Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1137/2024 01.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Avtomaşının və ya onun dəyərinin qaytarılması tələbi”nə dair mülki işə 01 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Pajero İO markalı ** UK *** dövlət qeydiyyat nişanı olan avtomobilin alınıb ona verilməsi və yaxud avtomobilə vermiş olduğu 12 709 manat və ödənilmiş dövlət rüsumu 140 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o 24 iyun 2021-ci il tarixdə Bərdə rayon Şorəlli kəndində yaşayan X5 ilkin ödəniş 3300 manat ödəməklə Pajero İO markalı, ** UK *** dövlət qeydiyyat nişanlı olan avtomobili aylıq kredit yolu ilə və hər ay 322 manat ödəmək şərti ilə almışdır. Girov kimi almış və yeni aldığı ** UK *** dövlət qeydiyyat nişanlı Pajero İO markalı avtomobil X13 adına olmuşdur. Ona sadəcə etibarnamə verilmişdir. Aylıq ödəniş kimi isə anası X4 dövlət tərəfindən verilmiş olan əmək pensiya kartını həvalə etmişdir. 24 iyun 2021-ci il tarixdən 21 mart 2023-cü il tarixə qədər Cavabdeh aylıq ödənişi vaxtlı vaxtında ödəmişdir. 24 avqust 2022-ci il tarixdə ona verilmiş etibarnamənin vaxtı bitmişdir. O dəfələrlə bu barədə Aslana müraciət etməyinə baxmayaraq müxtəlif bəhanələrlə onu aldatmışdır. 04 iyun 2023-cü il tarixdə Şəki şəhərində yol polisi qayda pozuntusu ilə bağlı o saxlanılarkən ona məlum olmuşdur ki, 02 iyun 2022-ci il tarixdə Bərdə rayon məhkəməsi hakim Əbilov Qamət Mehman oğlunun sədirliyi ilə ona məxsus olan avtomobilə xx.xx.2022-ci il tarixdə MTT 16(021)-19/2022 saylı qərar ilə həbs qoyulmuşdur. Hal-hazırda avtomobil cərimə meydançasındadır və avtomobilini istifadə edə bilmir. Avtomobilə ödənilmiş 12709 manatı dəfələrlə müraciət edib istəməyinə baxmayaraq verməkdən imtina edirlər. Bunun üçündə müraciət edərək avtomobilinin həbsdən çıxarılaraq ona geri qaytarılmasına yaxud avtomobilə vermiş olduğu ona dəymiş olan 12 709 manatın ona verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh məhkəmə iclasında iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “MİTSUBİSHİ PAJERO İO” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X6 adına qeydiyyata alınmışdır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 avqust 2023-cü il tarixli 3683 saylı arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. ƏN-Vİİ seriyalı 837735 reyestr nömrəli etibarnamədən görünür ki, X13 mülkiyyətində olan “MİTSUBİSHİ PAJERO İO” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün İddiaçı etibarnamə vermişdir. Bərdə Rayon Plis Şöbəsinin xx.xx.2023-cü il tarixli 68/2-34309 nömrəli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X13 xx.xx.2022-ci il tarixdə Asan-Bərdə tərəfindən AA3915084 nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci i tarixli MTT16(021)-19/2022 saylı qərardadından görünür ki, iddiaçı X1 cavabdeh X8 qarşı “müvəqqəti təminat tədbirinə” dair ərizəsi təmin olunmuşdur. İşə mahiyyəti üzrə baxılıb qurtaranadək X6 mülkiyyətində olan Range Rower markalı ** XL ***, VAZ -21063 markalı ** UF ***, VAZ-21074 markalı ** BS ***, VAZ - 21074 markalı ** BS ***, VAZ -21011 markalı ** CC ***, VAZ -21063 markalı ** MO ***, Mercedes Benz E280 markalı ** MX ***, Mercedes Benz E270 CDİ markalı ** EZ ***, Toyota Camry markalı 10KK 074, VAZ–21013 markalı 33 BC134, VAZ -21093 markalı ** ZP ***, BMW -5301 markalı ** LJ ***, VAZ -21063 markalı ** BS ***, VAZ - 21063 markalı 60BT113, VAZ–21011 markalı ** XS ***, Mercedes Benz-E200 markalı ** VP ***, VAZ- 2105 markalı ** BT ***, VAZ-21013 markalı ** BJ ***, VAZ- 2106 markalı ** BT ***, BMW-X5 markalı ** RB ***, Mercedes Benz E 270 CDİ markalı ** DA ***, VAZ- 2109 markalı ** BJ ***, VAZ- 21061 markalı ** BT ***, Mercedes Benz E230 markalı ** ZJ ***, VAZ 21074 markalı ** BM ***, VAZ 21074 markalı 09 BT442, Mitsubishi Pajero İO markalı ** UK ***, VAZ-21061 markalı ** CV ***, VAZ-21063 markalı ** BJ ***, X15 markalı ** TO *** , Mercedes Benz E220 CDİ markalı ** GA ***, VAZ-21063 markalı ** BE ***, Toyota Prado markalı ** RU ***, VAZ-21723 markalı ** OF ***, VAZ- 21063 markalı ** BO ***, VAZ- 21074 markalı ** SU ***, VAZ- 21074 markalı ** BR *** və Ford Transit markalı 20DC134 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuş və cərimə meydançasına yerləşdirilmişdir. Kapital Bank ASC xx.xx.2023-cü il tarixli, 2023/111/12172 saylı çıxarışa əsasən X2 məxsus plastik kart hesabından xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məxaric əməliyyatları və foto görünütülər əks olunmuşdur. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək yalnız avtomaşın üçün ödəmiş olduğu 12709 manat məbləğində pul və 140 manat dövlət rüsumunun ona geri qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli 26469 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 130 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli 7900 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 11 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Cavabdeh icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Məhkəmə bütövlükdə iş materiallarına və işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır, ona görə ki, tərəflər arasında əldə olunan razılığa əsasən avtomaşının dəyərinin ödənilməsi məqsədilə iddiaçının anası X3 pensiya ödənilməsi üçün nəzərdə tutulmuş bank kartı cavabdehin sərəncamına verilmiş, iddiaçının iddia tələbində göstərmiş olduğu vaxt çərçivəsi daxilində, yəni 24 iyun 2021-ci il--21 mart 2023-cü il vaxt intervalında bank hesabından çıxarışa, eyni zamanda iş materiallarında mövcud olan foto görüntülərə əsasən cavabdeh tərəfindən ümumilikdə həmin kart hesabından 6809 (altı min səkkiz yüz doqquz) manat məbləğində pul vəsaiti çıxalaraq əldə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 88,09 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh 6809 (altı min səkkiz yüz doqquz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin.
3. İş üzrə ödənilmiş dövlət rüsumundan 88,09 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin.
4. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
5. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev