Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1208/2021 13.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun iştirakı ilə, Cavabdeh Daşdəmirov Nazim Əli oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Cavabdeh ona qarşı sahibkarlıq fəaliyətinin məhv etdirilməsi, ona təzyiq və şantaj yolu ilə obyektlərini ələ keçirmək məqsədilə bütün dövlət və ali hakimiyyət orqanlarına barəsində yalan olduğunu bilə-bilə qəsdən, həqiqətə uyğun olmayan məlumatlar yazmaq yolu ilə onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaltmağa görə vurmuş olduğu mənəvi zərərin əvəzi olan 100.000 (yüz min) manat məbləğində mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə respublikamızın ağır günlərində respublikamızı məhv edilməkdən xilas etmiş Ulu öndərimiz Heydər Əliyevi dəvət edən 91-lərdən biridir, Ulu öndərimizlə qürur duyur, Bərdə rayonu, Böyük Göyüşlü kəndində yaşayır, ailəlidir, zəhmətlə və halalıqla pul qazanaraq ailəsini saxlayan, qanunlarımıza və dövlətimizə sadiq olan bir Aərbaycan vətəndaşıdır. Yaşadığı kənddə gündəlik tələbat malları mağazsı var. Hüseynalılar kəndi ərazisində isə icarəyə götürüb işlətdiyi 1972-ci ildə inşa edilmiş sahibkarlıq obyekti var. Bütün sahibkarlıq fəaliyyətinin və ticarət obyektlərinin qanuni sənədi vardır. Heç bir qanunsuz əməl törtəməmişdir. Lakin cavabdeh Daşdəmirov Nzaim Əli oğlu təzyiq və şantaj yolu ilə onu işlətdiyi obyektləri ələ keçirtmək , müxtəlif yollarla sahibkarlıq fəaliyyətinin dayandırılmasına çalışmaq istəyir. Doğru olmadığını bilərəkdən qəsdən şər-böhtan xarakterli məlumat əsasında onu məsuliyyətə zəlb etmək üçün onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan məlumatlarla dövlət orqanlarına müraciət etmişdir. Bir neçə illər ərzində o, öz fəaliyyəti ilə məşğul olmaq əvəzinə ancaq cavabdehin dövlət orqanlarına yazmış olduğu yalan və uydurma ərizələrinin araşdırılması üçün tələb edilən sənədləri təqdim etsin, yaxud mağazalaırndakı malların altının üstünə çevrilərək, hər hansı qanuns malın aşkar edilibedilməyəcəyini seyr etsin. Cavabdeh bu neçə illər ərzində ara vermədən müxtəlif dövlət orqanlarına əsassız şikayətlər ayazaraq onun sahibkarlıq fəaliyyətini, dövlət orqanlarının əli ilə dayandırmaq istəmişdir. Gah vergilər idarəsinə qeydiyyatının olmaması barədə, əmlak idarəsinə tikili yaxud torpaq zəbt etməyi barədə, gah satışı qadağan edilmiş mal satmağı barədə yalan şikayətlər yaazmaqla onun sahibkarlıq fəaliyyətini az qala iflic etmişdir. Cavabdeh özünün yüksək maddi imkana malik olmasına, yüksək səviyyəli havadarlarının sayəsində ona qarşı etdiyi qaunsuzluqlara görə tam cəzasız qalmış, məsuliyyətə cəlb edilməmişdir. Cavabdeh 07 may 2020-ci il tarixdə onun barəsində Azərbaycan respublikasının prezidenti Cənab İlham Əliyevə, Respublikanın Ali dövlət və İcra Hakimiyyəti orqanlarına yazdığı şikayət ərizəsində göstərir: “Yazıb bildirirəm ki, Bərdə rayon Hüseynalılar kənd ərazisində sahikar Balayev Kamandar Nəsrəddin oğlu qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Kamandar Hüseynalılar kəndi ərazisində uzunluğu 30 metr, eni 10 metrdən ibarət böyük mağaza tikdirmişdir. Orada topdan yem, un, kəpək, kübrə, sement və digər həyat üçün lazımlı əşyalar satılır. Onuda qeyd edir ki, sahibkar Kamandarın həmin mağazada alış veriş edərkən, kassa aparatından istifadə etmir, Ticarət dövriyyəsini bilə-bilə qanunsuz dövlətin vergisindən yayınır. Kamandarın Göyüşlü kəndinin ərazisində ərzaq mağazası var, həmin mağazada həyat üçün təhlükəli benzin, salyarka və qeyri qanunu aksiz markası olmayan qida yeyinti məhsulları açıq aşkar alış-verişini təşkil edir. Böyük Göyüşlü kəndinin çıxacağında un üyüdən dəyirman fəaliyyət göstərir. Həmin dəyirman vergidən yayınır, dövlətin bu ağır günündə antisanitar vəziyyətdə işləyir, sahibkar İddiaçı özbaşınalığı biz insanlar arasında ümidsizlik yaradır”. “Kamandar adlı şəxsin bu gün gözümüzün qabağında dövlətimizə, xalqımıza, məcburi köçkünlərə və Qarabağ döyüşçüsünə qarşı etdiyi hörmətsizliyin qarşısının alınmasını xahiş edirəm. Qeyd edirəm ki, Balayev Kamandar fəaliyyət göstərdiyi obyektlərinin torpaq sənədi yoxdur. Biz məcburi köçkünlərə deyir ki, torpağınızı kim satıb, gedin ondan tələb edin. Gözünü qan örtmüş Kamandar yolunu azmış, belə getsə bunu qarşısı alınmasa, belə görünür ki, onları görməsəkdə, keçmiş nağıllarda oxuduğumuz kimi Qoç Koroğlunun və Dəli Həsənin yolunu getmək istəyir”. Cavabdeh yuxarıda qeyd edilən şər böhtan xarakterli, bəzən də təhqiredici ifadələrlə dolu olan saysız hesabsız ərizə və şikayətlər yazaraq, işgüzar nüfuzunu alçaltmağa çalışmış, dəfələrlə mənim fəaliyyətimin dayandırılaraq ətrafli araşdırmalar aparılması üçün obyektlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılmış, yoxlamalar, axtarışlar aparılmışdır. Hər kəsə aydındır ki, mağazaya zəruri malları almaq üçün gələn müştəri mağazanın bağlı, yaxud da açıq olub satış edilmədiyini, təftiş edildiyini gördükdə nə düşünə bilir, eyni zamanda obyektin əhali arasında hörmətdən düşməsinə səbəb olur. Cavabdeh tərəfindən yazılmış bu şər böhtan dolu ərizə başda sənab X2 və digər 6 nəfər yüksək vəzifəli, hökumət rəhbərlərinə ünvanlanmışdır. Dəfələrlə araşdırmalar aparılaraq, onun mağaza və digər obyektlərinin tam qanuni əsaslarla fəaliyyət göstərdiyi, vergidən yayınmadığı, qadağan edilmiş mallar satmadığı müəyyən edilərək, cavabdehə rəsmi orqanlar tərəfindən cavablar verilməsinə baxmayaraq cavabdeh yenə də məndən əl çəkmir. Artıq o yeni variantlar fikirləşib icad edir, artıq o yeni variantlar fikirləşib icad edir, dövlət orqanlarını da qanunsuz olaraq onu müdafiə etməkdə təqsirləndirir. Hətta onu ərizəsində “ gözünü qan örtmüş Kamandar, yolunu azmış” sözləri ilə təhqir edir, bundan sonra davam edərək, həm onu, həm də bütün türk dünyasının xal qəhrəmanı və dillərdə dastan olan igidləri aşağılayan fikirlər yazır. “....Bbelə getsə bunun qarşısı alınmasa, belə görünür ki, onları görməsəkdə, keçmiş nağıllarda oxuduğumuz kimi Qoç Koroğlu və Dəli Həsən yolunu getmək istəyir”. O, bu ifadələrdəki nifrət, böhtan və hətta nadanlıqdan çox pis olur, cavabdeh onu gözünün qan örtdüyünüq qeyd etməklə onu qaniçənlikdə təqsirləndirir, bu ona yox quduzlaşmış insanlara xas olan bir özbaşınalıqdaır. Ancaq xalq qəhrəmanımız olan “ Qoç Koroğlunun və Dəli Həsənin” nə üçün cavabdehin xoşuna gəlmədiyini başa düşə bilmir, oxuduğu nağıl və dastanlardan bildiyinə görə Koroğlunun müasiri olan Bolu bəyin nişanlısı olan Nigar xanımı toy günü qaçırmış, bu səbəbdən də Bolu bəy ömrünün sonunadək Koroğlu ilə düşmənçilik etmişdir. Hazırkı iş üzrə cavabdeh olaan Daşdəmirov Nazim əli oğlu görünür ki, törətmiş olduğu əməlinə görə qanuna uyğun qaydada məsuliyytə cəlb edilmədiyinə görə bəd əməllərdən əl çəkmir, onu rahat qoymur. Cavabdehin ərizələri əsasında bütün səviyyələrdə sahibkarlıq fəaliyyəti, obyektləri barədə dövlət orqanları tərəfindən araşdırmalar aparılmış, ərizədə göstərilən halların olmadığı aşkar olunmuşdur. Cavabdeh illərdir onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu yuxarıda qeyd etdiyi əməlləri ilə alçaldılmasına səbəb olmuş, eyni zamanda onun stersslər keçirərək dəfələrlə əsəbsarsıntısı keçirməyinə səbəb olmuş, iztirablar keçirməklə mənəvi zərər vurmuşdur. O, bu əsassız hücumların, şər-böhtanların nəticəsində dəymiş ağır mənəvi zərbələri, şərəf və ləyaqətinin işgüzar nüfuzunun alçaldılmasını və sterslər keçirməklə çəkdiyi iztirabları 100000 manat dəyərində qiymətləbdirir, hesab edir ki, ona vurduğu bu mənəvi zərərin əvəzini ödəməlidir. Göstərilən səbəblərə və hüquqlarının müdafiəsi üçün məhkəməyə mürqciət etməli olmuşdur. Cavabdeh İddiaçı Nəsərdin oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Cavabdeh iddiani qəbul etməyərək, rədd edilməsini xahiş etdi. İş üzrə cavabdehin izahatını dinləyib, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir . Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Balayev kamandar Nəsrəddin oğlu xx xxxxxx 1963-cü ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Yeni Azərbaycan Partiyası üzvülük vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Nəsrəddin oğlu 1993-cü ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. Mülki işə əlavə edilmiş Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Prezidentinə və digər vəzifəli şəxslərə yazdığı ərizənin surətindən müəyyən olunur ki, İddiaçı Nəsrəddin oğlunun qanunsuz ticarət fəaliyyəti ilə məşğul olması barədə məlumatlar yazmışdır. Mülki işə əlavə edilmiş 21 may 2020-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Cavabdeh ərizəsi əsasında İddiaçı Nəsrəddin oğlunun obyektlərinin fəaliyyətinin qanunu olubolmaması yoxlanılaraq aktlaşdırılmışdır. Mülki işə əlavə edilmiş 31 may 2020-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Cavabdeh ərizəsi əsasında İddiaçı Nəsrəddin oğlunun işlətdiyi un dəyirmanının fəaliyyətinin qanunu olub-olmaması yoxlanılaraq aktlaşdırılmışdır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra hakimiyyəti Başçısının Qaradəmirçi kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 338 nömrəli, 16 fevral 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ağdam rayon məcburi köçkün Cavabdeh Bərdə rayonu Qaradəmirçi kəndində müvəqqəti qeydiyyatdadır və yaşayır. Mülki işə üzrə məhkəmənin 26 aprel 2021-ci il tarixli, 2(021)-1208\2021 saylı qərardadı ilə linqivistik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mətkəzi tərəfindən verilmiş, 01 iyun 2021-ci il tarixli, 4\591 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki iş materiallarının 9-10-cu vərəqələrində olan Daşdəmirov Nazim Əli oğlunun adına olan 7 may 2020-ci il tarixli ərizədə istifadə edilmiş “ Balayev Kamandar Nəsrəddin oğlu qanunsuz sahubkarlıq fəaliyyəti ilə məşğul olur”, “ sahibkar Kamandarın həmin mağazada alış veriş edərkən kassa aparatından istifadə etmir” , “ Ticarət dövriyyəsini bbilə-bilə qanunsuz dövlətin vergisindən yayınır” , “ Həmin mağazada həyat üçün təhlükəli benzin, salyarka və qeyri qanunsuz aakses markası olmayan qida yeyinti məhsulları açıq aşkar alış verişini təşkil edir” , “ Sahibkar İddiaçı Nəsrəddin oğlunun övbaşınalığı” , “İddiaçı fəaliyyət göstərdiyi obyektlərinin torpaq sənədi yoxdur”, “Balayev kamandar Nəsrəddin oğlunun qanunsuz sahibkarlıq fəaliyyətinin araşdırılmasına göstəriş verəsiniz” cümlələri həqiqəti əks etdirmədiyi və həmin ərizə yayılmış hesab edildiyi təqdirdə balayev Kamandar Nəsrəddin oğlunun işgüzar nüfuzunu alçaldan məlumatlardır. Həmin ifadələrin həqiqəti əks etdirib- etdirməməsi və tədqiq olunan ərizənin yayılmış hesab edilib-edilməməsi ekspert-linqivistin səlahiyyətinə aid olmayıb hüquqi araşdırma tələb edən məsələdir. Ekspertizaya təqdim edilmiş, mülki iş materiallarının 9-10-cu vərəqələrində olan Daşdəmirov Nazim Əli oğlunun adına olan 7 may 2020-ci il tarixli ərizədə Balayev Kamandar Nəsrəddin oğlunun şərəf və ləyaqətini alçaldan söz və ifadələrdən istifadə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbi ilə bağlı dəlillərini sübuta yetirə bilməmiş, ekspert rəyi ilə isə cavabdehin iddiaçının şərəf və ləyaqətini alçatmaması təsdiq edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-1208/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1208/2021
13.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver