Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-112/2025 19.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Məhərrəmov Bayram Yusif оğlunun sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı qızının iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh azyaşlı qızları X3 alınıb ona verilməklə onun yanında saxlanması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh ilə 2017-ci il tarixdə el adəti ilə qeyri-rəsmi evlənmişlər və 24 iyul 2020-ci il tarixdə Cavabdeh ilə qeyri-rəsmi nikahlarından qızları X8 anadan olmuşdur. X1 atası olması Bərdə Regional “ASAN-Xidmət” X4 atalığın müəyyən edilməsi haqqında akt qedyləri kitabında 24 sentyabr 2020-ci il tarixdə 207 nömrə ilə qeyd edilmişdir. Cavabdeh ilə evləndikdən sonra müəyyən müddət Bərdə şəhərində cavabdehin evində, sonra isə Bərdə şəhərində və Bakı şəhərində kirayə evlərdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Cavabdeh ilə ilk vaxtlarda mehriban yaşasalarda sonradan xasiyyətləri uyğun gəlməmiş, bir birlərini başa düşməmişlər. Bu səbəbdən də cavabdehlə ayrılmışlar. Ayrılmaqlarının səbəbi cavabdehin heç bir səbəb olmadan evdə münaqişələr etməsi, nalayiq sözlər deməsi, uşaqla kobud rəftar etməsi və uşağa qarşı şiddət göstərməsi olmuşdur. Hazırda uşaqları Cavabdeh yanındadır. Ancaq cavabdehin uşaqları Fatimə Həsənlini hansı şəraitdə necə saxlaması məlum deyildir. Bu səbəbdən də məhkəməyə müriəct etməli olmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı idda ərizəsinə uyğun izahat verərək, əlavə olaraq göstərmişdir ki, Bərdə Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiuyası tərəfindən verilmiş rəyə əlavə edilmiş yaşayış yerinin müayinə aktında cavabdehin atasına məxsus evdə yaşadığı qeyd olunsa da cavabdeh hazırda 1 otaqlı evdə kirayədə yaşayır. iddianı müdafiə edir, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehlər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına istinad: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1994-cü ildə anadan olmuşdur. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli, 244 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri Füzuli küçəsi 91 nömrəli evdə yaşayır. Bərdə Regional “ASAN-Xidmət” X9 tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli,2- 16-5/7-69H-6/2-2024 nömrəli arayışdan görünür ki, X6 24 iyul 2020-ci il tarixdə anadan olmuşdur, atası İddiaçı, anası X7 olmaqla bu barədə 24 sentyabr 2020-ci il tarixində 2266 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Bərdə Regional “ASAN-Xidmət” X9 tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli, 3- 16-5/7-69-H-68/2-2024 nömrəli arayışdan görünür ki, X6 24 iyul 2020-ci il tarixdə anadan olmuşdur, atası İddiaçı, anası X7 olmaqla bu barədə 24 sentyabr 2020-ci il tarixində 267 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. 13 yanvar 2024-cü il tarixli, MŞG/MT032-2024/0000 reyestr nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəflər heç bir razılığa gələ bilməmişlər. Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 25 dekabr 2024-cü il tarixli rəyinə əlavə edilmiş 16 iyul 2024-cü il tarixli yaşayış yeri üzrə həyat şəraitinin müayinəsi barədə aktdan görünür ki, komissiya tərəfindən İddiaçı yaşayış yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı yaşadığı ev onun atası X5 məxsus xüsusi fərdi yaşayış evidir. Həmin ev kürsülü bir mərtəbədir, kubik daşla hörülüb tikilmişdir. Dam örtüyü şiferdəndir, 3 otaqlıdır,orta təmirlidir, norml kommunal şəraiti vardır. Həmin evdə İddiaçı, övladı Fatimə Həsənli, atası Elşən Həsənov qardaşı Bəhram Həsənov və onun arvadı Narıncan Həsənova yaşayırlar. Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 25 dekabr 2024-cü il tarixli rəyinə əlavə edilmiş 26 noyabr 2024-cü il tarixli yaşayış yeri üzrə həyat şəraitinin müayinəsi barədə aktdan görünür ki, komissiya tərəfindən Cavabdeh yaşayış yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh yaşadığı ev onun atası X2 məxsusdur xüsusi fərdi yaşayış evidir. Həmin ev kürsülü bir mərtəbədir, kubik daşla hörülüb tikilmişdir.Dam örtüyü şiferdəndir, 3 otaqlıdır,orta təmirlidir, norml kommunal şəraiti vardır. Həmin evdə Cavabdeh və atası Abuzər Hüseynov yaşayırlar. Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 25 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, komissiya tərəfindən az yaşlı Fatimə Hüseynovanın anası Cavabdeh himayəsində qalıb yaşaması məqsədəmüvafiqdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik məbləğində bank xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Аzərbаycаn Respublikаsının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsində dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər. Həmin Qanunun 4-cü maddəsinə görə, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi “Şahin Almaniyaya qarşı” iş üzrə 8 iyul 2003-cü il tarixli qərarında (66-cı bənd) qeyd etmişdir ki, 8-ci maddə tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” işi üzrə qərarına əsasən, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasının təmin edilməsinə dair pozitiv öhdəlik qoyur. “Elşolts Almaniyaya qarşı” işi üzrə isə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Eyni zamanda “Bronda İtaliyaya” qarşı işdə qeyd etmişdir ki, “Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır”. “Maumousseau və Washington Fransaya qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 06 dekabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağın və valideynlərin hər ikisinin maraqları arasında ədalətli tarazlıq gözlənilməlidir. “Neulinger and Shuruk İsveçrəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 06 iyul 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə uşaqla görüş, yaşayış yeri və səyahət etmək ilə əlaqəli mübahisələri tənzimləyən dövlət hakimiyyət orqanlarını əvəz etməməlidir; O, Konvensiyaya əsasən həmin orqanların öz səlahiyyətlərini yerinə yetirərkən qəbul etdiyi qərarları nəzərdən keçirməlidir. Məhkəmə bu qərarları qiymətləndirərkən, milli məhkəmələrin, xüsusilə, faktiki, emosional, psixoloji, maddi və tibbi xarakterində bütün faktorlar ilə ailənin vəziyyətinin və digər faktorların hərtərəfli araşdırılması ilə əlaqədar uşağın maraqlarının üstün tutulması halını nəzərə alaraq, həmin faktorların hər bir şəxsin maraqlarına münasibətdə əsaslı qiymətləndirilmə və tarazlama aparıla bilməməsinə daha çox diqqət yetirməlidir. “Pençevi Bolqarıstana qarşı”, eləcədə “Nazarenko Rusiyaya qarşı” iş üzrə də Avropa Məhkəməsi uşaqların maraqlarının üstün tutulmasını qeyd etmişdir. “Olsson İsveçə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 24 mart 1988-ci il tarixli qərarında göstərmişdir ki, İsveçin dövlət orqanları eyni valideynlərə malik olan uşaqları biri-birindən ayrı yaşamağa məhkum etmişlər. Avropa İnsan Hüquqları Məhkəməsi həmin iş üzrə qərarında qeyd etmişdir ki, doğma bacı və qardaşlar uşaqlarla valideynlər arasında münasibətdən asılı olmayaraq öz aralarındakı münasibətlər çərçivəsində ailə həyatı hüququna malikdirlər və İsveç hökuməti üç qardaşı biri-birindən ayrı saldığına görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” üzrə Avropa Konvensiyasının şəxsi və ailə həyatına hörmət hüququnu nəzərdə tutan 8-ci maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə “Mustafa və Armağan Türkiyəyə qarşı” işdə məhkəmə qeyd etmişdir ki, uşaqlar arasında ailə bağlarının mühafizəsi olduqca mühüm vəzifədir və bu vəzifəni yalnız valideynlərin öhdəsinə buraxmaq olmaz (xüsusən valideynlərdən birinin hərəkətlərində bu təmaslara açıq-aydın mane olma əlamətləri görünürsə). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1 və 58-ci maddələri, “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsi və “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 7.1-cı bəndində məhkəmələrə tövsiyə etmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, uşağın azyaşlı olduğunu, mütəmadi ana qayğısına ehtiyacının olduğunu, ananın həyat şəraitinin uşağın normal tərbiyyəsi üçün kifayət etdiyini nəzərə alaraq hesab edir ki, X6 ananın himayəsində saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanması” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-112/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-112/2025
19.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver