Məhkəmə qərarları › İş №2(021)-1336/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1336/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1336/2021 06.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Osmanlı Aidə Osman qızının iştirakı ilə, İddiaçı Əbülfət qızının cavabdehlər Cavabdeh1 Kamil oğluna, X15 Cəmiyytətinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Əbülfət qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər ipoteka verən Cavabdeh1 Kamil oğlu və ipoteka saxlayan Accessbank QSC arasında 09 avqust 2014-cü il tarixli 25 L000001417 saylı kredit müqaviləsinin təminatı olaraq Bərdə rayon Ü.Hacıbəyov küçəsi 1, ev 2 fərdi yaşayış evinin girov etmək, ipoteka qoyulması barədə cavabdehlər arasında bağlanmış 09 avqust 2014-cü il tarixli ipoteka müqaviləsi bağlandığı gündən etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı Cavabdeh2 QSC Hacıyec Fuad Kamil oğluna və cavabdeh onlara qarşı ümumilikdə 196000,15 ABŞ dolları əsas kredit borcu, 6991 faiz borcu, 10612,60 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 37203,89 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunu, ipoteka predmetinə tutma yönəldilməsi üçün bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması barədə Bərdə Rayon Məhkəməsin iddia qaldırmışdır. 16 oktyabr 2018-ci il tarixdə 2(021) 717/2018 hakim S.Seyfullayevin sədrliyi ilə baxılmışıdır. Cavabdeh olan Cavabdeh1 Kamil oğluna 19600.15 ABŞ dolları əsas, 6991 faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 26691.15 ABŞ dolları borcunun Azərbaycan manatı məzənnəsi, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi, barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı alınaraq Accessbank QSC-nə ödənilməsi, Bərdə rayon Ü.Hacıbəyov küçəsi 1, mənzil 2-də yerləşən X3 mülkiyyətində olan 1 nömrəli evin 2 nömrəli mənzilində yerləşən 2 mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 35.4 kv.m, yardımçı sahəsi 17.5 kv.m, ümumi sahəsi 52.9 kv.m olan mənzilə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılmaqla kredit borcunun bu əmlakın dəyərindən tutulması barədə məhkəmə qətnamə çıxarmışdır. Həmin qətnamədən cavabdeh Gəncə Apelyasiya Məhkəməsinə şikayət vermiş, hakim Fikrət Mehdiyevin sədrliyi ilə 04 sentyabr 2019-cu il 2(104)-2432/2019 saylı qətnaməsinə baxılmışdır. Sonradan həmin Apelyasiya Məhkəməsində cavabdeh Ali Məhkəməyə şikayət vermişdir. Mülki kollegiyanın hakimi Abbasov Aqil Ələsgər oğlunun sədrliyi ilə işə baxılmışdır. 08 iyun 2020-ci il tarixdə 2(021)-2098/2020 saylı qətnaməsində Gəncə Apelyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Onun heç bir savadı olmadığı üçün cavabdehlə Accessbankın işçiləri onu aldatmış, onun heç yerdə qolu olmadı halda onu zamin göstərmişlər. Bu günkü gündə onun övladları ilə yaşayacaq bir yeri yoxdur. Hesab edir ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi məqsədə uyğundur. Cavabdehin mülkiyyətindən yox özündən pulun alınmasının daha düzgün olduğunu hesab edir. Onu da qeyd edir ki, 2014-cü ildə verilmiş ipoteka müqaviləsinə əsasən Hüseynova Leyla Qədir qızına məxsus olan xüsusi mülkiyyətindən Bərdə rayonu Ü.Hacıbəyov küçəsi 1, mənzil 2-də yerləşən fərdi yaşayış evinə girov edilərək ipoteka qoyulmuşdur. Məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi qeyd olunan müqavilələrdə onun razılığı olmamışdır və imza çəkməmişdir. O, yalnız Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən 23 iyul 2020-ci il tarixli 2(102)-2098/2020 saylı qətnaməsini aldıqdan sonra bilmişdir ki, onun yaşadığı mülkiyyətin cavabdeh ipoteka qoyaraq kredit götürmüşdür. Onun indiyə qədər bu barədə məlumatı olmamışdır. Belə ki, Cavabdeh1 Kamil oğlu onun həyat yoldaşıdır. 2014-cü il tarixdə ipoteka müqaviləsi ilə yüklü Bərdə rayon Ü.hacıbəyov küçəsi ev 1, mənzil 2 fərdi yaşayış evi onların yaşadığı mülkiyyətləridir. O, götürülmüş kreditdən heç vaxt xəbərdar olmamışdır, həmin ipoteka müqaviləsinin bağlanılmasından və onun bağlanma şərtlərindən onun və digər ailə üzvülərinin məlumatı olmamışdır. İpoteka müqaviləsi bağlandığı andan etibrasızdır. Odur ki, məhkəmə qaydasında etibarsız hesab edilməklə, onun nəticələri ləğv edilməlidir. İpoteka qoyulmuş evləri onun, övladlarının, həyat yoldaşının və o evdə yaşayanların mülkiyyətidir. Həmin mülkiyyərdə övladlarının və onun payı var. O, cümlədən həyat yoldaşı Cavabdeh1 və başqa cavabdehlərin mülkiyyətləri üzərində təkbaşına sərəncam vermək o, cümlədən də ipoteka qoymaq hüququ yoxdur. Sadalananlardan göründüyü kimi, cavabdehlər tərəfindən Bərdə rayonu Ü.Hacıbəyov küçəsi ev 1, mənzil 2-də yerləşən yaşayış evləri girov edilərək ipoteka qoyulması barədə cavabdehlər arasında bağlanmış 09 avqust 2014-cü il tarixli ipoteka müqaviləsi qanun pozuntusu ilə, onun mqlkiyyət hüququnun pozulması ilə bağlanmışdır. İpoteka müqaviləsi bağlanarkən onun hüquqları təmin edilməmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, məhkəməyə gələ bilmədiyindən işə itirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 QSC-nin nümayəndəsi X18 izahatında iddianı qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 Kamil oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə digər cavabdehlərin və nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş üzrə cavabdeh Cavabdeh2 QSC-nin nümayəndəsinin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Müşlki işə əlavə olunmuş, AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1993-cü ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Mənzil Təmir İstismar sahəsi tərəfindən verilmiş 098 nömrəli, 09 mart 2021-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. Mülki işə əlavə olunmuş AZ-İ 635483 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə X10 arasında nikah 22 dekabr 2010-cu ildə 698 nömrə ilə qeydə alınmışdır, nikahdan sonra arvada Hacıyeva soyadı verilmişdir. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(021)-717/2018 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh1, X4, X5 müştərək qaydada 196000,15 ABŞ dolları əsas kredit borcu, 6991 faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 26691.15 ABŞ dolları borcun Azərbaycan manatına olan məzənnəsi, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı alınaraq iddiaşı Cavabdeh2 QSC-nə ödənilməsi, tutmanın Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi 1, mənzil 2-də yerləşən 2 mərtbəli, 2 otaqlı, yaşayış sahəsi 35.4 kv.m, yardımçı sahəsi 17.5 kv.m, ümumi sahəsi 52.9 kv.m mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracda satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulması, ipoteka predmeti olan evin ilkin satış qiyməti 16472.40 manat müəyyən edilməsi, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi 1, mənzil 2-də yerləşən X6 mülkiyyətində olan 1 nömrəli evin, 2 nömrəli mənzilində yerləşən 2 mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 35.4 kv.m, yardımçı sahəsi 17.5 kvm, ümumi sahəsi 52.9 kv.m olan mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində evdə yaşayanlar Cavabdeh1 Kamil oğlunun, X7, Hacıyev Fərhad Kamil oğlunun, İddiaçı istifadə hüquqlarına xitam verilməklə, həmin evdən çıxarılması, fərdi yaşayış evinin boşaldılması, həyətyanı torpaq shəsi ilə birlikdə Cavabdeh2 QSC-nə təhvil verilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 Kamil oğlundan, Hüseynova Leyla Qədir qızından, X21 oğlundan müşətərək qaydada tutulması qət edilmişdir. Mülki işə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2432/2019 nömrəli, 04 sentyabr 2019-cu il tarixli qətnaməsinin surətindıən müəyyən olunur ki, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(021)-717/2018 saylı qətnaməsi ipoteka predmeti olan evin ilkin satış qiymətinin 16472.40 manat olması hissəsində dəyişdirilməsi və həmin məbləğ 27.000 manat müəyyən edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin2(102)-2098/2020 nömrəli, 08 iyun 2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, cavabdeh Cavabdeh1 Kamil oğlunun kasassiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il gtarixli 2(104)-2432/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə olunmuş Cavabdeh2 QSC-nin nümayəndəsi X13 hazırkı iddiaya qarşı verdiyi iddia ərizəsinə etirazda İddiaçı Əbülfət qızının cavabdehlər Hacıyev Fuad Kamil oğluna və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsi nin etibrasız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə əsassız olduğu üçün etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 43.1, 43.1.1, 43.1.2 və 43.1.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir; 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər; 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir; 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır; 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər; 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı iddia tələbini sübuta yetirmək üçün əsaslı dəlillər məhkəməyə təqdim etmədiyindən iddia tələbi təmin edilməməlidir. Çünki məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(021)-717/2018 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh1, X4, X5 müştərək qaydada 196000,15 ABŞ dolları əsas kredit borcu, 6991 faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 26691.15 ABŞ dolları borcun Azərbaycan manatına olan məzənnəsi, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı alınaraq iddiaşı Cavabdeh2 QSC-nə ödənilməsi, tutmanın Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi 1, mənzil 2-də yerləşən 2 mərtbəli, 2 otaqlı, yaşayış sahəsi 35.4 kv.m, yardımçı sahəsi 17.5 kv.m, ümumi sahəsi 52.9 kv.m mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracda satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulması, ipoteka predmeti olan evin ilkin satış qiyməti 16472.40 manat müəyyən edilməsi, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi 1, mənzil 2-də yerləşən X6 mülkiyyətində olan 1 nömrəli evin, 2 nömrəli mənzilində yerləşən 2 mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 35.4 kv.m, yardımçı sahəsi 17.5 kvm, ümumi sahəsi 52.9 kv.m olan mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində evdə yaşayanlar Cavabdeh1 Kamil oğlunun, X7, Hacıyev Fərhad Kamil oğlunun, İddiaçı istifadə hüquqlarına xitam verilməklə, həmin evdən çıxarılması, fərdi yaşayış evinin boşaldılması, həyətyanı torpaq shəsi ilə birlikdə Cavabdeh2 QSC-nə təhvil verilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 Kamil oğlundan, Hüseynova Leyla Qədir qızından, X21 oğlundan müşətərək qaydada tutulması qət edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, mübahisəli mənzillə bağlı artıq qüvvədə olan məhkəmə aktları var ki, onların preyudisiallığı mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq vurğulayır ki, “onun heç bir savadı olmadığı üçün cavabdehlə Accessbankın işçiləri onu aldatmış, onun heç yerdə qolu olmadı halda onu zamin göstərmişlər. Bu günkü gündə onun övladları ilə yaşayacaq bir yeri yoxdur. Hesab edir ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi məqsədə uyğundur” kimi iddia ərizəsində göstərdiyi dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” 03 noyabr 2015-ci il tarixli Qərarında qeyd edilən hüquqi mövqe ondan ibarətdir ki, “......“İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Göründüyü kimi, ipoteka müqaviləsində iki tərəf iştirak edir: ipoteka qoyan və ipoteka saxlayan. Əşyanı ipoteka qoyan yalnız onun mülkiyyətçisi ola bilər və o adətən əsas öhdəlik üzrə borclu şəxs qismində çıxış edir. İkinci tərəf – ipoteka saxlayan ipoteka hüququ olan şəxsdir və ona kreditor da deyilir. İpoteka saxlayan dedikdə, borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs başa düşülür. Bütün hallarda kreditor və ipoteka saxlayan eyni şəxs olur, yəni ipoteka saxlayan rolunda yalnız kreditor çıxış edə bilər.... ... Eyni zamanda qeyd edilməlidir ki, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (Mülki Məcəllənin 158.2 və 158.4-cü maddələri). Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004cü il tarixli Qərarında bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqısatqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülki Məcəllədə girov (ipoteka) müqavilələrinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınması zəruri şərt kimi göstərilməmişdir. Belə razılığın alınması mülkiyyətçinin sərəncam hüququnun həyata keçirilməsini digər (mülkiyyətçi olmayan) şəxslərin iradəsındən asılı edə bilər. Bu isə öz növbəsində mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnə bilər. Buna görə mülkiyyətçi olmayan şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Əks yanaşma mülkiyyətçinin Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər. ...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əbülfət qızının cavabdehlər Cavabdeh1 Kamil oğluna, X15 Cəmiyytətinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar