Məhkəmə qərarları › İş №2(021)-1173/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1173/2024

18.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1173/2024 18.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X9 iclas kаtibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Təhsil və Elm Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi X10 ştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “uşağın himayədə olmasının müəyyən edilməsinə və aliment borcunun silinməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək 02 noyabr 2013-cü ildə anadan olmuş X5 20 iyun 2023-cü il tarixdən onun himayəsində olmasının müəyyən edilməsinə və X2 üçün 20 iyun 2023-cü il tarixdən hesablanmış aliment borcunun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 30 yanvar 2012-ci ildə X11 və 02 noyabr 2013-cü ildə X12 anadan olmuşdur. Bərdə rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(021)- 2569/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah pozulmuş, uşaqların hər ikisi Cavabdeh himayəsində qalmış iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay hər uşağa 120 manat olmaqla cəmi 240 manat məbləğində aliment tutularaq Cavabdeh xeyrinə verilmişdir. Hər ay vaxtlı vaxtında alimenti ödəmişdir. Hazırda birgə nikahlarından 02 fevral 2013-cü ildə anadan olmuş X12 20 iyun 2023-cü il tarixdən onun himayəsində yaşayır. Oğlu cavabdehin himayəsində yaşamaq istəmir. Oğlunun 20 iyun 2013-cü ildən onun himayəsində yaşaması Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 fevral 2024-cü il tarixli, 54 saylı arayışda öz əksini tapmışdır. Hesab edir ki, X12 20 iyun 2023-cü il tarixdən onun himayəsində yaşadığından aliment borcu silinməlidir. İddiaçı daha sonra məhkəməyə iddianın həcminin artırılmasına dair ərizə verərək 02 noyabr 2013-cü ildə anadan olmuş X5 20 iyun 2023-cü il tarixdən onun himayəsində olmasının müəyyən edilməsinə, uşağın onun himayəsində saxlanılması və X2 üçün 20 iyun 2023-cü il tarixdən hesablanmış aliment borcunun silinməsinə və iddiaçının bir uşağa görə aliment ödəməkdən azad edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X15 iddia tələbini müdafiə edərək əlavə olaraq, cavabdehin oğlu Coşquna baxa bilmədiyini bildirərək onun yanına göndərmiş, oğlu onun yanına gələn zaman xəstə olmuş, uşağı müalicə etdirmiş, həmin vaxtdan uşaq onun yanında yaşayır. Hazırda uşağa anası baxır. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək, lakin iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iki il bundan əvvəl iddiaçının atası uşaqla görüşmək istədiyini bildirdiyinə görə oğlu Coşqunu iddiaçının yanına göndərmişdir. Həmin vaxtdan uşaq onun yanına qayıtmamışdır. İddiaçı aliment ödəməmək üçün uşağı yanında saxlayır. Hazırda uşağa iddiaçı yox iddiaçının anası baxır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri və az yaşlı X7 dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında Azərbaycan Respublikası Təhsil və Elm Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi X10 iştirakı ilə dindirilmiş X12 izahatında göstərmişdir ki, iki ilə yaxındır atası ilə yaşayır. Anasının yanında yaşamaq istəmir. Ana babası onu vurmuş, onu işləmək üçün sahəyə aparmışdır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1977-ci ildə anadan olmuşdur. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçsının Şatırlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 54 nömrəli arayışdan görünür ki, İddiaçı 2019-cu ilin may ayında ailəsindən ayrılmış, X4 məhkəmə qərarı ilə anasına verilməsinə baxmayaraq 20 iyun 2023-cü il tarixdən atasının himayəsində yaşayır. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçsının Şatırlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 54 nömrəli arayışdan görünür ki, X3 rayonu Şatırlı İƏD-nin Kürdborakı kəndində yaşayır. Bərdə Rayon Şatırlı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 02 dekabr 2013-cü il tarixli, AZ-İİİ 196693 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 02 noyabr 2013-cü ildə anadan olmuş, atası İddiaçı, anası Cavabdeh olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü ildə 56 nömrə ilə qeyd edilmişdir. Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(021)-2569/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, X16 ilə İddiaçı arasında Bərdə rayon Şatırlı kənd İƏD üzrə İcra nümayəndəliyində 01 may 2011-ci il tarixdə 16 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X5 cavabdeh X8 yanında saxlanılması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq İddiaçı hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi ) manat olmaqla, cəmi 240( iki yüz qırx) manat sabit pul məbləğində alimentin X8 xeyrinə tutulması, aliment tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bərdə Rayon Təhsil Şöbəsi S.Xudaverdiyev adına Kürdborakı kənd tam orta məktəbi tərəfindən verilmiş 40 nömrəli, 09 fevral 2024-cü il tarixli arayışdan görünür ki, X12 2023/2024-cü tədris ilində Bərdə rayonu Kürdborakı kənd S.Xudaverdiyev adına tam orta məktəbin İV sinifində oxuyur. ********** nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, X25 məhkəmədə iddia qaldırılması üçün 50 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödəmişdir. İş materiallarında olan X18 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞG1/MT007/2024-00193 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh isə iştirak etməyən tərəfdir. İş materiallarında olan Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli, 3/394 nömrəli rəyə əlavə edilmiş 03 sentyahbr 2024-cü il tarixli aktdan görünür ki, Bərdə Rayon məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(021) 1173/2024 nömrəli qərardadına əsasən İddiaçı yaşadığı Bərdə rayonu Kürdboraki kəndində olan evdə onun yaşayış yeri üzrə həyat şəraitinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı yaşadığı ev onun aansı X14 məxsus xüsusi fərdi yaşayış evidir, həmin ev kürsülü bir mərtəbəlidir, kubik daşla hörülüb tikilmişdir, dam örtüyü şiferdəndir, üç otaqlıdır, orta təmirlidir, normal komunal şəraiti vardır, həmin evdə İddiaçı övladı Coşqun Rüstəmli və anasl Mülayim Əliyeva yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli, 3/394 nömrəli rəyə əlavə edilmiş 03 sentyahbr 2024-cü il tarixli aktdan görünür ki, Bərdə Rayon məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(021) 1173/2024 nömrəli qərardadına əsasən Cavabdeh yaşadığı Bərdə rayonu Kürdborakı kəndində olan evdə onun yaşayış yeri üzrə həyat şəraitinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh yaşadığı ev onun atası X17 məxsus xüsusi fərdi yaşayış evidir, həmin ev kürsülü bir mərtəbəlidir, kubik daşla hörülüb tikilmişdir, dam örtüyü ağ dəmirdəndir, dörd otaqlıdır, orta təmirlidir, normal kommunal şəraiti vardır, həmin evdə Cavabdeh, övladı Nuranə Rüstəmli, atası Arif Hüseynov, anası Zeynəb Hüseynova və qardaşı Kamran Hüseynzadə yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli, 3/394 nömrəli rəydən görünür ki, Coşqun Rüstəmlinin 2013-cü il təvəllüdlü olduğunu nəzərə alaraq onun valideylərindən hansının himayəsində qalıb yaşamasını, öyrənmək məqsədi ilə söhbətlər aparılmış söhbət zamanı o bildirmişdir ki, hazırda atası İddiaçı himayəsində yaşayır, atası ona qayğı və qulluq göstərir, onun təhsili və tərbiyəsi ilə məşğul olur buna görə də o atasının himayəsində qalıb yaşamaq istəyir. Belə olduğu halda Coşqunun Rüstəmlinin atası İddiaçı himayəsində qalıb yaşaması qanuna müvafiq və məqsədə müvafiq hesab edilmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Аzərbаycаn Respublikаsının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsində dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər. Həmin Qanunun 4-cü maddəsinə görə, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi “Şahin Almaniyaya qarşı” iş üzrə 8 iyul 2003-cü il tarixli qərarında (66-cı bənd) qeyd etmişdir ki, 8-ci maddə tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” işi üzrə qərarına əsasən, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasının təmin edilməsinə dair pozitiv öhdəlik qoyur. “Elşolts Almaniyaya qarşı” işi üzrə isə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Eyni zamanda “Bronda İtaliyaya” qarşı işdə qeyd etmişdir ki, “Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır”. “Maumousseau və Washington Fransaya qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 06 dekabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağın və valideynlərin hər ikisinin maraqları arasında ədalətli tarazlıq gözlənilməlidir. “Neulinger and Shuruk İsveçrəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 06 iyul 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə uşaqla görüş, yaşayış yeri və səyahət etmək ilə əlaqəli mübahisələri tənzimləyən dövlət hakimiyyət orqanlarını əvəz etməməlidir; O, Konvensiyaya əsasən həmin orqanların öz səlahiyyətlərini yerinə yetirərkən qəbul etdiyi qərarları nəzərdən keçirməlidir. Məhkəmə bu qərarları qiymətləndirərkən, milli məhkəmələrin, xüsusilə, faktiki, emosional, psixoloji, maddi və tibbi xarakterində bütün faktorlar ilə ailənin vəziyyətinin və digər faktorların hərtərəfli araşdırılması ilə əlaqədar uşağın maraqlarının üstün tutulması halını nəzərə alaraq, həmin faktorların hər bir şəxsin maraqlarına münasibətdə əsaslı qiymətləndirilmə və tarazlama aparıla bilməməsinə daha çox diqqət yetirməlidir. “Pençevi Bolqarıstana qarşı”, eləcədə “Nazarenko Rusiyaya qarşı” iş üzrə də Avropa Məhkəməsi uşaqların maraqlarının üstün tutulmasını qeyd etmişdir. “Olsson İsveçə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 24 mart 1988-ci il tarixli qərarında göstərmişdir ki, İsveçin dövlət orqanları eyni valideynlərə malik olan uşaqları biri-birindən ayrı yaşamağa məhkum etmişlər. Avropa İnsan Hüquqları Məhkəməsi həmin iş üzrə qərarında qeyd etmişdir ki, doğma bacı və qardaşlar uşaqlarla valideynlər arasında münasibətdən asılı olmayaraq öz aralarındakı münasibətlər çərçivəsində ailə həyatı hüququna malikdirlər və İsveç hökuməti üç qardaşı biri-birindən ayrı saldığına görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” üzrə Avropa Konvensiyasının şəxsi və ailə həyatına hörmət hüququnu nəzərdə tutan 8-ci maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə “Mustafa və Armağan Türkiyəyə qarşı” işdə məhkəmə qeyd etmişdir ki, uşaqlar arasında ailə bağlarının mühafizəsi olduqca mühüm vəzifədir və bu vəzifəni yalnız valideynlərin öhdəsinə buraxmaq olmaz (xüsusən valideynlərdən birinin hərəkətlərində bu təmaslara açıq-aydın mane olma əlamətləri görünürsə). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1 və 58-ci maddələri, “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsi və “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndində məhkəmələrə tövsiyə etmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 7.4-cü bəndində qeyd edilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Qərarın 7.5-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 02 noyabr 2013-cü il təvəllüdlü X12 20 iyun 2023-cü il tarixdən atası İddiaçı himayəsində yaşayır. Həmçinin iş üzrə qəyyumluq və himayəçilik komissiyasının rəyindən görünür ki, hazırda 02 noyabr 2013-cü il təvəllüdlü X12 atası olan iş üzrə İddiaçı himayəsində və yanında qalır və atası ilə yaşamaq istədiyini bildirir. Buna görə qəyyumluq və himayəçilik orqanı X5 atasının himayəsində qalıb yaşamasını uşağın maraq və mənafeyinə uyğun hesab etmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, X5 10 yaşına çatması nəzərə alınaraq məhkəmə iclasında dindirilən zaman uşaq iki ilə yaxındır ki, atası ilə yaşadığını bundan sonra da atasının yanında qalıb yaşamaq istədiyini bildirməsini, İddiaçı məxsus fərdi yaşayış evinin normal kommunal şəraitinin olmasını, cavabdehin də uşağın iki ilə yaxın müddətdə iddiaçının yanında qalmasını etiraf etməsini nəzərə alaraq hesab edir ki, 02 noyabr 2013-cü il təvəllüdlü X5 20 iyun 2023-cü il tarixdən atası olan İddiaçı himayəsində olması müəyyən edilməli, uşaq iddiaçının himayəsində saxlanılmalıdır. Məhkəmə iddia tələbinin 20 iyun 2023-cü il tarixdən hesablanmış aliment borcunun silinməsi hissəsi ilə bağlı qeyd edir ki, Kоnstitusiyаnın 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Kоnstitusiyаnın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər iki uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikasının Ailə Məcəllənin (bundan sonra AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair”Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarda daha sonra göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarda daha sonra göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, iş materialları ilə və tərəflərin izahatı ilə 02 noyabr 2013-cü il təvəllüdlü X5 atası İddiaçı himayəsində yaşamasını həmin tarixdən uşağın bütün təminatlarının atası tərəfindən qarşılandığı sübut olunduğundan məhkəmə hesab edir ki, İddiaçı 20 iyun 2023-cü il tarixdən hesablanmış aliment borcu silinməli və iddiaçı bir uşaq olan 02 noyabr 2013-cü il təvəllüdlü X1 görə aliment məbləğindən azad edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci cavabdehdən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı “uşağın himayədə olmasının müəyyən edilməsinə və aliment borcunun silinməsi” tələbinə dаir iddiası təmin edilsin. 02 noyabr 2013-cü il təvəllüdlü X5 20 iyun 2023-cü il tarixdən atası olan İddiaçı himayəsində olması müəyyən edilsin və uşaq İddiaçı himayəsində saxlanılsın. İddiaçı Bərdə rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2(021)-2569/2019 saylı qətnaməsi ilə X2 üçün hər ay üçün iddiaçıdan tutulması qət edilmiş 120 manat aliment məbləği ilə bağlı xx.xx.2023-cü il tarixdən hesablanmaqla yaranmış aliment borcu silinsin və iddiaçı bir uşağa görə aliment ödəməkdən azad edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu və mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar