Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-447/2024 16.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh Valeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Valeh oğluna qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MüəyyənEtdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2016-ci il tarixdə anadan olmuş Muxtar və xx.xx.2020-ci il tarixdə anadan olmuş Aydan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 250 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddiasını müdafiə edərək göstərdi ki, Cavabdeh ilə nikahlarını rəsmiləşdirmədən ailə qurmuşlar. Faktiki nikahlarından xx.xx.2016-ci ildə Muxtar, xx.xx.2020-ci ildə Aydan adlı uşaqları anadan olmuşdur. Əvvəllər ailə münasibətləri yaxşı olsa da sonralar pozumuş və onlar ayrılmışlar. Flazırda uşaqları ilə birlikdə atası evində yaşayır. Heç bir yerdə işləmir, uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə bu vaxta kimi uşaqları saxlamaq üçün heç bir maddi yardım göstərməmişdir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Uşaqların saxlanılması üçün aliment ödəməyə imkanı var. Cavabdeh işləyir və pensiya alır. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh xx.xx.2016-ci il tarixdə anadan olmuş Muxtar və xx.xx.2020-ci il tarixdə anadan olmuş Aydan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 250 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Cavabdeh Valeh oğlu iddianı qəbul etdi və izahatında göstərdi ki, İddiaçı ilə faktiki nikahlarından iki uşaqları doğulmuşdur. İddiaçı onun yanında qalmaqdan imtina edir. İddiaçının ondan tələb etdiyi alimenti ödəməyə imkanı yoxdur. Hər uşağa görə ayda 100 manat aliment ödəyə bilər. Uşaqlar analarının yanında qalırlar. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən görünür ki, anaları İddiaçı olan Aydan və Muxtarın atalarının Cavabdeh olması müəyyən edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X3 xx.xx.2016-ci ildə, X4 xx.xx.2020-ci ildə anadan olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, tərəflərin faktiki nikahlarından xx.xx.2016-ci ildə Muxtar, xx.xx.2020-ci ildə Aydan adlı uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pozulduğundan ayrılmışlar. Hazırda iddiaçı uşaqları ilə birlikdə yaşayır. Cavabdeh isə uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərmir. İddiaçı uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə «valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri)qeyri-müntəzəm ,dəyişən olarsa …, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə almentin valideynin qazancından (gəlirindən)müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər.» Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə vəziyyəti, diqqətəlayiq digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmədə müəyən edildi ki, İddiaçı iki uşaqları ilə birlikdə yaşayır və heç yerdə işləmir. Cavabdeh isə uşaqların saxlanması üçün maddi yardım göstərmir. İşə əlavə edilmiş xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, Cavabdeh debillik diaqnozu qoyulmuşdur. İşə əlavə edilmiş Beyləqan rayon Qarallar bələdiyyəsinin 15 mart 2024-cü il tarixli 14 saylı arayışından görünür ki, Təhməzov X2 rayonu Qarallar kəndində yaşayır və heç bir yerdə işləmir. İşə əlavə edilmiş Azərbaycan Respublikası ƏSMN-in Mərkəzləşdirilmiş Elektronİnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında ayarışdan görünür ki, Cavabdeh İİİ qrup əlildir. Cavabdehin pensiyası barədə arayış təqdim edildiyindən və onun pensiyasından alimentin üçdə bir hissə tutulması uşağın əvvəlki təminat səviyyəsinə yetərli olmadığına görə aliment həm sabit pul məbləğində həm də qazancından tutulmaqla müəyyən edilməlidir. Cavabdehin özü də iddianı tam etiraf etmiş və hər ay tələb olunan alimenti ödəməyə razı olduğunu göstərmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə görə Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Məhkəmə toplanmış sübutlara hüqiqi cəhətdən qiymət verərək iddianı əsaslı hesab etməklə təmin edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də cavabdehdən tutulan aliment iddiaçının məhkəməyə ərizə ilə müraciət etdiyi həmin vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Beyləqan rayonunun Qarallar kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh Valeh oğlundan 16 fevral 2024-cü il tarixdən başlayaraq hər ay hər bir uşağa görə sabit pul məbləğində 125(yüz iyirmi beş) manat və qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutularaq oğlu xx.xx.2016-ci ildə anadan olan X5 və xx.xx.2020-ci ildə anadan olan X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün uşaqların anası İddiaçı verilsin. Cavabdeh Valeh oğlundan 36 (otuz altı) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-447/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-447/2024
16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver