Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-570/2024 01.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Yıısif' oğlundan onun xeyrinə 01 sentyabr 2009-cu ildə anadan olan Banuçiçək, 05 dekabr 2013-cü ildə anadan olan Mehriban və 20 iyun 2015-ci ildə anadan olan Mələk və xx.xx.2017-ci ildə anadan olan Əli adlı uşaqlarının saxlanılması üçün hər ay hər bir uşağa görə sabit pul məbləğində 100 manat, cəmi 400 manat alimentin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə nikahlarını Beyləqan rayonu Qəhrəmanlı qəsəbə icra nümayəndəliyində 23 fevral 2004-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 01 sentyabr 2009-cu ildə Banuçiçək ,05 dekabr 2013-cü ildə Mehriban və 20 iyun 2015-ci ildə Mələk və xx.xx.2017ci ildə Əli adlı uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri yuğun gəlmədiyindən ayrılmışlar. Uşaqlar onun yanında yaşayırlar. Cavabdehin köməkliyi və yardımı olmadan uşaqlarını saxlamaqda çox çətinlik çəkir. Odur ki, Cavabdeh Yıısif' oğlundan onun xeyrinə 01 sentyabr 2009-cu ildə anadan olan Banuçiçək 05 dekabr 2013-cü ildə anadan olan Mehriban və 20 iyun 2015-ci ildə anadan olan Mələk və xx.xx.2017-ci ildə anadan olan Əli adlı uşaqlarının saxlanılması üçün hər ay hər bir uşağa görə üçün sabit pul məbləğində 100 manat, cəmi 400 manat alimentin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qəbul etdi və izahatında göstərdi ki, İddiaçı ilə birgə nikahlarından dörd uşaqları doğulmuşdur. İddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyində ayrılmışlar. Hazırda uşaqlar iddiaçının yanında yaşayırlar. Tələb edilən alimenti ödəməyə etirazı yoxdur. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan Beyləqan rayon Məhkəməsinin 2(020)2458/2016-cı il tarixli qətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 23 fevral 2004-cü il tarixdə Beyləqan rayonu Qəhrəmanlı qəsəbə icra nümayəndəliyində qeyd edilmiş nikah pozulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 01 sentyabr 2009-cu ildə Banuçiçək ,05 dekabr 2013-cü ildə Mehriban və 20 iyun 2015-ci ildə Mələk və xx.xx.2017-ci ildə Əli adlı uşaqları anadan olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 01 sentyabr 2009-cu ildə Banuçiçək ,05 dekabr 2013-cü ildə Mehriban və 20 iyun 2015-ci ildə Mələk və xx.xx.2017-ci ildə Əli adlı uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən arılmışlar. Beyləqan rayon Məhkəməsinin 2(020)2458/2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 23 fevral 2004-cü il tarixdə Beyləqan rayonu Qəhrəmanlı qəsəbə icra nümayəndəliyində qeyd edilmiş nikah pozulmuşdur. Hazırda uşaqlar iddiaçının yanında yaşayırlar. Cavabdeh iddiaçının himayəsində yaşayan uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərmir. Ona görə də iddiaçı cavabdehdən uşaqların saxlanması üçün aliment tələbi edir. Cavabdeh tələb edilən alimenti ödəməyə etirazının olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, 01 sentyabr 2009-cu ildə anadan olan Banuçiçək 05 dekabr 2013-cü ildə anadan olan Mehriban və 20 iyun 2015-ci ildə anadan olan Mələk və xx.xx.2017-ci ildə anadan olan Əlinin saxlanması üçün cavabdehdən alimentin tutulması sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə «valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri)qeyri-müntəzəm ,dəyişən olarsa , yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə almentin valideynin qazancından (gəlirindən)müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər.» Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə vəziyyəti,diqqətəlayiq digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırkı iddia ərizəsi 05 mart 2024-cü il tarixdə məhkəməyə daxil olduğundan alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər bir uşağa görə sabit pul məbləğində 100 (yüz) manat alınıb 01 sentyabr 2009-cu ildə anadan olan Banuçiçək 05 dekabr 2013-cü ildə anadan olan Mehriban və 20 iyun 2015-ci ildə anadan olan Mələk və xx.xx.2017-ci ildə anadan olan Əlinin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 68 (altmış səkkiz) manat alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-570/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-570/2024
01.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver