Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-749/2024 17.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh- İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı- Cavabdeh, Beyləqan rayon İHB yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyanın nümayəndəsi X3 və Beyləqan şəhər 8 saylı tam orta məktəbin psixoloqu X2 iştirakı ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı aliment; İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı uşaqların alınıb ona verilməsi və aliment tələbinə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2009-cu ildə anadan olan Məryəm və xx.xx.2010-cu ildə anadan olan Alı adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı ərizə ilə məhkəməyə müraciət edərək ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməklə xx.xx.2009-cu il təvəllüdlü Məryəm və xx.xx.2010-cu il təvəllüdlü Alı adlı uşaqların İddiaçı alınıb ona verilməsi, xx.xx.2009-cu il təvəllüdlü Məryəm və xx.xx.2010-cu il təvəllüdlü Alı adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması İddiaçı hər ay hər uşağ üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasının müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə faktiki ailə quraraq, nikahlarını 2010-cı ildə rəsmiləşdirmişlər. Lakin aralarında olan ailə münasibətləri pozulduğundan 2017-ci ildə ayrılmışlar. Onların birgə nikahlarından xx.xx.2009-cu ildə Məryəm və xx.xx.2010-cu ildə Alı adlı uşaqları anadan olmuşdur. Beyləqan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Aysellə aralarında olan nikahları pozulmuşdur. Hazırda uşaqlar onun yanında olmaqla birlikdə yaşayırlar. 2017-ci ildən uşaqlarını tək saxlayır. Aysel indiyə kimi uşaqları ilə maraqlanmamış, onlara ana qayğısı göstərməmişdir. Hazırda uşaqlar böyümüş və xərclərində artımlar olmuşdur. Cavabdehin köməkliyi olmadan uşaqlarını saxlamaqda çətinlik çəkir. Aysel qızına təsir edib sözsöhbət yaradır. Özünü səhhətində problemləri vardır. Cavabdehin aliment ödəməyə və ya maddi yardım etməyə tam imkanı vardır. Lakin cavadeh könüllü olaraq aliment ödəmək istəmir və müxtəlif bəhanələrlə bundan imtina edir. Cavabdehin qarşılıqlı iddiası əsassızdır. 2017-ci ildə nikahları pozulduqdan hələ əvvəl Aysel uşaqları atıb atasının evinə getmişdir. Həmin vaxtdan uşaqları özü saxlayır. Uşaqları saxlamaq üçün normal şəraiti vardır. Uşaqlar özləri də anaları ilə getmək istəmirlər. Uşaqların təhsili və tərbiyəsi ilə əvvəllər özü və anası, anası vəfat etdikdən sonra isə özü və yenidən ailə qurduğu arvadı məşğul olur. Qızı hazırda Bakı şəhərində onun bacısının evindədir və müalicə olunduğuna görə məhkəməyə gətirə bilməmişdir. Lakin o, Beyləqan rayon İHB yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyasında onunla qalmaq istədiyi barədə fikrini bildirmişdir. Ona görə də, Cavabdeh xx.xx.2009-cu ildə anadan olan Məryəm və xx.xx.2010-cu ildə anadan olan Alı adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, İddiaçı ilə xx.xx.2010-cu il tarixdən xx.xx.2017ci il tarixə kimi rəsmi nikah münasibətlərində olmuş və birgə nikahlarından xx.xx.2009-cu il tarixdə Məryəm, xx.xx.2010-cu ildə isə Alı adlı uşaqlar doğulmuşdur. Münasibətləri pozulduğundan 2017-ci ildə İddiaçı qarşı məhkəmədə iddia qaldırmışdır. Həmin vaxt uşaqlar onun yanında yaşayırdılar. Məhkəmə qətnaməsinə əsasən Aqillə aralarında qeyd edlmiş nikahları pozulmuşdur. O, uşaqlarından heç vaxt ana qayğısını, ana nəvazişini əsirgəməmişdir. Aqil uşaqların təlim-tərbiyəsi, təhsilləri ilə normal məşğul olmur, oğlunu təhsildən kənarlaşdırıb özü ilə sahəyə aparıb işlədir və təhsildən geri saxlayır. O, isə övladının təhsilinə görə, həm də və ən başlıcası həyatına görə çox narahatdır. Hazırda yaşadığı atasına məxsus evdə uşaqların sağlam yaşaması, istirahəti, dərs çalışmaları baxımından mənzil-məişət, kommunal şəraiti tam normal vəziyyətdədir. İcra şöbəsində ona imza etdirib uşaqları ona verəcəklərini bildirsələr də, uşaqları ona verməmişlər. Aqil uşaqlarının onunla danışmalarına imkan vermir. O, uşaqlarını tələb edir. Aqil ona uşaqları ilə görüşmələrinə də şərait yaratmır. Hətta Aqilin qonşuları ona səs ataraq uşaqların incidildiyini, götürüb aparmasını demişlər. Ona görə də, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməklə xx.xx.2009-cu il təvəllüdlü Məryəm və xx.xx.2010-cu il təvəllüdlü Alı adlı uşaqların İddiaçı alınıb ona verilməsi, xx.xx.2009-cu il təvəllüdlü Məryəm və xx.xx.2010-cu il təvəllüdlü Alı adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması İddiaçı hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən çıxarışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu ildə Məryəm, xx.xx.2010-cu ildə Alı adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Beyəqan rayonu Əhmədli kənd icra nümayəndəliyində rəsmiləşdirilmiş nikahın pozulması, İddiaçı himayəsində olan 24.03 2009-ctı ildə anadan olmuş Məryəm və xx.xx.2010-cu ildə anadan olmuş Alı adlı uşaqlarla ünsiyyət saxlamaq üçün Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yaşayan uşaqların anası Cavabdeh hər ay həftənin şənbə, bazar və bayram günləri saat l0:00-dan 18:00-dək görüşüb ünsiyyət saxlamaq hüququ verilməsi qət edilmişdir. İş üzrə alınmış Beyləqan rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə işləri üzrə Komissiyanın rəyindən görünür ki, xx.xx.2009-cu ildə anadan olmuş Məryəm, xx.xx.2010-cu ildə anadan olmuş Alı ilə Komissiya üzvləri tərəfindən söhbət aparılmışdır. Söhbət zamanı onlar ataları İddiaçı yanında qalmaq istədiklərini bildirmişlər. Komissiya xx.xx.2009-cu ildə anadan olmuş Məryəm, xx.xx.2010-cu ildə anadan olmuş Alının ataları İddiaçı himayəsində saxlanılmalarını məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında Beyləqan rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə işləri üzrə Komissiyanın nümayəndəsi X3 və psixoloq X2 iştirakı ilə dinidirilən xx.xx.2010-cu il tarixdə anadan olan X1 rayonunun Əhmədli kəndində yerləşən orta məktəbin 9-cu sinfində oxuyur. Atasının yanında yaşayır. Anasının yanına gedib gəlsə də, atası ilə qalmaq isəyir. Dərsləri ilə atasının məşğul olduğunu bildirdi. Həmçinin göstərdi ki, atası ona heç bir təsir göstərməmişdir. Bu onun öz fikridir. Bacısı da onunla bir yerə qalmağı arzulayır. Məhkəmə iclasında psixoloq X5 göstərdi ki, xx.xx.2010-cu il tarixdə anadan olan X8 atası ilə qalmağı barədə fikir söyləməsi onun hər hansı bir təsir altında olması ilə bağlı deyildir. O, sərbəst fikir söyləyir və onun anasına deyil, atasına daha çox bağlılığı müəyyən olunur. Məhkəmə iclasında fikri öyrənilən Beyləqan rayon Əhmədli kənd tam orta məktəbin müəlliməsi X4 göstərdi ki, xx.xx.2009-cu ildə anadan olan Məryəm və xx.xx.2010-cu ildə anadan olan Alı hər ikisi onun şagirdidir, yəni onlrı sinif rəhbəridir. Məryəm dərslərini yaxşı oxuyur, Alı da orta səviyyədə oxuyur. Hər iki uşaq tərbiyəli olmaqla məktəbdə müəllimlərə və şagirdlərə hörmətlə yanaşırlar. Dərslərindən yayınmırlar, davamiyyətləri normaldır. Əvvəllər uşaqların dərsləri ilə ataları və nənələri məşğul olmuş, hazırda isə ataları və Aqili yenidən ailə qurduğu arvadı məşğul olurlar. Uşaqların anası Cavabdeh heç vaxt məktəbə gəlməmiş, onların tərbiyyəsi və təhsili ilə maraqlanmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2009-cu ildə Məryəm, xx.xx.2010-cu ildə Alı adlı uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Tərəflərin birgə nikahlarından xx.xx.2009-cu ildə anadan olan Məryəm və xx.xx.2010-cu ildə anadan olan Alı hazırda iddiaçının himayəsində yaşayırlar. Cavabdeh iddiaçının himayəsində yaşayan uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərmir. Ona görə də iddiaçı cavabdehdən uşaqların saxlanması üçün sabit pul məbləğində hər ay hər uşağa görə 235 manat alimentin alınıb ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə «valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri)qeyri-müntəzəm ,dəyişən olarsa …, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə almentin valideynin qazancından (gəlirindən)müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər.» Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə vəziyyəti,diqqətəlayiq digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə hesab edir ki, azyaşlı uşaqların saxlanması üçüncavabdehdən aliment sabit pul məbləğində tutulmalıdır. Cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. Məhkəmə azyaşlı uşaqların əvvəlki təminat səviyyəsi ilə yanaşı, cavabdehin maddi imkanını nəzərə almaqla alimentin hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində müəyyən edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləisinin 49.2-ci maddəsinə görə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 52-ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Məhkəmədə müəyyən edildi ki, uşaqların hər ikisinin 10 yaşı tamam olmuş və hazırda onlardan Alı adlı uşağın fikri öyrənilərkən özünün və bacısının ataları ilə qalmağı arzu etdiyini bildirmişdir. Həmçinin məhkəmədə müəyyən edildi ki, tərəflər arasındakı nikah Beyləqan rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli qətnaməsi ilə pozulduqdan sonra azyaşlı uşaqlar atalarının yanında qalmış, hal-hazıra kimi Cavabdeh uşaqların tələbi ilə bağlı hər hansı bir təşəbbüs göstərməmiş, bununla bağlı məhkəməyə müraciət etməmişdir. Cavabdeh İddiaçı aliment tələbinə dair məhkəmədə iddia qaldırdığı barədə məlumatı olduqdan sonra hazırkı qarşılıqlı iddia ilə uşaq tələbinə dair məhkəməyə müraciət etmişdir. Halbu ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 61.1-ci maddəsinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Məhkəmədə müəyən edildi ki, bütün bu müddət ərzində Cavabdeh uşaqların tərbiyyəsi və təhsili ilə məşğul olmamış, onlarla yaxından əlaqə saxlamamış, onlara maddi və mənəvi dəstək verməmişdir. Belə olan halda Cavabdeh uşaq və aliment tələbinə dair qarşılıqlı iddiasını məhkəmə əsassız hesab edir və həmin qarşılıqlı iddianın rədd edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İlk iddiaçının hazırkı iddia ərizəsi 08 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olduğundan alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh 08 aprel 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 140 (bir yüz qırx) manat aliment tutulub xx.xx.2009-cu ildə anadan olan Məryəm və xx.xx.2020-cu ildə anadan olan Alı adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 53.60 (əlli üç manat altmış qəpik) manat alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qarşılıqlı iddia təmin edilməsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı uşaqların alınıb ona verilməsi və aliment tələbinə tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-749/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-749/2024
17.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver