Məhkəmə qərarları › İş №2(021)-1295/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1295/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1295/2021 27.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı Əkbər oğlunun, Cavabdeh X3 iştirakları ilə, İddiaçı İddiaçı Əkbər oğlunun cavabdehlər X5 və X4 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X8 və X2, 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilmədinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Cəfərov Səməd Əkbər oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Qarausifli kəndində yaşayır, sadəcə təsərrüfatla məşğul olur. 2003-cü ildə həmkəndlisi cavabdehlər İsmayılov Müzəffər Bulud oğlu və X14 oğlu öz payına düşən 0.82 ha pay torpaq sahəsini satmaq istədiyini bildirmişlər. Qiymətdə razılaşaraq, 0.82 ha torpaq sahəsi üçün onlara 1 milyon 600 min köhnə manatla ödəmişdir. Həmin vaxtı bir neçə nəfər həmkədlilərinin iştirakı ilə akt yazılıb və imzalanmışdır. Həmin akt kənd icra nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Artıq 18 ildir ki, torpaq onun istifadəsindədir. Lakin o, torpaq sahəsini öz adına sənədləşdirə bilmir, səbəb odur ki, cavabdehlər müxtəlif bəhanələrlə notariusa getməkdən boyun qaçırırlar. Bu səbəbdən də məhkəməyə müraciət edərək, 2003-cü ilin fevral ayında cavabdehlə onun arasında olan razılaşma əsasında onlardan aldığı 0,82 ha torpaq sahəsi üzərində aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X8 iddianı qəbul edərək, izahatında göstərdi ki, anası vəfat edəndən sonra anasına məxsus olan əmlakları faktiki qəbul edərək vərəsə olmuşdur. 2003-cü ildə o və X9 özlərinə düşən 0,82 ha pay torpaq sahəsini İddiaçı satmışlar. Bu barədə bir neçə nəfər tərəfindən akt tərtib edilmiş, həmin akt icra nümayəndəsi tərəfindən təqdim edilmişdir. Cavabdeh X6 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1962-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon Qarayusifli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayonu Alpoud kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 300 saylı arayışdan görünür ki, İddiaçı oğlu Qarayusifli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyətinin Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 241 saylı 15 aprel 2021-ci il tarixli arayışdan görünür ki, X10 vəfatından qabaq Bərdə rayonu Qarayusifli kəndində yaşamış, ölümüdən sonra oğlu X8 vərəsələrindən biridir. İş materiallarına əlavə olunmuş vəkalətnamədən görünür ki, X9 14 yanvar 2003-cü il tarixdə öz payına düşən 0,82 ha torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın əsasını “torpağa alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” dair tələbdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh X3 etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün əsas mövcud deyil, etiraf təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə müvafiq olaraq, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmədə müəyyən edildi ki, 14 yanvar 2003-cü il tarixdə Bərdə rayonu Qarayusifli kəndində yerləşən 0,82 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış, ötən 18 il əzində cavabdehlər tərəfindən hər hansısa bir etiraz verilməmiş, əksinə caabdeh tərəfindən alqı-satqı müqaviləsinin bağlaması faktı etiraf edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı İddiaçı Əkbər oğlunun cavabdehlər X5 və X7 arasında 14 yanvar 2003-cü il tarixdə Bərdə rayonu Qarayusifli kəndində yerləşən 0,82 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanılmış hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində rüsum da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Əkbər oğlunun iddiası təmin edilsin. İddiaçı Əkbər oğlu ilə cavabdehlər X8 və X7 arasında 14 yanvar 2003-cü il tarixdə Bərdə rayonu Qarayusifli kəndində yerləşən 0,82 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar