Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1119/2023 10.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi X8, Cavabdeh, X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından olmuş 16 fevral 2009-cu il təvəllüdlü X15 və 21 avqust 2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 193 manat olmaqla, 386 manat alimentin məbləğinin onun xeyrinə tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, hazır ki, iş üzrə cavabdeh- Cavabdeh ilə 11 aprel 2008-ci il tarixdə rəsmi nikaha raxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 16 fevral 2009-cu il tarixdə X15 və 21 avqust 2015-ci il tarixdə X16 adlı övladları olmuşdur. Bərdə Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(021) 1101/2019 saylı qətnaməsi ilə rəsmi olaraq ayrılmışdır və ayrı yaşadıqları müddətdə birgə nikahlarından olan övladları onun himayəsində qalır. Onların bütün maddi və mənəvi ehtiyyaclarını o, ödəyirəm. Cavabdeh isə uşaqların saxlanması üçün heç bir yardım göstərmir, hətta uşaqlarla naraqlanmır. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 16 fevral 2009-cu il təvəllüdlü X15 və 21 avqust 2015-ci il təvəllüdlü X10 alınıb ona verilməsi və onların saxlanılması üçün hər ay hər uşağa 220 manat aliment tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, uşaqlrdan X11 himayəsində qalmasını, X10 isə iddiaçının himayəsində saxlanılmasını xahiş etmişdir. Tərəflərin birgə nikahından doğulmuş 16 fevral 2009-cu il təvəllüdlü X15 X2 iştirakı ilə dindirilərkən atası Cavabdeh yanında qalmaq istədiyini bildirmişdir. Tərəflərin birgə nikahından doğulmuş 21 avqust 2015-ci il təvəllüdlü X16 X2 iştirakı ilə dindirilərkən anası İddiaçı yanında qalmaq istədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1988-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, S.Vurğun küçəsi ev 5-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5696 nömrəli, 05 oktyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. İş materiallarına əlavə olunmuş AZ-İİ 239075 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 16 fevral 2009-cu ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş AZ-İİİ 585163 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunu ki, X24 21 avqust 2015-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli, 2(021)- 1101/2019 saylı Qətnaməsinin surətindən müəyyən olunur ki, iddianın təmin olunması, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 11 aprel 2008-ci ildə Bərdə rayonu, Kələntərli kənd İcra Nümayəndəliyində 17 nömrə ilə qeydə alınmış nikah akt qeydinin pozulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Mediasiya Şurası tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, tərəflər arasında razılıq əldə olunmamışıdır. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1119/2023 saylı, 18 aprel 2023-cü il tarixli qərardadı ilə mülki iş materialları rəy verilməsi üçün Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş rəyə əlavə olunmuş 20 iyun 2023-cü il tarixli yaşaış yeri üzrə həyat şəraitinin müayinəsi barədə aktdan müəyyən olunur ki, Bərdə rayonu, Muğanlı kəndində yaşayış yeri üzrə Cavabdehov oğlunun iştirakı ilə onun yaşayış yeri üzrə həyat şəraitinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh yaşadığı ev onun atası X9 məxsus xüsusi fərdi yaşayış evidir, ev birmərtəbəlidir, kubik daşla hörülüb tikilmişdir, dam örtüyü şiferdəndir, dörd otaqlıdır, orta təmirlidir, normal komunal şəraiti vardır, həmin evdə Cavabdeh, övladları X15, X16 və anası Səmərqa Şükürova yaşayırlar. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş rəyə əlavə olunmuş 05 iyun 2023-cü il tarixli yaşaış yeri üzrə həyat şəraitinin müayinəsi barədə aktdan müəyyən olunur ki, ünvan 2 ünvanında yaşayan iş üzrə İddiaçı iştirakı ilə onun yaşayış yeri üzrə həyat şəraitinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı yaşadığı ev onun atası X12 məxsus xüsusi fərdi yaşayış evidir, ev kürsülü bir mərtəbəlidir, kubik daşla hörülüb tikilmişdir, dam örtüyü şiferdəndir, dörd otaqlıdır, orta təmirlidir, normal komunal şəariti vardır, həmin evdə İddiaçı, atası Əli Məmmədov, anası Kəmalə Məmədova, qardaşı Ramin Məmmədov və onun üç nəfərdən ibarət ailəsi yaşayırlar. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş rəydə göstərilmişdir ki, Elçin Şükürlünün 2009-cu il təvəllüdlü olduğu nəzərə alınaraq onunla valdeyinlərinin hansının himayəsində qalıb yaşamaq istəməsini öyrənmək məqsədi ilə söhbətlər aparılmış, söhbət zamanı o, hazırda atası Cavabdeh himayəsində yaşadığını, atasının himayəsində qalıb yaşamaq istədiyini bildirmişdir. Yusif Şükürlü isə 2015-ci il təvəllüdlü olmaqla ana qayğısı və qulluğuna ehtiyacı vardır, anası İddiaçı isə övladlarını tələb edir, belə olan halda Elçin Şükürlünün atası Cavabdeh himayəsində və Yusif Şükürovun isə anası İddiaçı himayəsində qalıb yaşamaları onların mənafeyinə uyğun və məqsədə müvafiqdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh rəsmi ailə qurmuşlar. Birgə faktiki nikahlarından 16 fevral 2009-cu il təvəllüdlü X15 və 21 avqust 2015-ci il təvəllüdlü X16 adlı iki uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşmiş və onlar ayrılmışlar. Uşaqlar hazırda cavabdehin yanındadır. İddiaçı Əi qızı məhkəməyə ərizə verərək, birgə nikahdan olmuş övladları 16 fevral 2009cu il təvəllüdlü X15 atası Cavabdeh ilə qalmasına razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbində göstərilən pulun tutulması cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verilməli, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 16 fevral 2009-cu il təvəllüdlü X15 atası Cavabdeh, 21 avqust 2015-ci il təvəllüdlü X16 anası İddiaçı himayəsində saxlanılması, 21 avqust 2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 130 (yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin uşaq üçün aliment tutulması ilə bağlı qeyd edir ki, həmin alimentin tutulması 13 iyun 2023-cü il tarixdən, yəni məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 35.60 manat məbləğində dövlət rüsumu cavabdeh X5 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 16 fevral 2009-cu il təvəllüdlü X15 atası Cavabdeh, 21 avqust 2015-ci il təvəllüdlü X16 anası İddiaçı himayəsində saxlanılsın. 21 avqust 2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 130 (yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qismən təmin edildiyindən 35.60 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1119/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1119/2023
10.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver