Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-137/2025 17.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas kаtibliyi, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “uşaqların onun himayəsində saxlanılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə mmüraciət edərək birgə nikahdan olan 21 yanvar 2010-cu il təvəllüdlü X1 və 28 iyul 2013-cü il təvəllüdlü X3 onun yanında olmaları faktının təsdiq edilərək onun himayəsində saxlanmalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 04 dekabr 2007-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 21 yanvar 2010-cu il təvəllüdlü X4, 28 iyul 2013-cü il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə ayrı yaşayırlar. Cavabdehlə ailəni bərpa etmək fikrində deyil. Hal-hazırda onların bir yerdə yaşamaqları mümkün deyildir. Övladlarının hər ikisi onun yanındadır. Cavabdehlə 01 noyabr 2022-ci ildə Bərdə rayon Məhkəməsinin 2(021) 1619/2022 saylı qətnaməsi ilə rəsmi boşanaraq uşaqların ondan alınaraq cavabdehə verilməsi və himayəsində saxlanılması barədə qətnamə qəbul edilmişdir. Lakin övladları onun yanında qalmış analarının yanına getməmişlər. Hesab edir ki, hər iki övladı onun himayəsinə verilməklə onun himayəsində olmaları faktı təsdiq edilməlidir. Bu barədə mediasiyaya müraciət etmiş cavabdeh razılaşmamış buna görə də 01 mart 2024-cü il tarixdə 00075 saylı arayış verilmişdir. Buna görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, uşaqları psixoloji təsir altında olduqlarında onun yanına gəlmirlər. Uşaqlarla görüşmək üçün məktəbə getmiş lakin məktəb direktoru icazə verməmişdir. Həmçinin, əvvəlki qanuni qüvvəyə minmiş qətnamə hələ də icra edilməmişdir. Məhkəmə cavabdehi dinləyib iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(021)- 1619/2022 nömrəli qətnaməsindən görünür ki, tərəflər arasında 04 dekabr 2007-ci ildə Bərdə raytonu Məmmədli kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyində 08 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəəflərin birgə nikahlarından doğulmuş 28 yul 2013-cü il təvəllüdlü X3 və 21 yanvar 2010-cu il təvəllüdlüe X1 İddiaçı alınaraq anaları Cavabdeh qızaına verilməsi və Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. İşə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(104) 529/2023 nömrəli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(021)- 1619/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bərdə rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(021)-1619/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(102) 3776/2023 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(104) 529/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanması, ilki İddiaçı kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında olan uşaqların himayədə saxlanması, yəni hazırki mübahisə üzrə artıq qəbul olunmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan və iddiaçının hazırki tələbinə o zaman məhkəmə tərəfindən baxılıb hüquqi qiymət verildiyindən, həmin qətnamə üzrə hazırda icra sənədi icra edilmədiyindən və icra sənədinin icrasına xitam verilmədiyindən və ya icra sənədi icrası mümkün olmayan sənəd kimi məhkəməyə qaytarılmadığından və iş üzrə yeni hallar yaranmadığından hazırkı iddia tələbinə baxıla bilməz və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 149-152 və 170-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “uşaqların onun himayəsində saxlanılması” tələbinə dаir mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-137/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-137/2025
17.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver