Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1389/2021 19.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiаçı İddiaçı nümayəndəsi Vəkil Cavabdeh qаrşı “uşağın xarici ölkəyə sərbəst getməsinə icazə verilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı nümayəndəsi Vəkil Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək Azərbaycan Respublikası vətəndaşı xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh razılığı olmadan 28.05.2007-ci il təvəllüdlü X8 və 17.12.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər iddiaçı xx.xx.1985-ci il təvəllüdlü İddiaçı ilə birlikdə ölkə hüdudlarından kənara getmələrinə sonra verilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh 04.11.2006-cı il tarixdə rəsmi nikah bağlamışlar. Həmin nikahdan 28.05.2007-ci il təvəllüdlü X9 və 17.12.2012-ci il təvəllüdlü X10 doğulmuşdur. Yasamal rayon Məhkəməsinin 2(004)4697/2017 saylı, 11.09.2017-ci il tarixli qətnaməsi ilə(sədrlik edən hakim Azər Tağıyev) X7 ilə Cavabdeh arasında bağlanmış 04.11.2006-cı il tarixli nikahın pozulması və uşaqlarıjn analarının yanında qalması qət edilmişdir.Hal-hazırda iddiaçı uşaqları ilə birlikdə ölkə hüdudlarından kənara çıxmaq xarici ölkələrə səfər etmək istəyir. İddiaçının uşaqları xaricə aparmaqda məqsədi onlarla səmərəli vaxt keçirmək və onların dünya görüşünü artırmaqdır. Cavabdeh isə müxtəlif bəhanələr gətirərək uşaqların ölkə hüdudlarından kənara çıxmalarına razılıq verməmişdir Odur ki, müalicə olunması üçün uşaqların xarici ölkələrə sərbəst gedibgəlməsinə icazə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq o məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri, iş üzrə müəyyən оlunmuş hаllаrı tətbiq оlunmаlı hüquq nоrmаlаrı bаxımındаn qiymətləndirərək, hаbelə işdə tоplаnmış sənədləri araşdıraraq hesаb edir ki, iddiа qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu xx.xx.1985-ci tarixdə doğulmuş, Azərbaycan Respublikası DİN-BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1985-ci ildə Bərdə şəhərindən doğulmuş, Bərdə şəhəri A.Əhmədov küçəsi ev 1-də qeydiyyatdadır. AA0804854 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 28.05.2007-ci ildə doğulmuşdur. AA0804855 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 17.12.2012-ci ildə doğulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli,2(004)4697/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Hətəmova (Salayeva) Laçın Elşad qızı arasında 04.11.2006-cı il tarixdə 932 nömrəli akt qeydi ilə Bakı şəhəri Yasamal rayon VVADQ Şöbəsində qeydə alınmış nikah pozulmuş, tərəflərin ümumi uşağı 28.05.2007-ci il təvəllüdlü X8 və 17.12.2012-ci il təvəllüdlü X10 anası X2 yanında alması, 28.05.2007-ci il təvəllüdlü X8 və 17.12.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay bir uşağa 136.60 manat olmaqla cəmi 273.20 manat məbləğində aliment tutulub iddiaçı X4 verilməsi, alimentin 20 aprel 2017-ci il tarixdən tutulması qət edimişdir. Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ279466 nömrəli, 17 noyabr 2017ci il tarixli Nikahın pozulmasi haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh və X6 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 17 noyabr 2017-ci il tarixdə 569 nömrəli qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Hətəmov,qadına Salayeva soyadı verilmişdir. 30 iyul 2007-ci il tarixli, 107 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh nikahı 11.09.2017-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnaməyə əsasən birgə nikahdan doğulmuş 28.05.2007-ci il təvəllüdlü X8 və 17.12.2012-ci il təvəllüdlü X10 iddiaçının himayəsində qalmışdır. Hal-hazırda iddiaçı uşaqları ilə birlikdə xarici ölkəyə getmək istəyir. Odur ki, uşaqların xarici ölkələrə sərbəst gedib-gəlməsinə icazə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; 28-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; 28-ci maddəsinin 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli BMT Konvensiyasının 3-cü və 4-cü maddələrinə əsəsən, uşaq barəsində bütün tədbirlərdə onun maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 10-cu maddəsinin 1-ci hissəsinə görə, iştirakçı dövlətlərin 9-cu maddənin 1-ci bəndi üzrə öhdəliyinə uygun olaraq uşağın və ya onun valideynlərinin ailənin birləşməsi məqsədilə iştirakçı dövlətə gəlmək və ya oradan getmək barədə ərizələrinə iştirakçı dövlətlər tərəfindən müsbət, humanist və operativ baxılmalıdır. İştirakçı dövlətlər daha sonra təmin edirlər ki, bu cür xahişin verilməsi ərizəçilər və onların ailə üzvləri üçün xosagəlməz nəticələrə gətirib çıxarmasın. Konvensiyanın 10-cu maddəsinin 2-ci hissəsinə görə, valideynləri müxtəlif dövlətlərdə yaşayan uşağın, xüsusi hallar istisna olmaqla, hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququ vardır. Bu məqsədlə və iştirakçı dövlətlərin 9-cu maddənin 2-ci bəndi üzrə öhdəliyinə uyğun olaraq iştirakçı dövlətlər uşagın və onun valideynlərinin istənilən ölkəni, o cümlədən öz ölkəsini tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna hörmət bəsləyirlər. İstənilən ölkəni tərk etmək hüququ barəsində yalnız elə məhdudiyyətlər qüvvədədir ki, onlar qanunla müəyyən edilmişdir və dövlət təhlükəsizliyinin, ictimai qaydanın, əhalinin sağlamlığının və ya mənəviyyatının və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün zəruridir və bu Konvensiyada tanınan başqa hüquqlarla bir araya sığır.” “İnsan Hüquqları haqqında” Avropa Konvensiyasının 4 saylı protokolunun 2-ci maddəsinə görə hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşağın mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşağın həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. 8-ci maddəsinə əsasən, isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərinin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsiə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Həmçinin Azərbaycan Respublikasınən Miqrasiya Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir; 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz; 11.1-ci maddəsinə əsasən, bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər; 11.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Eyni zamanda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. 60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X3 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. “Pençevlər Bolqarıstana qarşı” iş üzrə 10 fevral 2015-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, uşağın və valideynin birgə vaxt keçirməkdən müsbət təəssüratlar alması ailə həyatının əsas elementini təskil edir və Konvensiyanın 8-ci maddəsi ilə qorunur. Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən, birgə vaxt keçirməkdən müsbət təəssüratlar almağa daxili tədbirlərlə mane olmaq ailə həyatına hörmət hüququna müdaxiləni təşkil etmişdir (həmin qərarın 53-cü bəndi). Məhkəmə, qiymətləndirmə apararaq qeyd etmişdir ki, uşağın və valideynlərin hər ikisinin maraqları arasında ədalətli tarazlıq gözlənilməlidir. Məhkəmə, uşaqla görüş, yaşayış yeri və səyahət etmək ilə əlaqəli mübahisələri tənzimləyən dövlət hakimiyyət orqanlarını əvəz etməməlidir; o, Konvensiyaya əsasən həmin orqanların öz səlahiyyətlərini yerinə yetirərkən qəbul etdiyi qərarları nəzərdən keçirməlidir. Məhkəmə bu qərarları qiymətləndirərkən, faktiki, emosional, psixoloji, maddi və tibbi xarakterində bütün faktorlar ilə ailənin vəziyyətinin və digər faktorların hərtərəfli arasdırması ilə əlaqədar uşağın maraqlarının üstün tutulması halını nəzərə alaraq həmin faktorların hər bir şəxsin maraqlarına münasibətdə əsaslı qiymətləndirilmə və tarazlama aparmalıdır (həmin qərarın 55-ci bəndi). Hazırkı iş üzrə məhkəmə qeyd edir ki Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11.09.2017-ci il tarixli, 2(004)-4697/2017 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Hal-hazırda yetkinlik yaşına çatmayan 28.05.2007-ci il təvəllüdlü X8 və 17.12.2012-ci il təvəllüdlü X10 anası İddiaçı himayəsində yaşayır. Uşalar hazırda da iddiaçının himayəsindədir, yəni uşaqların təlim-tərbiyəsi və sağlamlığı ilə o, məşğul olur, onların qayğısına qalır. İddiaçı həmin uşaqları zərurət yarandıqda (istirahət, xəstəlik və s. səbəblərdən) xarici ölkələrdən birinə aparmaq istəyir, lakin cavabdeh olan digər valideyn buna razılıq vermir. Uşaqlardan ayrı yaşayan cavabdeh notarius tərəfindən təsdiq edilmiş razılıq vermədiyindən, iddiaçı tərəfindən uşaqların ölkənin nəzarət məntəqələrindən keçirilərək sərbəst surətdə ölkədən aparılması mümkün deyil. Cavabdeh tərəfindən həmin razılığın verilməməsi isə istər iddiaçının, istərsə də uşağın Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş sərbəst hərəkət etmək hüquqlarını pozur, o cümlədən yuxarıda istinad edilən milli qanunvericilik normalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna ziddir, cavabdehin tələb olunan razılığı verməməsi, hazırkı şəraitdə yetkinlik yaşına çatmayan uşağın iddiaçı ilə birlikdə daimi əsaslar olmadan, müvəqqəti olaraq Azərbaycan Respublikasından getmək hüququnun, onlardan ayrı yaşayan digər valideynin razılığından asılı edilməsi son nəticədə uşaqların maraqlarına və qanuni mənafelərinə ziddir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən uşağın digər valideyni ilə birlikdə daimi əsaslar olmadan, müvəqqəti olaraq Azərbaycan Respublikasından getməsinə maneə yaradılması yolverilməzdir və valideynlik hüququndan sui istifadə kimi qiymətləndirilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəmədən yalnız uşaqların xarici ölkələrə sərbəst getməsinə icazə verilməsini xahiş etmiş, uşaqlarla xarici ölkədə qalmaq müddəti ilə bağlı heç bir tələb irəli sürməmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin razılığı olmadan uşaqların daimi əsaslar olmadan, müvəqqəti olaraq Azərbaycan Respublikası ərazisindən kənara sərbəst surətdə getməsinə icazə verilməsi cavabdehin uşaqları ilə ünsiyyətdə olmaq və uşaqların təhsil almaq hüququnun pozulması və məhdudlaşdırılması ilə nəticələnməməlidir. Odur ki, bu cür halların baş verməsinin qarşısını əvvəlcədən almaq üçün digər valideynin razılığı olmadan uşaqların xarici ölkədə olduğu vaxta məhdudiyyət qoyulmalı, bu vəziyyətdə uşaqların xarici ölkədə qala biləcəyi təqvim günlərinin konkret sayı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: (bundan sonra MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, tərəflərin birgə nikahından olan uşağının yetkinlik yaşına çatana qədər, cavabdehin razılığı olmadan, iddiaçı ilə birlikdə, hər təqvim ili ərzində 2 dəfə, hər dəfə 30 təqvim günündən çox olmayan müddətə, daimi əsaslarla ölkəni tərk etməsi istisna olmaqla Azərbaycan Respublikası hüdudlarından müvəqqəti olaraq kənara getməsinə icazə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 28.05.2007-ci il təvəllüdlü X8 və 17.12.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər Cavabdeh razılığı olmadan İddiaçı ilə birlikdə, hər təqvim ili ərzində 2 (iki) dəfə, hər dəfə 30 (otuz) təqvim günündən çox olmayan müddətə, daimi əsaslarla ölkəni tərk etməsi istisna olmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazə verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №2(021)-1389/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1389/2021
19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver