Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-405/2024 29.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixdə anadan olan Alisa adlı uşaqlarının saxlanılması üçün hər ay sabit pul məbləğində 300 manat alimentin və 3 yaşadək hər ay 100 manat baxım pulunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə 2010-cu ildə ailə quraraq, nikahlarını xx.xx.2023-cü ildə Beyləqan rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2023-cü il tarixdə anadan olan Alisa adlı uşaqları anadan olmuşdur. Cavabdehlə faktiki olaraq neçə vaxtdır ki ailə münasibətləri tamamiilə kəsilmişdir. Valideyinlərinin köməkliyi ilə uşağını saxlayır. Cavabdehlə ayrı yaşayır və ümumi təsərrüfatı birgə idarə etmirlər. Uşaq da onun yanında qalıb yaşayır. Cavabdehlə bir ailədə yaşamaq və normal ailə münasibətləri yaratmaq mümkün deyildir. Uşağa görə aralarında mübahisə yoxdur, uşaq onun yanında yaşayır. Cavabdeh işləyir və alimenti yüksək səviyyədə verməyə imkanı vardır. Cavabdeh könüllü olaraq yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün ona heç bir köməklik etmir. Cavabdehin gəliri qeyri-müntəzəmdir. Özü heç bir yerdə işləmir və uşağı cavabdehin maddi yardımı olmadan saxlamaqda çətinlik çəkir. O, Mediasiya Şurasına müraciət etmiş,cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Odur ki, Cavabdeh ondan xx.xx.2023cü il tarixdə anadan olan Alisa adlı uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 300 manat alimentin və 3 yaşadək hər ay 100 manat baxım pulunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, İddiaçı qzı ilə nikahlarını rəsmiləşdirərək evlənmişlər. Birgə nikahlarından xx.xx.2023-cü ildə Alisa adlı uşaqları doğulmuşdur. Hazırda uşağı iddiaçının himayəsində yaşayır. O, "xxxx" ASC-in Xocavənd sukanal sahəsinin Fakturalama qrupuna 3-cü dərəcə ilə Su kəməri təsərrüfatında nəzarətçi işləyir və aylıq 429.52 manat əmək haqqı alır. Ata və anası onun himayəsində yaşamaqla xəstədirlər. Evin tək övladıdır. Hər ay 120-130 manat aliment ödəməyə imkanı çatır. Ona görə də, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh nikahlarını xx.xx.2023-cü ildə Beyləqan rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2023-cü ildə Alisa adlı uşaqları anadan olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı Cavabdeh birgə nikahlarından 04 dekabr 2023-cü ildə anadan olan Alisa hazırda iddiaçının himayəsində yaşayır. Cavabdeh iddiaçının himayəsində yaşayan uşağın saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərmir. Ona görə də iddiaçı cavabdehdən uşağın saxlanması üçün sabit pul məbləğində hər ay 300 manat aliment və 3 yaşadək hər ay 100 manat baxım pulunun alınıb ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə «valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri)qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə almentin valideynin qazancından (gəlirindən)müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər.» «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmçinin məhkəmədə müəyyən edildi ki, Cavabdeh "xxxx" ASC-in Xocavənd sukanal sahəsinin Fakturalama qrupuna 3-cü dərəcə ilə Su kəməri təsərrüfatında nəzarətçi işləyir və aylıq 429.52 manat əmək haqqı alır. Cavabdehin qazancı barədə arayış təqdim edildiyindən və onun qazancından aliment dörddə bir hissə tutulması uşağın əvvəlki təminat səviyyəsinə yetərli olmadığına görə aliment həm sabit pul məbləğində həm də qazancından tutulmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Məhkəmə iddiaçının yanında qalan azyaşlı uşağın əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin maddi imkanını nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin qazancının və (və ya) başqa gəlirlərin dörddə bir hissəsi miqdarında və hər ay sabit pul məbləğində 50 manat bir uşağın saxlanılması üçün və uşağın 3 yaşına çatanadək saxlanılması üçün hər ay 30 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırkı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olduğundan alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 31 yanvar 2024-cü il tarixdən başlayaraq qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında və hər ay sabit pul məbləğində 50 manat aliment tutulmaqla xx.xx.2023-cü ildə anadan olan X2 yetkinlik yaşına çatanadək və xx.xx.2023-cü ildə anadan olan X1 3 yaşına çatana kimi saxlanılması üçün hər ay 30 manat tutulub uşağın anası İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 38.88 (otuz yetmiş doqquz manat altmış səkkiz qəpik) manat alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-405/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-405/2024
29.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver