Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1547/2021 04.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Mayıl oğlunun Cavabdeh qarşı cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, qonşuluq hüququnun pozulması, zəbt edilmiş yolun açılması, qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2iddia ərizəsi ilə məhkəməyə müraciət edərək son qoyulması, qonşuluq hüququnun pozulması, zəbt edilmiş yolun açılması, qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışı iclası 04 may 2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddələrinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə , QƏRARA ALDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cavabdeh qarşı cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, qonşuluq hüququnun pozulması, zəbt edilmiş yolun açılması, qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi tələbinə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 gün müddətində Bərdə rayon məhkəməsinə şikayət verə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1547/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1547/2021
04.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver