Məhkəmə qərarları › İş №2(021)-153/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-153/2024

24.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-153/2024 24.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X16 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (bundan sonra ərizəçi və ya İddiaçı) maraqlı şəxs Cavabdeh (bundan sonra maraqlı şəxs və ya Cavabdeh) olmaqla, “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək birgə nikahlarından olan 24 dekabr 2018-ci il təvəllüdlü X11 və 12 avqust 2020-ci il təvəllüdlü X12 adlı övladlarının onun himayəsində saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 2017-ci ildə Cavabdeh ilə rəsmi nikah bağlamadan ailə qurmuş, bu nikahdan 24 dekabr 2018-ci ildə Nuray və xx.xx.2020-ci ildə Fidan adlarında iki övladları anadan olmuşdur. Aralarında narazılıq olması səbəbindən cavabdehlə ayrılmışlar. Ayrıldıqdan sonra övladları Cavabdeh yanında qalmış, daha sonra uşaqların hər ikisi onun yanına gəlmiş və hazırda onunla yaşayır. Cavabdeh notariat qaydada təsdiq olunmuş ərizə yazaraq övladlarının onun yanında qalmasına etiraz etmədiyini bildirmişdir. Övladları hazırda onun yanında qalır və onların bütün maddi və mənəvi ehtiyaclarını o ödəyir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Nuray və Fidan adlı uşaqlarının onun öhdəsində olması faktının müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, 24 dekabr 2018-ci ildə anadan olmuş X11 və 12 avqust 2020-ci ildə anadan olmuş X12 hazırda onun himayəsində və öhdəsindədirlər. Odur ki, uşaqların onun öhdəsində olması faktının müəyyən edilməsini xahiş edir. Məhkəmənin 02 aprel 2024-cü il tarixli iclasında dindirilmiş maraqlı şəxs Cavabdeh göstərmişdir ki, ərizəçi ilə birgə nikahlarından iki uşaqları doğulmuşdur. Sonuncu ilə 7 il bir yerdə yaşadıqdan sonra ayrılmışlar. Səhhətində olan narahatlıqla bağlı xəstə olduğundan özü könüllü olaraq övladlarının ərizəçidə qalmasına razılıq vermişdir. Notariat ofisində ərizəni könüllü olaraq vermişdir. Uşaqların həmişəlik ərizəçinin yanında qalmasına razıdır. Ərizənin təmin olunmasına etirazı yoxdur. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə Bərdə rayonu Piyadalar kəndində anadan olmuşdur, Bərdə rayonu Piyadalar kəndində yaşayır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh xx.xx.1999-cu ildə Bərdə rayonu Piyadalar kəndində anadan olmuşdur, Bərdə rayonu Piyadalar kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 506 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Piyadalar kəndində yaşayır. 25 avqust 2020-ci il tarixli İ-HK 882882 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X9 24 dekabr 2018-ci ildə Rusiya Federasiyası Kaluqa vilayəti Kaluqa şəhərində anadan olmuşdur. “Ata” qrafasında atası kimi İddiaçı, “ana” qrafasında anası kimi Cavabdeh qeyd edilmişdir. 25 avqust 2020-ci il tarixli İ-HK 538136 nömrəli “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamədən görünür ki, İddiaçı Cavabdeh olan 24 dekabr 2018-ci il təvəllüdlü X1 atası kimi təsdiq edilmişdir. 25 avqust 2020-ci il tarixli İ-HK 882881 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X10 12 avqust 2020-ci ildə Rusiya Federasiyası Kaluqa vilayəti Kaluqa şəhərində anadan olmuşdur. “Ata” qrafasında atası kimi İddiaçı, “ana” qrafasında anası kimi Cavabdeh qeyd edilmişdir. 25 avqust 2020-ci il tarixli İ-HK 538135 nömrəli “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamədən görünür ki, İddiaçı Cavabdeh olan 18 avqust 2020-ci il təvəllüdlü X2 atası kimi təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli MŞG/1/MT007/2023-01784 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. Cavabdeh 10 may 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, azyaşlı övladları xx.xx.2020-ci ildə doğulmuş X3 və xx.xx.2018-ci ildə doğulmuş X4 ataları İddiaçı qalmasına etiraz etmir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən mülki iş rəy verilməsi üçün Bərdə Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının “Yaşayış yeri üzrə həyat şəraitinin müayinəsi barədə” 05 noyabr 2023-cü il tarixli aktından görünür ki, Cavabdeh yaşadığı ev onun atası X5 məxsus xüsusi fərdi yaşayış evidir. Ev birmərtəbəlidir, mişar daşı ilə hörülüb tikilmişdir, dam örtüyü şiferdəndir, dörd otaqlıdır, orta təmirlidir, normal kommunal şəraiti vardır. Evdə Cavabdeh, atası Elman Şirinov və anası Əfruz Şirinova yaşayırlar. Bərdə Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının “Yaşayış yeri üzrə həyat şəraitinin müayinəsi barədə” 30 noyabr 2023-cü il tarixli aktından görünür ki, İddiaçı yaşadığı ev onun atası Orucov şahin Hüseyn oğluna məxsus xüsusi fərdi yaşayış evidir. Ev iki mərtəbəlidir, mişar daşı ilə hörülüb tikilmişdir, dam örtüyü qırmızı dəmirdəndir, beş otaqlıdır, orta təmirlidir, normal kommunal şəraiti vardır. Evdə İddiaçı, övladları Nuray Orucova, Fidan Orucova, atası Şahin Orucov və anası Cəmilə Orucova yaşayırlar. Bərdə Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 13 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, Qəyyumluq və Himayəçilik Komissiyası azyaşlılar Nuray Orucovanın və Fidan Orucovanın anaları Cavabdeh himayəsində qalıb yaşamalarını məqsədəmüvafiq və qanunamüvafiq hesab etmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ərizəçi 2017-ci ildə Cavabdeh ilə evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları müddətdə 24 dekabr 2018-ci ildə Nuray və 12 avqust 2020-ci ildə Fidan adlı uşaqları doğulmuşdur. Hər iki uşağın atalığı müəyyən edilmişdir. Tərəflər aralarında yaranan narazılıqlara görə ayrılmış, ayrıldıqdan sonra uşaqlar maraqlı şəxsin yanında qalsa da, sonuncu sonradan uşaqları ərizəçinin himayəsinə vermişdir. Maraqlı şəxs istər məhkəmə iclasında verdiyi izahatında, istərsə də notariat kontorunda verdiyi ərizəsində azyaşlı uşaqlarının ərizəçinin himayəsində qalmalarına etiraz etmədiyini bildirmiş, bunu xəstəliyi ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.2-ci maddəsinə əsasən, məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iclasında ərizəçinin və maraqlı şəxsin izahatları, toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 24 dekabr 2018-ci ildə X13 və 12 avqust 2020-ci ildə X14 adlı uşaqları doğulmuş, aralarında yaranan narazılıqlara görə ayrılmış, ayrıldıqdan sonra azyaşlı uşaqlar ərizəçinin öhdəsində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, 24 dekabr 2018-ci ildə anadan olmuş X6 və 12 avqust 2020-ci ildə anadan olmuş X7 ərizəçinin öhdəsində olması faktı müəyyən edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, ərizəçi İddiaçı öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, ərizəçi mediasiya seansında iştirak etmək üçün 50 (əlli) manat, məhkəməyə ərizə vermək üçün dövlət büdcəsinə 50 (əlli) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, mediasiya seansında iştirak etmək üçün ödənilmiş 50 (əlli) manat və ərizənin verilməsi üçün ödənilmiş 50 (əlli) manat, cəmi 100 (bir yüz) manat məbləğində rüsum ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : Ərizə təmin edilsin. 24 dekabr 2018-ci ildə anadan olmuş X6 və 12 avqust 2020-ci ildə anadan olmuş X7 ərizəçi İddiaçı öhdəsində olması faktı müəyyən edilsin. Ərizəçi İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar