Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-151/2024 02.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanılması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan 31 mart 2013-cü il təvəllüdlü X2 adlı övladlarının onun himayəsində saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etməmişdir. Məhkəmə ərizəni və işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, iddia ərizəsi Mülki Prosesual Məcəlləsinin 259.0.6-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-ci maddəsinin tələbinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanılması” tələbinə dair 2(021)-151/2024 saylı mülki iş tərəflərin məhkəmə iclasında iştirak etməməsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-151/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-151/2024
02.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver