Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1185/2024 14.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X10 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Aliment tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan məhkəmə qətnaməsi ilə himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X1 üçün bir uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X3 və xx.xx.2011-ci il tarixdə X6 adlı övladları anadan olmuşdur. Nikahları xx.xx.2012-ci il tarixdə pozulmuşdur. xx.xx.2008-ci il təvəllüdlü X3 onun himayəsindədir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-3031 saylı qətnaməsi ilə X2 onun himayəsində olması faktı müəyyən edilmiş, hazırda da onun himayəsindədir. Cavabdeh uşağı ilə maraqlanmır, uşağına qarşı heç bir qayğı göstərmir, onun saxlanılmasında ona heç bir köməklik etmir. Cavabdeh hətta xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 da nənəsinin himayəsinə atıb özü Bakı şəhərində yaşayır. Ümumiyyətlə, cavabdeh onlara maddi yardım göstərilməsindən imtina edir. Ona görə də hesab edir ki, cavabdehdən bir uşağın saxlanılması üçün 235 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə zərurət yaranmışdır. Hətta mediasiya şurasına müraciət etmiş, cavabdeh gəlməmiş, ona görə də mediasiyada baxılması mümkün olmadığı üçün məhkəməyə müraciət etmişdir. Bu barədə mediasiya şürasına etidiyi müraciətə görə xx.xx.2024-ci il tarixdə ******* nömrəli rəsmi arayış verilmişdir ki, məhkəməyə müraciət etsin. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı ilə 2001-ci ildə evlənmiş, birgə nikahlarından iki uşaqları doğulmuşdur. Aralarında yaranan narazılıqlara görə 2012-ci ildə ayrılmışlar və nikahları pozulmuşdur. Nikahları pozularkən uşaqlar onun himayəsində saxlanılmışdır. 2021-ci ilədək uşaqlar onun himayəsində olmuşdur. Sonradan Bərdə Rayon Məhkəməsinin qətnaməsinə əsasən övladı X3 iddiaçının himayəsinə verilmişdir. Lakin onun həmin iş üzrə məhkəmə iclaslarından heç bir məlumatı olmamışdır. Bərdə Rayon Məhkəməsinin qətnaməsi yaşadığı ünvana gəldikdən sonra onun məlumatı olmuşdur ki, övladı Əlizamin atasının himayəsinə verilmişdir. Qətnamə qəbul edilən dövrdə uşaq müvəqqəti olaraq atası ilə yaşamışdır. Sonradan atası, yəni iddiaçının özü Əlizamini gətirib ona vermişdir. Hazırda da hər iki uşağı, o cümlədən, Əlizamin onun himayəsində yaşayırlar. Övladları həmişə onun himayəsində olmuşlar, onların bütün maddi və mənəvi təminatlarını özü ödəmiş, ehtiyaclarını qarşılamışdır. Hazırda iki nəfər azyaşlı uşaqlarının maddi təminatını ödəmək məqsədi ilə Bakı şəhərində işləyir və yaşayır. Uşaqlarına isə Bərdə rayonunda öz anası baxır. Lakin mütəmadi olaraq hər həftə Bərdə şəhərinə gəlib övladlarına baş çəkib gedir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında valideynlərinin iştirakı ilə dindirilmiş xx.xx.2008-ci il təvəllüdlü X3 göstərdi ki, qardaşı ilə birgə anasının himayəsində yaşayırlar. Öz evləri olmadığından o, anası və qardaşı nənəsi Dilşada məxsus evdə yaşayırlar. Əvvəllər Bərdə rayonu Güloğlular kənd məktəbində oxumuş, sonradan məktəbdən ayrılmışdır. Bir müddət, yəni 4- 5 ay atası ilə yaşamış, sonra yenə də anasının yanına qayıtmışdır. Bundan sonra da anası ilə birlikdə yaşayacaqdır. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə Bərdə rayonu Güloğlular kəndində anadan olmuşdur, Bərdə rayonu Güloğlular kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1979-cu ildə Bərdə rayonu Şorəlli kəndində anadan olmuşdur, Bərdə rayonu Şorəlli kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 fevral 2024-cü il tarixli, 203 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Güloğlular kəndində yaşayır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli AZ-T 248462 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci ildə Əlizamin adlı uşaqları doğulmuşdur. xx.xx.2008-ci il təvəllüdlü X2 “ata” qrafasında atası kimi İddiaçı, “ana” qrafasında anası kimi X5 qeyd edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-3031/2021 saylı qətnaməsindən görünür ki, 04 may 2008-ci il təvəllüdlü X2 2021-ci ilin may ayından ərizəçi İddiaçı himayəsində olması faktı müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı 2001-ci ilin may ayında cavabdehlə evlənmiş, birgə nikahlarından iki uşaqları doğulmuşdur. Aralarında yaranan narazılıqlara görə 2012-ci ildə ayrılmış, ayrıldıqdan sonra uşaqlar cavabdehin yanında qalmışdır. 2021-ci ilin may ayında 04 may 2008-ci il təvəllüdlü X3 iddiaçının yanına gedərək onunla yaşamağa başlamış, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən uşağın iddiaçının himayəsində olması faktı müəyyən edilmişdir. Lakin az sonra azyaşlı Əlizamin yenidən anasının yanına qayıdaraq onunla birlikdə yaşamağa başlamış, hazırda da anasının himayəsindədir. Məhkəmə iclasında xx.xx.2008-ci il təvəllüdlü X3 atasının yanında cəmi 4-5 ay yaşadığını, daha sonra yenidən anası ilə birlikdə yaşamağa başladığını və hazırda da anası ilə birlikdə yaşadığını bildirmiş, cavabdeh də məhkəmə iclasında verdiyi izahatında xx.xx.2008-ci il təvəllüdlü X2 onunla yaşadığını göstərmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2008-ci il təvəllüdlü X2 onun himayəsində yaşamasını heç bir mötəbər sübutla təsdiq edə bilməmişdir. Əksinə, işin gerçək halları, o cümlədən, X2 özünün ifadəsi ilə onun Cavabdeh himayəsində yaşadığı sübut olunur. Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1959-cu il tarixli Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipində deyilir ki, “azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır”. Həmin Bəyannamənin 4-cü prinsipində göstərilir : -Uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır; bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonrakı müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1.-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, 04 may 2008-ci il təvəllüdlü X2 iddiaçının himayəsində yaşaması barədə Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi olsa da, X3 hazırda cavabdehin, yənin anası Cavabdeh himayəsində yaşadığından, İddiaçı uşağın onun himayəsində olması barədə məhkəməyə mötəbər sübut təqdim edə bilmədiyindən, habelə aliment uşağın saxlanılması üçün nəzərdə tutulduğundan iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz tələblərini mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Aliment tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1185/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1185/2024
14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver