Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1451/2025 23.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Prins Kredit İttifaqı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “X5 Xidmət Mərkəzi notariat ofisinə və üçünçü şəxs Prins Kredit İttifaqına qarşı “icra qeydinin ləğvinə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh X5 Xidmət Mərkəzinin notariat ofisinin notariusu X1 tərəfindən verilmiş, İİİ şəxs olan "xxxx" MMC xeyrinə ondan müştərək qaydada 2140 manat tutulması üçün verilmiş xx.xx.2025-ci il tarixli 8i-1944 saylı notariat icra qeydinin ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, yalnız üçünçü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlmişdir. Prins Kredit İttifaqı MMC-nin nümayəndəsi X3 mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirərək məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. İddia Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6. maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər (iddiaçı və cavabdeh) məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “X5 Xidmət Mərkəzi notariat ofisinə və üçünçü şəxs Prins Kredit İttifaqına qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 AZN dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-1451/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1451/2025
23.04.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver