Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1432/2025 13.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu, İddiaçı Cavabdeh qarşı “uşağın həqiqi atasının müəyyən edilməsi və alimentdən azad edilmə” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Bərdə rayon Məhkəməsinin 15 dekabr 2024-cü il tarixli qətnaməsi ilə pozulmuş nikahdan 20 oktyabr 2018-ci il tarixdə anadan olmuş X1 kimi qeyd edilmiş uşağın həqiqi atasının müəəyyən edilməsi və aliment tutulmasından azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərə əsasən Mediasiya Şurası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı tərəfindən yalnız uşağın həqiqi atasının müəyyən edilməsi barədə Cavabdeh mediasiya təklifi verilsə də arayışda alimentdən azad edilmə barədə təklif verilməmiş və bu tələblə bağlı tərəflər arasında mediasiya prosesi aparılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “uşağın həqiqi atasının müəyyən edilməsi və alimentdən azad edilmə” tələbinə dair tələbin alimentdən azad edilməsi hissəsində tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak barədə sənədi məhkəməyə təqdim etdikdən sonra hazırki məsələyə baxıla bilər. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə yenidən məhkəməyə müraciət edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı “uşağın həqiqi atasının müəyyən edilməsi və alimentdən azad edilmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş materiallar İddiaçı geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçının ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1432/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1432/2025
13.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver