Məhkəmə qərarları › İş №2(020)-972/2024

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-972/2024

31.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-972/2024 31.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2005-ci ildə anadan olmuş qızları Nəzrinin 2026-cı ilə qədər, yəni Azərbaycan Universitetinin 4 illik əyanı təhsil müddəti bitənə qədər hər ay 250 manat məbləğində alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 29 mart 2023cü il tarixli 2(020)-745/2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə yanaşı, Cavabdeh qarşı xx.xx.2005-ci ildə anadan olmuş qızları Nəzrinin 2026-cı ilə qədər, yəni Azərbaycan Universitetinin 4 illik yanı təhsil müddəti bitənə qədər hər ay 250 manat məbləğində alimentin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi həmin hissədə təmin edilməmişdir. Qətnamənin əsaslandırma hissəsində qeyd edilmişdir ki, "iddiaçının həmin tələbi əsaslı deyildir.Belə ki, hər kəsin ali təsil alması onun hüququdur. Buna görə də cavabdehin üzərinə hər hansı bir öhdəlik qoyulması düzgün sayıla bilməz. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir". Göründüyü kimi hal-hazırki mübahisə Beyləqan Rayon Məhkməsinin 29 mart 2023cü il tarixli 2(020)-745/2023-cü il tarixli qətnaməsində həll edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar