Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-659/2024 26.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı və onun vəkalətli nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan 1.38 ha pay torpaq sahəsini 25.01. 2017-ci il tarixində birdəfəlik olaraq 3.450 manat məbləğində pula satdığından aralarında olan şifahi alqısatqı müqaviləsinin bağlanılmasının təsdiq edilməsi və ya Cavabdeh 3450 manat məbləğində pulun müqabilində ona satmış olduğu 1.38 ha pay torpaq sahəsinin indiki bazar qiyməti olan 15.000 manat pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh- Cavabdeh mülkiyyətində olan 1.38 ha pay torpaq sahəsini xx.xx.2017-ci il tarixdə birdəfəlik olaraq 3.450 manat məbləğində pula satdığından aralarında olan şifahi alqı-satqı müqaviləsinin bağlanılmasının təsdiq edilməsi və ya cavabdeh- Cavabdeh 3.450 manat məbləğində pulun müqabilində ona satmış olduğu 1.38 ha pay torpaq sahəsinin indiki bazar qiyməti olan 15.000 manat pulun alınıb ona verilməsi, hüquqi yardım üçün ödənilmiş və dövlət rüsumu kimi ödənilmiş pulların alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh mülkiyyətində olan 1.38 ha pay torpaq sahəsini 25.01. 2017-ci ildə birdəfəlik olaraq 3.450 manata ona satmışdır. Həmin vaxtdan xeyli müddət keçsə də Cavabdeh torpaqla bağlı sənədləşdirmə işlərinin aparılması üçün hər dəfə bir bəhanə gətirməklə notariat kontoruna getməkdən imtina etmiş, torpağın sənləşdirilməsini ləngitmişdir. Cavabdeh ona satdığı torpağını sənədləşdirməkdən imtina etdiyindən xx.xx.2023-cü ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “İ102’' xidmətinə müraciət etmişdir. Bununla bağlı olaraq Beyləqan rayon Polis Şöbəsində araşdırılma aparılmışdır. Həmin araşdırılmanın nəticəsi olaraq işin mülki xarakterli olması səbəbindən cinayət işinin başlanılmasının rədd olunması barədə 21 iyun 2023-cü il tarixli qərar qəbul olunmuşdir. Həmin qərarda dindirilmiş şahid X1 da cavabdeh- Cavabdeh mülkiyyətində olan 1.38 ha pay torpaq sahəsini 2017-ci il tarixində ona satdığının şahidi olduğunu və pulun alınıb ona verildiyini açıqaydın gösrətrməklə bərabər cavabdehin torpaqla bağlı sənədləşdirmə işlərini aparmadığını və onun torpaqdan çıxarılmağına çalışdığını da bildirmişdir. Hazırda 1.38 ha pay torpaq sahəsinin bazar qiyməti yaşadığı kənd ərazisində 15.000 manata satılır. Ona görə də, cavabdeh- Cavabdeh mülkiyyətində olan 1.38 ha pay torpaq sahəsini 25.01. 2017-ci il tarixdə birdəfəlik olaraq 3.450 manat məbləğində pula satdığından aralarında olan şifahi alqı-satqı müqaviləsinin bağlanılmasının təsdiq edilməsi və ya cavabdeh- Cavabdeh 3.450 manat məbləğində pulun müqabilində ona satmış olduğu 1.38 ha pay torpaq sahəsinin indiki bazar qiyməti olan 15.000 manat pulun alınıb ona verilməsi, hüquqi yardım üçün ödənilmiş və dövlət rüsumu kimi ödənilmiş pulların alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdeh vəkili Vəkil2 əvvəlki məhkəmə iclasında iştirak etmiş və izahatında iddianı qəbul etmədiklərini, iddianın şər və böhtan olduğunu, Cavabdeh heç kimə torpaq satmadığını, sözügedən torpaq sahəsini şifahi razılaşmaya əsasən İddiaçı 3.400 manata icarəyə verdiyini və tərəflər arasında heç bir alqı-satqı olmadığını göstərmişdir. Cavabdeh vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə hazırkı vəziyyətdə işə baxmağı mümkün hesab edir. Məhkəmədə şahid qismində dəvət edilib dindirilən X1 ifadəsində göstərdi ki, 2017-ci il tarixdə qardaşı Cavabdeh mülkiyyətində olan 1,38 ha torpaq sahəsini qohumu İddiaçı 3450 manata satmışdır. Həmin pulu Asif Quliyev ona vermiş, o, isə pulu qardaşı Cavabdeh evində aparıb vermişdir. İddiaçı torpaq sahəsini adına sənətləşdirmək istəsə də, qardaşı Cavabdeh torpağın sənədini Asəfə verməmiş və Asəfi torpaq sahəsindən çıxartmaq istədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini və iş materiallarını araşdırıb toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh mülkiyyətində olan 1.38 ha pay torpaq sahəsini 25.01. 2017-ci ildə birdəfəlik olaraq 3450 manata İddiaçı satmışdır. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh torpağı iddiaçının adına sənədləşdirməmişdir. Cavabdeh satdığı torpağını sənədləşdirməkdən imtina etdiyindən iddiaçı xx.xx.2023-cü ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “İ102’' xidmətinə müraciət etmişdir. Beyləqan rayon Polis Şöbəsində araşdırılma aparılarkən X1 şahid qismində dindirilmiş və ifadəsində Cavabdeh mülkiyyətində olan 1.38 ha pay torpaq sahəsini 2017-ci il tarixə İddiaçı satdığını, pulun İddiaçı alınıb Arif Mirzəyevə verdiyini göstərmişdir. Həmçinin həmin araşdırma zamanı ifadəsi alınan Cavabdeh İddiaçı qohumu olduğunu 2017-ci il tarixdə İddiaçılə razılaşaraq 1,38 ha torpaq sahəsini 2017-ci il tarixdən 2023-cü il tarixədək 3450 manat pula icarəyə Asəfə verdiyini, Asəfə torpaq sahəsini birdəfəlik satmadığını göstərmişdir. Həmin araşdırılmanın nəticəsi olaraq işin mülki xarakterli olması səbəbindən cinayət işinin başlamlmasının rədd olunması barədə 21 iyun 2023-cü il tarixli qərar qəbul olunmuşdur. Məhkəmədə müəyyən edildi ki, cavabdeh torpaq sahəsinin iddiaçının adına sənələşdirəcəyinə söz versə də, torpaq sahəsini iddiaçının adına sənədləşdirməmişdir. Ona görə də məhkəmə hazırkı mübahisəyə alqı-satqı müqaviləsinin müddəalarının tətbiq edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İddiaçının həmin torpağı almaqdan ötürü cavabdehə 3450,00 manat verməsi sübuta yetmişdir. Cavabdeh polis şöbəsində həmin torpağı iddiaçıya 3450 manata icarəyə verməsi barədə izahatını məhkəmə inandırıcı hesab etmir. Çünki o, həmin torpaq sahəsini neçə il müddətinə, hər il üçün nə qədər məbləğə icarəyə verilməsini göstərməmişdir. Məhkəmədə toplanmış sübutlarla cavabdehin mübahisəli torpaq sahəsini iddiaçıya satdığı öz təsdiqini tapmışdır. Ona görə də Cavabdeh hazırda torpağı iddiaçının mülkiyyətinə vermədiyinə görə, yəni üzərinə düşən öhdəliyi icra etməkdən imtina etdiyinə görə iddiaçının həmin torpaq sahəsini almaqdan ötrü ona verdiyi pul hazırkı infilyasiya səviyyəsi nəzərə alınmaqla ondan alınıb iddiaçıya verilməlidir. Lakin məhkəmə hesab edir ki, iddianın alqı-satqı müqaviləsinin təsdiq edilməsinə dair hissəsi təmiun edilə bilməz. Çünki tərəflər arasında müqavilə alq-satqı müqaviləsinin müddəalarına uyğun tərtibedilməmiş və müvafiq qaydada qeydiyyata alınmamışdır. Ona görə də iddia həmin hissədə rədd edilməlidir. İşdə olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 18 iyul 2024-cü il tarixli, 3- 34/2-66/04-1/2024 saylı məktunubdan görünür ki, 2017-ci ildən 2024-cü ilin yanvar-iyun ayları üçün infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indieksi haqqında məlumatlar hər il üzrə əvvəlki ilə nisbətən faizlə müəyyən edilmiş, 2024-cü ilin yanvar-iyun ayları üzrə 100,7 faiz müəyyən edilmişdir. İş üzrə alınmış "xxxx" MMC-nin 19 iyul 2024-cü il tarixli 53 saylı rəyindən görünür ki, yanvar 2017-ci ildəki 3.450 manatın 2024-cü ilin mart ayı dövrünə müvafiq infilyasiya məbləği nəzərə alınmaqla ekvivalentini 5.662 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə toplanmış sübutların məcmusuna hüquqi cəhətdən obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh torpaq alqı-satqısına görə 5.662 (beş min altı yüz altmış iki) manat alınıb İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh torpaq alqı-satqısına görə 5.662 (beş min altı yüz altmış iki) manat və dövlət rüsumu kimi ödənilmiş 62(altmış iki) manat pul alınıb İddiaçı verilsin. Dövlət rüsumu kimi ödənilmiş 38 (otuz səkkiz) manat iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-659/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-659/2024
26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver