Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1472/2023 18.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbinə» dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «aliment tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-1704/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsinin alimentə dair hissəsinin dəyişdirilməsinə, yəni 4 azyaşlı uşaqlarının 05 may 2011-ci il təvəllüdlü Nihadın, 01 iyun 2012-ci il təvəllüdlü Nurayın, 11 iyul 2018-ci il təvəllüdlü Romanın və 14 iyul 2020-ci il təvəllüdlü Gülxarın onun yanında saxlanılmasına, hər ay hər uşaq üçün 50 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ailə həyatı qurmuş, nikahlarını 11 oktyabr 2007-ci ildə rəsmən qeydiyyata aldırmış, birgə yaşayış dövründə üç övladları 04 may 2011-ci il təvəllüdlü X10, 01 iyun 2012-ci il təvəllüdlü X11, 11 iyul 2018-ci il təvəllüdlü X12 doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmış, Bərdə Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət edərək nikahlarının pozulmasını və 3 uşağın saxlanılması üçün Cavabdeh onun xeyrinə aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə qətnaməni qəbul edərək nikahları pozmuş, uşaqları onun yanımda saxlamış, 3 (üç) uşağın saxlanılması üçün onun razılığı ilə hər ay hər uşağın saxlanılması üçün 50 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Nikahları pozulandan sonra onların 4-cü övları da 14 iyul 2020-ci il təvəllüdlü X8 doğulmuşdur. Odur ki, Bərdə Rayon Məhkəməsinin qətnaməsinin alimentə dair hissəsinin dəyişdirlməsinə yəni 4 azyaşlı uşaqlarının 04 may 20211-ci il təvəllüdlü Nihadın, 01 iyun 2012-ci il təvəllüdlü Nurayın, 11 iyul 2018-ci il təvəllüdlü Romanın və 14 iyul 2020-ci il təvəllüdlü Gülxarın onun yanında saxlanılmasına, hər ay hər uşaq üçün 50 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə verilməsinə dair məhkəmə aktına ehtiyacı var. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində səhvən 4 uşağın saxlanılması üçün aliment tutulmasını tələb etmişdir. 14 iyul 2020ci il təvəllüdlü X1 üçün Cavabdeh 50 manat aliment tutularaq onun xeyrinə verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxx 1993-cü ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx xxxxx 1990-cı ildə Ağdam rayonunds doğulmuş, Ağdam rayonu, Quzanlı qəəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 862 nömrəli, 16 fevral 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə şəhəri ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş AZ-İV 448810 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 14 iyul 2020-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarrına əlavə olunmuş AZE 11427708 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X11 01 iyun 2012-ci ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZE 18156431 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 11 iyul 2018-ci ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZE 11791674 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 04 may 2011-ci ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 14 iyul 2020-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Mediasiya Şurası tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, tərəflər arasında razılıq əldə olunmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-1704/2020 saylı, 17 iyun 2020-ci il tarixli Qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında 11 oktyabr 2007-ci il tarixdə bağlanmış nikahın pouzlması, tərəflərin birgə nikahlrından doğulmuş 04 may 2011-ci il təvəllüdlü X10, 01 iyun 2012-ci il təvəllüdlü X11, 11 iyul 2018-ci il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahlarından doğulmuş 04 may 2011-ci il təvəllüdlü X10, 01 iyun 2012-ci il təvəllüdlü X11 və 11 iyul 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə mürraciət edildiyi vaxtdan, yəni 05 may 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 150 manat məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 2007-ci ildə rəsmi evlənmişlər, birgə nikah dövründə 04 may 2011-ci il təvəllüdlü X10, 01 iyun 2012-ci il təvəllüdlü X11, 11 iyul 2018-ci il təvəllüdlü X12 adlı bir uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşmiş, onlar ayrılmışlar. Aralarında olan nikah Bərdə Rayon Məhkəməsinin 2(021)-1704/2020 saylı, 17 iyun 2020-ci il tarixli Qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş 3 uşaqları iddiaçının himayəsində qalmışdır, onların saxlanılması üçün hər ay hər uşağa görə 50 manat, cəmi 150 manat aliment tutulmuşdur. Tərəflərin nikahı pozulduqdan sonra 14 iyul 2020-ci il təvəllüdlü X8 doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbində göstərilən pulun tutulması cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verilməli, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 manat olmasını, uşağın körpə olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 14 iyul 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər hər ay bir uşağın saxlanılması üçün 50 (əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, alimentin tutulması 16 fevral 2023-cü il tarixdən, yəni məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 14 iyul 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi, yəni 16 fevral 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1472/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1472/2023
18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver