Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-124/2024 07.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X7 iclas kаtibliyi ilə, İddiaçı cavabdeh Məmmədova (Süleymanova) Məsmə Hafis qızına qarşı “övladlarının onun himayəsində olması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmmədova (Süleymanova) Məsmə Hafis qızı ilə birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X1 onun himayəsində olmasına dair qətnаmə qəbul edilməsini xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Məmmədova (Süleymanova) Məsmə Hafis qızı ilə 2008-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişlər. Birgə nikah dövründə xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı 2 (iki) övladları anadan olmuşdur. Hal-hazırda onlar ayrı yaşayırlar və nikahları rəsmi olaraq pozulmuşdur. Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-1201/2018 nömrəli qətnaməsi ilə nikahları pozulduqdan sonra da xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X4 anasının himayəsinə verilmişdir. Rəsmi olaraq övladları analarının himayəsinə verilsə də, lakin 2018-ci il tarixdən azyaşlı övladları onun himayəsində, onunla birlikdə yaşayırlar. xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X4 analarının yanına getməmək və onunla birlikdə yaşamaq istəmirlər. X5rluq hadisəsi etmiş və barəsində cərimə cəzaları belə olmuşdur. Hazırda övladları onun yanında rahat şəkildə yaşayır və Bərdə rayon Lənbəran kənd məktəbində oxuyurlar. Bunun üçün də xx.xx.2010cu il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X1 onun yanında qaldığı üçün rəsmi olaraq onun himayəsinə verilməsini istəyir. İddiaçı məhkəməyə teleqram göndərərək işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Məmmədova (Süleymanova) Məsmə Hafis qızına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bərdə rayon məhkəməsinin iclasında Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi, pedaqoq X9 iştirakı ilə dindirilən xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X4 uzun müddətdir və hazırda da ataları İddiaçı ilə birlikdə qaldıqlarını, analarının onlarla maraqlanmadıqlarını və ataları ilə qalıb yaşamaq istədiklərini məhkəməyə bildirmişlər. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. Elektron portaldan çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından və CO1281431 saylı Azərbaycan Respublikası Pasportunun surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuşdur və Bərdə rayonu, Lənbəran Ə/D, Lənbəran kəndində qeydiyyatdadır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ 375089 saylı çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Süleymanov, arvada isə Süleymanova soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 60 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ 850375 saylı arayışdan görünür ki, X14 xx.xx.2010-cu il tarixdə Bərdə rayonu, Lənbəran kəndində anadan olmuşdur. Atası İddiaçı, anası isə X10r. Bu barədə Lənbəran İN-in doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 50 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİİ 029931 saylı arayışdan görünür ki, X4 xx.xx.2014-cü il tarixdə Bərdə rayonu, Lənbəran kəndində anadan olmuşdur. Atası İddiaçı, anası isə X10r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 97 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı yaşadığı evə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ev onun nənəsi Süleymanova Başxanım Hüseyn qızına məxsus fərdi yaşayış evidir, birmərtəbəlidir, üçotaqlıdır, orta təmirlidir, kommunal şəraiti vardır. Həmin evdə İddiaçı, övladları Elmir Süleymanov, Xədicə Süleymanova və nənəsi Başxanım Süleymanova yaşayırlar. Cavabdeh isə çağırışa gəlməyərək yaşayış yerini bildirməmişdir, buna görə də onun yaşayış yeri barədə akt tərtib edilməmişdir. X2 xx.xx.2010-cu il təvəllüdlü, X1 isə xx.xx.2014-cü il təvəllüdlü olduğunu nəzərə alaraq onun valideynlərindən kimin himayəsində qalıb yaşamaq istədiyini öyrənmək məqsədi ilə söhbətlər aparılmış, söhbət zamanı onlar hazırda ataları İddiaçı himayəsində yaşadıqlarını və ataları ilə qalıb yaşamaq istədiklərini bildirmişlər. Belə olduğu halda uşaqların ataları İddiaçı himayəsində qalıb yaşamaları onların mənafeyinə uyğun və məqsədəmüvafiq, qanunamüvafiq hesab edilmişdir. Bərdə rayon İHB aparatının Hüquq Şöbəsinin müdiri əvəzi Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü N.Q.Səfərovun iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı yaşayış yeri üzrə həyat şəraiti yoxlanılmış və baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ev onun nənəsi Süleymanova Başxanım Hüseyn qızına məxsus xüsusi fərdi yaşşayış evidir, ev kürsülü, birmərtəbəli, kubik daşla hörülüb tikilmiş, dam örtüyü şiferdəndir, üçotaqlıdır, orta təmirlidir, kommunal şəraiti vardır. Həmin evdə İddiaçı, övladları Elmir Süleymanov, Xədicə Süleylmanova və nənəsi Başxanım Süleymanova yaşayırlar. Bərdə rayon İHB-nın Lənbəran kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 130 nömrəli arayışdan görünür ki, X4 2018-ci ildən Bərdə rayonu, Lənbəran kəndində atasının və nənəsinin himayəsində yaşayır. Bərdə rayon İHB-nın Lənbəran kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 131 nömrəli arayışdan görünür ki, X14 2018-ci ildən Bərdə rayonu, Lənbəran kəndində atasının və nənəsinin himayəsində yaşayır. Bərdə rayon Təhsil Şöbəsi T.İsmayılov adına Lənbəran kənd Tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 660 nömrəli arayışdan görünür ki, X4, həqiqətən, Bərdə rayon T.İsmayılov adına Lənbəran kənd tam orta məktəbin 3A sinifində təhsil alır. Bərdə rayon Təhsil Şöbəsi T.İsmayılov adına Lənbəran kənd Tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 659 nömrəli arayışdan görünür ki, X14, həqiqətən, Bərdə rayon T.İsmayılov adına Lənbəran kənd tam orta məktəbin 7B sinifində təhsil alır. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, X11 məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-1201/2018 nömrəli icra vərəqəsinin surətindən görünür ki, iddia qismən təmin edilməli, iddiaçı X6 ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Bərdə rayon Lənbəran kənd İN-də 14 nömrə ilə qeydə alınmış nikah pozulmalı, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X4 anaları Məmmədova (Süleymanova) Məsmə Hafis qızının himayəsində saxlanılmalı, xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Məmmədova (Süleymanova) Məsmə Hafis qızının xeyrinə verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Lənbəran kənd sakinləri Elxan Süleymanov, Gəray Məmmədalıyev, Rövşanə Adıgözəlova və Gülnar Süleymanova bu aktı tərtib etmişlər ondan ötrü ki, uşaqlar 2018-ci ildən atasının və nənəsinin himayəsində yaşayır. AR Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Binəqədi rayonu, Çiçək qəsəbəsində fərdi evdə yaşayan X15, qızı Cavabdeh itkin düşməsi ilə bağlı 2017-ci ilin iyul ayının 07 də Binəqədi RPİ-nin 40-cı PBnə müraciət etmişdir. Yenidən evdən 18200 AZM götürüb itkin düşməsi ilə bağlı qardaşı X17 xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Hal-hazırda Binəqədi rayon 40-cı PB-də bununla bağlı axtarış işi açılaraq tədbirlər davam etdirilir. İş materiallarında olan X12 Binəqədi RPİ-nin 40-cı PB-nə ünvanladığı ərizəsinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə onunla eyni ünvanda (Binəqədi rayonu, Çiçək qəsəbəsi, Həyət evində) yaşayan bacısı Cavabdeh Hafiz qızının saat təxminən 00:30 radələrində yataq otağında çarpayının üstündən selofan klokun içində olan 18200 manat pulu oğurlayaraq evdən qaçmışdır. Xahiş edir ki, bu barədə tədbir görülsün. İş materiallarında olan “törədilmiş cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində qeyd olunanlaraq əsasən X13 ərizəsi ilə əlaqədar toplanmış material istintaq aidiyyəti üzrə Binəqədi RPİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarında olan X3 Binəqədi RPİ-nin 40-cı PB-nə ünvanladığı ərizəsinin surətindən görünür ki, xx.xx.2017-ci ildə 1993-cü il təvəllüdlü qızı Cavabdeh Hafiz qızının itkin düşməsi ilə əlaqədar ərizə ilə 40-cı Polis Bölməsinə müraciət etmişdir. Hazırda qızı sağ-salamat tapılaraq ona təhvil verilmişdir. Ona görə heç kimdən şikayəti yoxdur. Odur ki, materialın icrasının dayandırılmasını xahiş edir. İş materiallarında olan Cavabdeh Binəqədi RPİ-nin 40-cı PB-nin rəisinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, anası X3 onun itkin düşməsi barədə Binəqədi RPİ-nin 40-cı PB-nə ünvanladığı ərizə ilə əlaqədar bildirir ki, onun 24 yaşı var, müstəqil şəxsdir, normal insandır, ona görə xx.xx.2017-ci il tarixdə öz xoşu və istəyi ilə evdən çıxmışdır. Buna görə heç kimdən şikayəti yoxdur, O, ailəsinə qayıtmaq istəmir, tək yaşamaq istəyir, xahiş edir ki, bir daha bu barədə onu narahat etməsinlər, anasının onun itkin düşməsi barədə materialın icrasının dayandırılmasını xahiş edir. İş materiallarında olan Bərdə RİHB-nın Lənbəran kənd İƏD üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 03 saylı arayışdan görünür ki, Cavabdeh Hafiz qızı 2009-cu ildən 2016-cı il tarixinə kimi Bərdə rayonu, Lənbəran kəndində yaşayıb. Halhazırda ərazidə yaşamır və harada yaşaması barədə icra nümayəndəliyində məlumat yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmmədova (Süleymanova) Məsmə Hafis qızı ilə birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X1 onun himayəsində olmasına dair qətnаmə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra Konvensiya) 7 saylı Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə görə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.3cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Avropa Məhkəməsi “Şahin Almaniyaya qarşı” iş üzrə 8 iyul 2003-cü il tarixli qərarında (66-cı bənd) qeyd etmişdir ki, 8-ci maddə tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” işi üzrə qərarına əsasən, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasının təmin edilməsinə dair pozitiv öhdəlik qoyur. “Elşolts Almaniyaya qarşı” işi üzrə isə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Eyni zamanda “Bronda İtaliyaya” qarşı işdə qeyd etmişdir ki, “Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır”. Ailə Məcəlləsinin 56.1 və 58-ci maddələri, “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsi və “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 7.6-cı bəndində məhkəmələrə tövsiyə etmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Bu Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Beləliklə, məhkəmə uşaqlarla bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, lakin uşаqların qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uzun müddətdir və hazırda da iddiаçı olan ataları İddiaçı üzərinə düşməsini, həmçinin uşaqların hazırda ataları olan iddiaçının yanında olmasını və onunla qalıb yaşamaq istədiklərini bildirməsini, həmçinin cavabdeh olan uşaqların anası Cavabdeh uzun illərdir ki, uşaqlarını atıb getməsini və onlarla maraqlanmadığını, uşaqların qayğısına qalmadığını və onlara ana nəvazişi göstərmədiyini, uşaqların təhsili və tərbiyəsi ilə məşğul olmadığını, hətta onlarla əlaqə belə saxlamadığını və öz valideynlik vəzifələrini icra etmədiyini, uzun illərdir ki, qeydiyyatda olduğu ünvanı tərk etdiyini və orada yaşamadığını, uşaqlara atası ilə bibisi və nənəsinin qayğısına qalmasını nəzərə аlаraq hesаb edir ki, xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X4 iddiaçı (ataları) İddiaçı himayəsində və yanında saxlanılmalıdır. Məhkəmə yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da qeyd edir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi oxşar presedent qərarlarında vurğulamışdır ki, ədalətli məhkəmə araşdırması o zaman tamamlanmış hesab edilir ki, məhkəmə qərarları tam icra edilmiş olsun. Belə olan halda, gələcəkdə məcburi qüvvəyə malik olacaq hazırki yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına icra olunmadan qalması ehtimalı, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququnu (ədalətli məhkəmə araşdırması hüququ) da xəyali hüquqa çevirə bilər. Odur ki, iş üzrə qətnamənin icra olunmadan qalma ehtimalını aradan qaldırmaq üçün məhkəmə hazırki nəticəyə gəlmişdir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən tələb edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2014cü il təvəllüdlü X4 iddiaçı (ataları) İddiaçı himayəsində və yanında saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-124/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-124/2024
07.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver