Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1136/2025 21.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin hissəvi müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən, Bərdə rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(021)-2277 saylı qətnaməsi ilə Cavabdeh xeyrinə qət edilmiş 2 uşağın saxlanması üçün cəmi 470 manat alimentin miqdarının dəyişdirilərək ölkədə olan minimum əmək haqqının 1/3 hissəsi miqdarında aliment müəyyən edilməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(021)-2277/2024 sayı qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat aliment tutulması qət edilmişdir. İşlədiyi üçün hesab edir ki, alimentin miqdarı Azərbaycan Respublikası AM-nin tələbinə uyğun olaraq əmək haqqının 1/3 hissəsində müəyyən edilməlidir. Alimenti yüksək müəyyən olunmaqla qarşı tərəf əslində buna dair məhkəməyə rəsmi sənəd təqdim etməmişdir. Məhkəmə də onun real gəlirlərini əks etdirən sübutlar təqdim edilmədiyinə baxmayaraq qarşı tərəfin iddiasını heç bir dəlil və sübuta əsaslanmadan təmin etmişdir. Halbuki, məhkəmə hətta uşağın mənafeyini üstün tutaraq tələbi təmin etmiş olsa belə qarşı tərəfdən sübut və dəlil tələb etməli idi. Çünki bu məhkəmənin borcudur. Ancaq məhkəmə bunu etməmişdir. Nəticədə onun real gəlirlərini və maddi vəziyyətini reallığı əks etdirməyən yüksək məbləğdə alimentə dair qətnamə qəbul etmişdir. Bu barədə mediatora müraciət etmişdir. Cavabdeh gəlmədiyinə görə ona imtina arayışı verilmişdir. Belə ki, o hazırda kababçı işləyir. Aldığı əmək haqqı 150 (bir yüz əlli) manatdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, restoranda işləyir. Əmək müqaviləsi olmadan orada çalışır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o kirayədə qalır. İddia ərizəsinə etiraz edir. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 50 AZN məbləğində dövlət rüsumunu X9 ödəmişdir. AA37426 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Şahvəlilər kəndində qeydiyyatdadır. Ağdam 2 saylı Mediasiya təşkilatının arayışından görünür ki, İddiaçı “mediasiya haqqında” Aəzrbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən arayış verilmişdir. xx.xx.2024-cü il tarixli, 2(021)-2277/2024 saylı Bərdə rayon Məhkəməsinin qətnaməsindən görünür ki, ərizənin təmin edilməsi, X5 ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməsi, X5 ilə İddiaçı arasında Bərdə regional Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 1414 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulması, tərəflərin birgə yaşayış dövründə doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı övladları ərizəçi X3 himayəsində və yanında saxlanması, İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə verilməsi, xx.xx.2021-ci il təvəllüdlü X1 3 yaşa qədər saxlanma xərci olaraq hər ay 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı rəsmi gəlirlərinə dair məhkəməyə hər hansı təsdiqedici sənəd təqdim edə bilməmişdir. Lakin məhkəmənin təşəbbüsünə əsasən elektron məhkəmə informasiya sistemindən əldə edilmiş baza məlumatlarına görə iddiaçı Esma Food MMCdə aşbaz vəzifəsində çalışmaqla aylıq 150 manat həcmində əmək haqqı alır. Bundan başqa, o, vətən müharibəsi iştirakçısı olmaqla 80 manat həcmində müavinat ilə təmin olunmuşdur. Göstərilənlərə baxmayaraq, həmin gəlirlərin 3/1 hissəsi həcmində alimentin müəyyən edilməsi uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi baxımından yetərli hesab oluna bilməz. Bu səbəbdən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası AM-nin 76-cı maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur, 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi,2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Azərbaycan Respublikası AM-nin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası AM-nin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən ödənilmiş mediasiya ödənişi və dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilməsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 60 (altmış) manat məbləğində mediasiya ödənişi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyyə minir. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-1136/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1136/2025
21.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver