Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-910/2023 23.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2015-ci ildə anadan olan X3 və xx.xx.2017-ci ildə anadan olan X1 üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində və ya cavabdehin bütün gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə nikahla ailə qurmuşlar. Birgə nikahlarından, xx.xx.2015-ci ildə Cəlalət və xx.xx.2017-ci ildə Mələk adlı iki uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar. Hazırda uşaqları onun yanında yaşayır. Uşaqlarını saxlamaqda çətinlik çəkir. Maddi vəziyyəti həddən artıq ağırdır. İndiki bahaçılıq bir dövrdə uşaqların saxlanılmasının öhdəsindən demək olar ki, gələ bilmir. Başqa heç bir gəliri yoxdur və heç bir müavinət almır. Cavabdeh uşaqların saxlanması üçün heç bir köməklik göstərmir. Ona görə də, hazırkıiddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh xx.xx.2015-ci ildə anadan olan X3 və xx.xx.2017-ci ildə anadan olan X1 üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində və ya cavabdehin bütün gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnaməsinin sürətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci ildə Cəlalət və xx.xx.2017-ci ildə Mələk adlı iki uşaqları doğulmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı Cavabdeh ilə nikahla ailə qurmuşlar. Birgə nikahlarından, xx.xx.2015-ci ildə Cəlalət və xx.xx.2017-ci ildə Mələk adlı iki uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar. İddiaçı hazırda heç yerdə işləmir. Uşaqlar onun yanında yaşayırlar. Hazırda cavabdeh uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərmir. Ona görə də iddiaçı cavabdehdən uşaqların saxlanması üçün sabit pul məbləğində hər ay hər uşağa görə 220 manat cəmi 440 manat aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə «valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri)qeyri-müntəzəm, dəyişən olarsa …, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə almentin valideynin qazancından (gəlirindən)müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər.» Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə vəziyyəti,diqqətəlayiq digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmədə müəyən edildi ki, İddiaçı uşaqları ilə birlikdə yaşamaqla heç yerdə işləmir. Cavabdeh isə uşaqların saxlanması üçün maddi yardın göstərmir. Məhkəmə hesab edir ki, azyaşlı uşağın saxlanması üçün cavabdehdən alimentin tutulması sabit pul məbləğində müəyyən edilməlidir. Lakin iddiaçı tərəfindən cavabdehin qazancı barədə hər hansı bir sübut təqdim edilmədiyindən məhkəmə onun sabit pul məbləğində tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Beləliklə məhkəmə İddiaçı yanında qalan azyaşlı uşağın əvvəlki təminat səviyyəsini, iddiaçının özünün uşaqların tərbiyəsi ilə məşğul olmaqla bağlı heç yerdə işləməməsini və eləcədə aliment ödəməyə borclu olan Cavabdeh maddi imkanını nəzərə almaqla alimentin hər ay hər uşağa 220 manat, cəmi 440 manat müəyyən edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə 29 mart 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də cavabdehdən tutulan aliment iddiaçının məhkəməyə ərizə ilə müraciət etdiyi vaxtdan, yəni 29 mart 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 29 mart 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440(dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulub xx.xx.2015-ci ildə anadan olan X3 və xx.xx.2017-ci ildə anadan olan X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Beyləqan rayonunun Aşqallar kəndində qeydiyyatda olan və yaşayan uşağın anası İddiaçı verilsin.. Cavabdeh 72,80 (yetmiş iki manat səksən qəpik) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-910/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-910/2023
23.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver