Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1185/2022 01.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı Nağdalıyev Nail İmran oğlunun iştirakı ilə, İddiaçı Nağdalıyev Nail İmran oğlunun cavabdehlər ƏƏSMN-nin Tibbi Sosial Ekspertiza Koissiyası və “Atəgah“ Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı sənəddə düzəliş edilməsi və sığorta ödənişinin həyata keçirilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər ƏƏSMN-nin Tibbi Sosial Ekspertiza Koissiyası, “Atəgah“ Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı sənəddə düzəliş edilməsi və sığorta ödənişinin həyata keçirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Nağdalıyev Nail İmran oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, 30 mart 2021-ci il tarixində çalışdığı "xxxx" MMC-nin X2 Məntəqəsinin mühəndisi X4 tərəfindən Ağdam rayon Quzanlı qəsəbəsinə göndərilib. İşlə bağlı saat 12:20-də pyada keçidi ilə Avromed aptekinə keçərkən 02BK903 dövlət nömrə nişanlı VAZ-2107 avtomobili onu vuraraq ağır bədən xəsarətləri yetirib. Həmin tarixdən “sağ bud sümüyü boynunun qapalı, yerdəyişmiş sınığı və sağ-sol oturacağının sınığı” diaqnozu ilə Bərdə rayon xəstəxanasından , Bakı sağlamlıq mərkəzində stansionar və ambulator müalicə alınıb. 03 noyabr 2021-ci il tarixində Bərdə rayon Mərkəzi Xəstəxanasının həkim komissiyasından keçərkən X3 aktının surətini də təqdim edərək istehsalat qəzası olduğunu bildirib. 04 fevral 2022-ci il tarixində telefonuna gələn bildirişlə bağlı ƏƏSMN-nin Bərdə regional idarəsinə müraciət edib. Ona verilən sənəddə onun istehsalat qəzası keçirtməyi nəzəri alımamış “ümumi xəstəlik” kimi qeyd olunaraq üçüncü dərəcəli əlillik təyin edilmişdir. Bütün sənədlərin surətini sığortalı olduğu Atəşgah Sığorta Şirkətinə təqdim edilsədə də onlar ƏƏSMNnin Tibbi Sosial ekspert komissiyasının qərarını gözləməyini bildirdilər. Sonra bu arayışı da onlara təqdim edib. 26 fevral 2022-ci ill tarixində Atəşgah Sığorta Şirkətindən aldıığı məktubda bildirilir ki, ona üçüncü dərəcəli əlillik kimi “ümumi xəstəlik” kimi təyin edildiyi üçün şirkət ona Həyat Sığortası ödəməkdən imtina edir. Məhkəmə iclasında iddiaçı Nağdalıyev Nail İmran oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər ƏƏSMN-nin Tibbi Sosial Ekspertiza Komissiyasına, Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdehlər ƏƏSMN-nin Tibbi Sosial Ekspertiza Komissiyasının, Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işə əlavə olunmuş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1961-ci idə doğulmuşdur. Mülki işə əlavə edilmiş AA 256348 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. Mülki işə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışın surətindən müəyyən olunur ki, Nağdalıyev Nail İmran oğluna üçüncü dərəcəli əlillik diaqnozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş Bakı Sağlamlıq Mərkəzinin Epikrizinin surətindən müəyyən olunur ki, İddiaçı sağ bud sümüyü boynunun qapalı yerdəyişmiş sınığı diaqnozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş Ağdam rayonu Polis Şöbəsi tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli ***-*******21 nömrəli məktubun surətindən müəyyən olunu ki, X5 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair itintaq olunan cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilmişdir. Mülki işə əlavə edilmiş Ağdam rayonu prokurorunun kiçik ədliyyə müşaviri Vasif Süleymanovun cinayət işi üzrə icraata xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərarının surətindən müəyyən olunur ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair itintaq olunan cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Hazırki işin materialları ilə iddiaçının iddia tələbi təsdiq olunmur və iddia tələblərinin dəlillərini təsdiq edə biləcək heç bir sübut iddiaçı tərəfindən iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Nağdalıyev Nail İmran oğlunun cavabdehlər ƏƏSMN-nin Tibbi Sosial Ekspertiza Koissiyası və “Atəgah“ Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı sənəddə düzəliş edilməsi və sığorta ödənişinin həyata keçirilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1185/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1185/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver