmişdir. Sonradan iddiaçı uşağı görüşmək adı ilə cavabdehdən almış və geri qaytarmamışdır. Məhkəmədə müəyyən edildi ki, uşaq azyaşlı olmaqla yanaşı xəstədir, onun ana nəvazişinə və qayğısına ehtiyacı vardır. Anada uşağın saxlanmasına əks təsir göstərən hər hansı bir halların olması müəyyən edilməmişdir. Hazırda xx.xx.2012-ci ildə anadan olan Vaqifi ana qayğısından, ana nəvazişindən məhrum etmək düzgün sayıla bilməz. Həmçinin məhkəmədə müəyyən edildi ki, iddiaçı hərbidə işləyir və işə gedərkən uşağa onun anası baxır. Halbu ki, ana valideyn kimi digər şəxslərlə müqayisədə uşağın tərbiyyəsi ilə məşğul olmaqda daha üstün hüquqa malikdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.3-cü maddəsinə görə valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı xx.xx.2012-ci il təvəllüdlü X1 yanında qalmasının müəyyən edilməsi və alimentin ləğv edilməsi tələbinə dair iddiası təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı xx.xx.2012-ci il təvəllüdlü X1 yanında qalmasının müəyyən edilməsi və alimentin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə Ekspertiza tədqiqinin dəyərini təşkil edən 100 (yüz) manat İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar