Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1255/2022 06.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi , İddiaçı Fətəliyeva Səfa Rza qızının cavabdeh Cavabdeh Ələddin oğluna qarşı “ aliment ” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Rza qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.09.2009-cu il təvəllüdlü X1 və 29.10.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 193 manat olmaqla, cəmi sabit pul məbləğində 386 manat miqdarında aliment tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, imkanı olmadığına görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə hesab edir ki, hazırkı mülki iş baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə iclasında iş materialları ilə müəyyən olundu ki, cavabdeh Cavabdeh Ağdaş rayonu Əmirarx kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-nin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. MPM-nin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. MPM-nin 44.2.2.-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. MPM-nin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. MPM-nin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. MPM-nin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə hesab edir ki, Cavabdeh Ağdaş rayonunda qeydiyyatda olduğuna görə İddiaçı Rza qızının Cavabdeh qarşı “aliment ” tələbinə dair 2(021)-1255/22 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 44,45 263,264-cü maddələrini əldə rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Rza qızının Cavabdeh qarşı “aliment ” tələbinə dair 2(021)-1255/22 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1255/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1255/2022
06.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver