Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1202/2021 06.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun, İddiaçı Hümbət qızının, Cavabdeh Məmmədova Vüsal İlqar qızının iştirakı ilə, İddiaçı Hümbət qızının cavabdeh Cavabdeh qarşı “ əmlakın evdən çıxarılma” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Məmmədova Vüsalə İlqar qızına aid cehiz əşyalarının ona məxsus Bərdə rayonu, Qullar kəndində yerləşən fərdi yaşayış ev indən çxıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X7 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə oğlu X8 oğlu 10 mart 2015-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, birgə nikahlarından 01 iyun 2016-cı ildə Məmmədli Fatimə Pərvin qızı və 07 mart 2019-cu ildə Məmmədli Ruqəyya Pərvin qızı adlı övladları anadan olmuşdur. X12 hazırkı iş üzrə Cavabdeh ilə 2020-ci il tarixdən ayrılmışlar, 01 ildən artıqdır ki, ayrı yaşayırlar. Cavabdehin artıq uzun müddətdir ona məxsus evdə yaşamamasına baxmayaraq onun cehiz əşyalarını çıxarmasını xahiş və tələb etsə də, cavabdeh onun haqlı tələbini yerinə yetirməmişdir. Beləliklə də cavabdeh onun mülkiyyət hüquqlarını və qanunla qorunan mənafelərini kobud surətdə pozur, bu səbəbdən də məcbur qalıb məhkəmədə iddia qaldırmalı olmuşdur. Məhkəmə iclasında iddiaçı Məmmədova Sevil Hümbət qızı izahatında idddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, cehiz əmlakları hazırda iddiaçının Bərdə rayonu Qullar kəndində yaşadığı evdədir, cehiz əşyalarını çıxarmağa yer yoxdur, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı Hümbət qızı xx xxxxxx 1957-ci ildə Bədə rayonu, Qullar kəndində doğulmuş və həmin ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 331 saylı, 25 fevral 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Hümbət qızının Bərdə rayon Şirvanlı kənd icra nümayəndəliyinin Qullar kəndinə aid təsərrüfat başına 18 nömrəli kitabın 11 saylı vərəqində adına 0,13 ha həyətyanı sahədə 1969-cu ildə tikilmiş ümumi sahəsi 90 kv.m yaşayış sahəsi 56 kv.m olan fərdi yaşayış evi var. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 21 yanvaar 2020-ci il tarixli, 2(021)-835/2020 nömrəli qərrdadından görünür ki, X1 20 dekabr 2019-cu ildən başlayaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay hər uşağa 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat miqdarında aliment tutularaq Cavabdeh xeyrinə tutulması müəyyən edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Məmmədova Vüsalə İlqar qızı ilə, X2 10 mart 2015-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər, evləndikdən sonra iddiaçı ilə birlikdə Bərdə rayonu Qullar kəndinə yaşamışlar, hal-hazırda Cavabdeh məxsus cehiz əşyaları həmin evdədir. Məhkəmə iddia tələbi ilə bağlı mövqeyini bildirərək aşağıdakıları qeyd etməyi zəruri bilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev rəsmi reystrdə qeydiyyata alınmamışdır. Həmçinin mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçının oğlu ilə cavabdeh 2015-ci ildə ailə quraraq cavabdeh Cavabdeh iddiaçının oğlu ilə brilikdə yaşadığı Bərdə rayonu Qullar kəndinə gəlin köçmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri ilə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi sözü gedən mənzil daşınmaz əmlakı dövlət reyestrində qeydiyata alınmayıb. Bundan başqa iş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 331 saylı, 25 fevral 2021-ci il tarixli arayış dövlət reyestrindən çıxraışı əvəz etmir. Həmçinin məhkəmə iclasında İddiaçı qeyd etdi ki, hazırki evdə baldızı və qaynı ilə birlikdə yaşayır. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında müəyən olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Məhkəmə iclasında mübahisəli olan cehiz əşyalarının çıxarılması tələb edilən evin mülkiyyətçisi müəyyən olunmadığından hazırki halda İddiaçı subyektiv hüququnun olması müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülk Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Hümbət qızının Cavabdeh qarşı “əmlakın evdən çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1202/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1202/2021
06.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver