Məhkəmə qərarları › İş №2(3-9)-64/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-64/2026

03.09.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-64/2026 03.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh cavabdeh1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və İsrafilov Eldar Ağaverdi oğluna qarşı “cavabdehlər cavabdeh1 və İsrafilov Eldar Ağaverdi oğlu tərəfindən qanunsuz olaraq bağlanmış yolun açılması və həmin yolda inşa edilmiş tikililərin qanunsuz hesab edilərək sökülməsi” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdehlər cavabdeh1, İsrafilov Eldar Ağaverdi oğluna və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən qanunsuz olaraq bağlanmış yolun açılması və həmin yolda inşa edilmiş tikililərin qanunsuz hesab edilərək sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı məhkəməyə tərəflərin subyektiv tərkibinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər cavabdeh1 və İsrafilov Eldar Ağaverdi oğlu tərəfindən qanunsuz olaraq bağlanmış yolun açılması və həmin yolda inşa edilmiş tikililərin qanunsuz hesab edilərək sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun mülkiyyətinə ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.04 ha yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsi verilmişdir. O həmin torpaq sahəsində özünə yaşayış evi tikərək faktiki orada yaşayır. Lakin cavabdeh Cəlilabad rayon Günəşli kənd sakini cavabdeh1 deməsinə görə digər şəxsdən orada həyətyanı torpaq sahəsi almasını əsas gətirərək qanunsuz olaraq onun mülkiyyətində olan torpaq sahəsinə gedən ictimai yolu bağlayaraq orada müvafiq tikinti işləri aparmışdır. Bundan əlavə digər cavabdehlər də yolu özlərinin torpaq sahəsi istiqamətində bağlamışlar. O, dəfələrlə cavabdehlərə bu barədə xəbərdarlıq etsə də, cavabdehlər ona heç bir əhəmiyyət verməyərək öz işlərini davam etdirmişlər. O bu barədə hətta Cəlilabad Bələdiyyəsinə də müraciət etmişdir. Bələdiyyənin əməkdaşları da cavabdehə bu barədə xəbərdarlıq etsələr də, heç bir nəticə əldə edilməmişdir. Hansı ki, cavabdehlərin tutmuş olduğu torpaq sahəsindən kanalizasiya, su və digər kommunikasiya xətləri keçir. Həmin yoldan istifadə etmək onun (iddiaçının) subyektiv hüququna aid olduğu və gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin (yanğın və s.) qarşısını almaq çətinlik törətdiyi üçün həmin yol açılmalı və orada olan hər bir tikili sökülməlidir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi (hakim Elxan Əmirəliyev) ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh1 tərəfindən iddiaçı İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə gedən zəbt edilmiş yolun 15,56 kv.m hissəsindən dəmir hasar sökülməklə cavabdeh cavabdeh1 çıxarılması, torpaq sahəsinə gediş-gəliş yolu açılması və iddiaçının yoldan istifadə hüququnun bərpa edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasına görə cavabdeh cavabdeh1 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iş üzrə məhkəmə mühəndistexniki ekspertizasının keçirilməsinə görə cavabdeh cavabdeh1 95 (doxsan beş) manat alınaraq iddiaçı İddiaçı verilməsi, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı cavabdeh cavabdeh1 tutularaq iddiaçı İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: - İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ************ reyestr nömrəli çıxarışdan görünür ki, İddiaçı adına ünvan 4 ünvanında 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ## ### 2019-cu il tarixdə 2322015194 nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ************ reyestr nömrəli çıxarışdan görünür ki, İsrafilov Eldar Ağaverdi oğlunun adına ünvan 2 24 ünvanında 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ## ######## 2022-ci il tarixdə 2322019299 nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ************ reyestr nömrəli çıxarışdan görünür ki, cavabdeh1 adına Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsi, ünvanında 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ## #### 2022-ci il tarixdə 2319003814 nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 806013003037-****** reyestr nömrəli çıxarışdan görünür ki, cavabdeh1 ünvan 2 ev 22 ünvanında 0,0357 ha torpaq sahəsinin üzərində tikilmiş 1 mərtəbəli 108,9 kv.metrlik evi vardır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## ### 2025-ci il tarixli rəyin surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, X2 uçotu informasiya sistemində çıxarışların yerləşmə vəziyyətinə görə İddiaçı ************ reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0,04 ha həyətyanı torpaq sahəsinə cənub-qərb istiqamətindən nəzərdə tutulmuş gediş-gəliş yolunun olduğu müəyyən edilmiş, iddiaçı İddiaçı ************ reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0,04 ha həyətyanı torpaq sahəsinə X2 uçotu informasiya sistemi baza məlumatında qeydiyyata alınmış çıxarışların yerləşmə vəziyyətinə görə tələb etdiyi istiqamətdən gedişgəliş yolu cavabdeh İsrafilov Eldar Ağaverdi oğluna 8060131060675 reyetr nömrəli çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsinin olduğu müəyyən olunmuş, X2 uçotu informasiya sisteminə əsasən cavabdeh cavabdeh1 iddia olunan torpaq sahəsinin şimalşərq istiqamətindən ümumi istifadəli yolun 15,56 kv.metr hissəsini dəmir profillə hasarlanmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyənləşdirilmiş, X2 uçotu informasiya sistemi baza məlumatına əsasən iddia edilən torpaq sahəsinin mübahisələndirilən hissəsində cavabdehlər cavabdeh1 və İsrafilov Eldar Ağaverdi oğlu tərəfindən hər hansı tikinti işlərinin aparılmadığı müəyyən edilmiş, X2 uçotu informasiya sistemi baza məlumatı materialına görə mübahisələndirilən torpaq sahələrinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh1 Cəlilabad şəhər sakini Musayeva Səmayə İbadulla qızından 0,06 ha torpaq sahəsi almış və həmin torpaq sahəsini çəpərə almışdır. İddiaçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin ətrafında xəritə sxeminə əsasən bələdiyyə mülkiyyətində ümumi istifadədə olan yol mövcud olmuşdur. Lakin həmin yol, cavabdeh1 çəpərə alması ilə qismən, 15,56 kv.m hissədə zəbt edilmişdir. Bununla da iddiaçı İddiaçı məxsus torpaq sahəsindən səmərəli istifadəsi məhdudlaşdırılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia cavabdeh İsrafilov Eldar Ağaverdi oğluna münasibətdə əsassız olduğundan təmin edilməməli, iddia cavabdeh cavabdeh1 münasibətdə qismən təmin edilməli, cavabdeh cavabdeh1 iddiaçı İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə gedən zəbt edilmiş yolun 15,56 kv.m hissəsindən dəmir hasar sökülməklə cavabdeh cavabdeh1 çıxarılmalı, torpaq sahəsinə gediş-gəliş yolu açılmalı və iddiaçının yoldan istifadə hüququ bərpa edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 (1)-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111(1),(3)-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4, 77.1, 14.2, 119.1, 213-cü maddələri və İnsan Hüquqları və X6 Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinin hansı istiqamət və ölçüdə zəbt edilməsi ekspert öz rəyində göstərməməsinə baxmayaraq əlavə ekspertiza təyin etməməsi və ekspert rəyinin yarımçıq deyil tam və hərtərəfli ölçü işlərinin aparılmaqla verilməsi halları iddianın təmin və ya rədd edilməsinə əsas yaranmış haldır. Verilmiş ekspert rəyi məhkəmənin özünün ekspert qarşısında qoyulmuş sualı cavablandırmamasını qeyd edildiyi və əlavə ekspertiza təyin etməli olduğu halda bunu etməmiş, yarımçıq olan ekspert rəyini sübut növü kimi qəbul etmişdir. Həmin ekspert rəyinin isə məhz mütəxəssis rəyinə əsaslanmaqla qeyd edilməsi hallarına isə ümumiyyətlə qiymət verməmiş, ekspert rəyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, *-**-*-**/*- ****/**** saylı mütəxəssis rəyi əsasında verilməsini nəzərə almamış, eyni zamanda həmin rəyi vermiş dövlət orqanı tərəfindən hüquqların dövlət qeydiyytı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və torpaq sahəsinin döngə nöqtələri məhz həmin dövlət orqanı tərəfindən cavabdehə təqdim edilməklə torpaq sahənin çəpərləməsi və həmin çəpərin isə koordinatların tələblərinin pozulmaması ilə çəkilməsi hallarının araşdırılmaması isə iş üzrə idda tələbinin qanunsuz və əsassız olmaqla rədd edilməsinin əsasıdır. Cavabdeh cavabdeh1 Cəlilabad Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər cavabdeh İsrafilov Eldar Ağaverdi oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hal-hazırda cavabdeh qətnamənin ləğv edilməklə iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətindən görünür ki, mübahisələndirilən hissə iddianın təmin edilmiş hissəsidir. Odur ki, məhkəmə tərkibi Cəlilabad Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində-cavabdeh cavabdeh1 münasibətdə iddianın təmin edilən cavabdeh cavabdeh1 tərəfindən iddiaçı İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə gedən zəbt edilmiş yolun 15,56 kv.m hissəsindən dəmir hasar sökülməklə cavabdeh cavabdeh1 çıxarılması, torpaq sahəsinə gediş-gəliş yolu açılması və iddiaçının yoldan istifadə hüququnun bərpa edilməsi hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq mübahisəni yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı istinad edir ki, cavabdeh cavabdeh1 tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinə gedən ümumi istifadədə olan yol qanunsuz olaraq zəbt edilərək bağlanmış və bununla da həmin torpaq sahəsindən istifadəsi məhdudlaşdırılmışdır. Cavabdeh cavabdeh1 isə iddiaya etiraz edərək apellyasiya şikayətində bildirir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində gəldiyi nəticəni ekspert və mütəxəssis rəylərinə əsaslandırsa da, həmin rəylərin tam və hərtərəfli araşdırılmasını təmin etməmiş, ekspert qarşısında qoyulmuş sualların cavablandırılmadığını nəzərə alaraq əlavə ekspertiza təyin etməmişdir. Həmçinin, ekspert rəyinin müvafiq dövlət orqanının mütəxəssis rəyinə əsaslanmaqla hazırlanmasına, cavabdehin torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına dair sənədlərə və həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına lazımi hüquqi qiymət verilməmişdir. Bu əsaslarla cavabdeh qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə həmin hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh1 Cəlilabad şəhər sakini Musayeva Səmayə İbadulla qızından 0,06 ha torpaq sahəsi alaraq həmin torpaq sahəsini çəpərləmiş, iddiaçı İddiaçı məxsus 0,04 ha torpaq sahəsinin ətrafında isə bələdiyyə mülkiyyətində ümumi istifadədə olan yol mövcud olmuşdur. Məhkəmənin qənaətinə görə, həmin yolun 15,56 kv.m hissəsi cavabdeh tərəfindən çəpərlənməklə zəbt edilmiş və nəticədə iddiaçının öz torpaq sahəsindən səmərəli istifadə etmək imkanı məhdudlaşdırılmışdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və II hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Məhkəmə tərkibi mübahisənin həlli üçün əldə edilmiş mütəxəssis rəyini araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş rəy iş üzrə mübahisəli halların tam və obyektiv müəyyən olunmasına kifayət etmədiyindən (mübahisə üzrə ətraflı suallar mütəxəssis qarşısında qoyulmadığından) mülki işə hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyətli olan göstərilən məsələnin aydınlaşdırılması zəruri olduğundan mülki iş üzrə mütəxəssis cəlb edilməsi və mütəxəssis rəyinin yeni elektron baza (tekuis) məlumatları əsasında hazırlanması məqsədəmüvafiqdir. Apellyasiya mərhələsində Azərbаycаn Respublikаsının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Cəlilabad Ərazi Dairəsi tərəfindən verilmiş ## #### 2026-ci il tarixli, ****/**** nömrəli mütəxəssis rəyi ilə müəyyən edilir ki; X2 uçotu informasiya sistemində gediş-gəliş yolu kimi qeyd edilən torpaq sahəsinin 112.8 kv.m hissəsi (şimal-şərq istiqamətində) ************ reyestr nömrəli çıxarışla cavabdeh1 mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin hüdudları daxilində üst-üstə düşür. X2 uçotu informasiya sistemində yol kimi qeyd olunan torpaq sahəsinin 112.8 kv.m hissəsi cavabdeh1 ************ reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. cavabdeh1 aid torpaq sahəsinin şimal-şərq istiqamətindən ümumi istifadəli yolun 15.56 kv metr hissəsi (çıxarışın hüdudlarından kənar) dəmir profillə hasarlanmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. ************-***** reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsinə X2 uçotu informasiya sistemində gediş-gəliş yolunun mövcud olduğu müəyyən edilir. ************-***** reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsinə X2 uçotu informasiya sistemində cənub-qərb istiqamətdən gedişgəliş yolu mövcuddur. Qeyd edilməlidir ki, rəy nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. İş materiallarından müəyyən edilir ki, ölçmə və müəyyənləşdirmə işləri X2 Uçotu İnformasiya Sisteminin (TEKUİS) rəsmi elektron baza məlumatları əsasında aparılmışdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, TEKUİS məlumatları torpaq sahələrinin kadastr sərhədlərinin müəyyən edilməsi üçün dəqiq və etibarlı mənbə hesab olunur. Beləliklə, ## #### 2026-cı il tarixli, ****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, X2 Uçotu İnformasiya Sistemində gediş-gəliş yolu kimi qeyd edilmiş torpaq sahəsinin 112,8 kv.m hissəsi cavabdeh1 ************ reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin hüdudları daxilində, başqa sözlə, həmin torpaq sahəsi ilə üstüstə düşən vəziyyətdə yerləşir. Məhkəmə tərkibi xüsusilə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilmiş bu hal mühüm hüquqi əhəmiyyət kəsb edir. Belə ki, iş üzrə bir tərəfdən cavabdeh1 adına dövlət qeydiyyatına alınmış xüsusi mülkiyyətdə olan torpaq sahəsi, digər tərəfdən isə X2 Uçotu İnformasiya Sistemində gediş-gəliş yolu kimi qeyd edilmiş ərazi mövcuddur və mütəxəssis rəyinə əsasən həmin ərazilər müəyyən hissədə bir-biri ilə üst-üstə düşür. Məlumdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Həmin maddənin III hissəsinə əsasən isə mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 13-cü maddəsinin məzmunundan irəli gəldiyi kimi, mülkiyyətin dövlət, xüsusi və ya bələdiyyə mülkiyyəti formasında olmasından asılı olaraq onun hüquqi müdafiəsinə münasibətdə həmin mülkiyyət formalarından hər hansı birinə digərindən üstün hüquqi status verilə bilməz. Başqa sözlə, mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hazırkı iş üzrə isə mübahisənin mahiyyəti məhz bundan ibarətdir ki, gediş-gəliş yolu kimi müəyyən edilmiş ərazi ilə cavabdehin dövlət qeydiyyatına alınmış xüsusi mülkiyyətində olan torpaq sahəsi müəyyən hissədə üst-üstə düşür. Belə olan halda həmin ərazinin yalnız “yol” kimi elektron kadastr məlumatlarında göstərilməsi özözlüyündə cavabdehin dövlət qeydiyyatına alınmış mülkiyyət hüququna münasibətdə üstün hüquqi nəticə yarada bilməz. Eyni zamanda, cavabdehin torpaq sahəsinin xüsusi mülkiyyətdə olması da həmin ərazinin ümumi istifadəli yol kimi hüquqi statusuna üstünlük vermir. Məhkəmə tərkibi qeyd edir ki, torpaq sahələrinin üst-üstə düşməsi müəyyən edildiyi halda məhkəmə mülkiyyət formalarından hər hansı birini digərindən üstün tutmaqla deyil, tərəflərin hüquqlarının qanunla müəyyən edilmiş hədlərini və həmin hüquqların yaranmasının, dövlət qeydiyyatının və həyata keçirilməsinin hüquqi əsaslarını nəzərə almaqla mübahisəni həll etməlidir. Bu baxımdan birinci instansiya məhkəməsinin yalnız mübahisəli hissənin “ümumi istifadəli yol” kimi müəyyən edilməsinə əsaslanaraq həmin hissənin cavabdeh tərəfindən zəbt edildiyi və bununla iddiaçının hüquqlarının pozulduğu nəticəsinə gəlməsi kifayət qədər əsaslandırılmış hesab edilə bilməz. Çünki apellyasiya icraatı zamanı əldə edilmiş yeni mütəxəssis rəyi torpaq sahələrinin faktiki və kadastr yerləşmə vəziyyətinin əvvəlki rəydə göstərildiyindən daha mürəkkəb olduğunu, o cümlədən gediş-gəliş yolu kimi qeyd edilmiş 112,8 kv.m hissənin cavabdehin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyünü müəyyən etmişdir. Belə olan halda, məhkəmə həmin üst-üstə düşmənin hüquqi səbəbini və tərəflərin müvafiq hüquqlarının hansı sənədlərdən irəli gəldiyini araşdırmadan, yalnız bir tərəfin istifadə etdiyi ərazinin “yol” kimi qeyd olunmasına əsaslanaraq digər tərəfin dövlət qeydiyyatına alınmış xüsusi mülkiyyət hüququnun məhdudlaşdırılmasına qərar verə bilməz. Odur ki, mübahisəli ərazinin həm gediş-gəliş yolu kimi elektron kadastr məlumatlarında göstərilməsi, həm də cavabdehin dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi nəzərə alınmaqla, yalnız yolun bağlanması faktına əsaslanaraq iddia tələbinin təmin edilməsi üçün hüquqi əsasların mövcud olduğu qəbul edilə bilməz. Göründüyü kimi, hazırkı işdə iddia tələbinin qanuni əsası müəyyən edilmir. Yəni iddia tələbinin qanuni əsasının müəyyən edilmədiyi aşkar olunduqda, məhkəmə araşdırması başa çatır. Bununla yanaşı, mübahisənin həlli baxımından əhəmiyyətli digər hal ondan ibarətdir ki, mütəxəssis rəyində iddiaçının mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə alternativ gediş-gəliş yolunun mövcudluğu da müəyyən edilmişdir. Belə ki, ## #### 2026-cı il tarixli, ****/**** nömrəli mütəxəssis rəyinin səkkizinci və doqquzuncu suallarına verilmiş cavablardan görünür ki, İddiaçı mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə X2 Uçotu İnformasiya Sistemində gediş-gəliş yolu nəzərdə tutulmuş və həmin yolun cənub-qərb istiqamətindən mövcud olduğu müəyyən edilmişdir. Bu hal xüsusilə ona görə əhəmiyyətlidir ki, iddiaçının hazırkı tələbi mübahisəli 15,56 kv.m hissənin açılması və həmin yoldan istifadə hüququnun bərpa edilməsi ilə bağlıdır. Halbuki iş üzrə əldə edilmiş mütəxəssis rəyi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə digər istiqamətdən, yəni cənub-qərb istiqamətindən gediş-gəliş yolunun mövcudluğunu təsdiq edir. Belə olan halda, iddiaçının məhz cavabdeh tərəfindən hasarlanmış 15,56 kv.m hissədən istifadə etməsinin zəruri olub-olmaması ayrıca dəyərləndirilməlidir. Çünki mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələb irəli sürülərkən yalnız müəyyən bir ərazinin bağlanması faktının mövcudluğu deyil, həmin bağlanmanın mülkiyyətçinin əmlakından istifadə imkanını faktiki və real şəkildə məhdudlaşdırıb-məhdudlaşdırmadığı da müəyyən edilməlidir. Hazırkı iş üzrə isə iddiaçının torpaq sahəsinə başqa istiqamətdən gediş-gəliş yolunun mövcudluğu müəyyən edilmişdir. Bu baxımdan, həmin alternativ yol mövcud olduğu halda, mübahisəli 15,56 kv.m hissənin bağlanmasının iddiaçının torpaq sahəsindən istifadəsini mümkünsüz etdiyi və ya əhəmiyyətli dərəcədə məhdudlaşdırdığı barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş materialları ilə tam təsdiq olunmur. Məhkəmə tərkibi hesab edir ki, alternativ gediş-gəliş yolunun mövcudluğu mübahisənin həlli zamanı nəzərə alınmalı olan mühüm haldır. Əgər iddiaçının mülkiyyətində olan torpaq sahəsinə digər istiqamətdən gediş-gəliş real olaraq mümkündürsə, yalnız mübahisəli hissədən keçid imkanının təmin edilməsi tələbinin hansı hüquqi zərurətdən irəli gəldiyi və həmin yolun bağlanmasının iddiaçının konkret hansı mülkiyyət hüququnu pozduğu əsaslandırılmalıdır. Bu isə öz növbəsində onu göstərir ki, mübahisəli 15,56 kv.m hissənin hasarlanması faktı ilə yanaşı, iddiaçının həmin hissədən istifadəyə zərurətinin olubolmaması, mövcud alternativ yolun gediş-gəliş üçün yararlı olub-olmaması və iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə real maneənin yaranıb-yaranmaması da sübut edilməlidir. MM-in 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən alternativ gediş-gəliş yolunun mövcudluğuna baxmayaraq, məhz mübahisəli 15,56 kv.m hissənin açılmasının zəruri olduğunu və digər istiqamətdən mövcud olan yolun onun torpaq sahəsindən normal istifadə etməsinə imkan vermədiyini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, mübahisəli ərazinin cavabdehin dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə müəyyən hissədə üst-üstə düşməsi, mülkiyyət formalarından hər hansı birinə üstünlük verilməsinin yolverilməzliyi və eyni zamanda iddiaçının torpaq sahəsinə cənubqərb istiqamətindən alternativ gediş-gəliş yolunun mövcud olması birlikdə qiymətləndirildikdə, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsi üzrə gəldiyi nəticənin kifayət qədər əsaslandırılmadığı qənaətinə gəlinir. Məhkəmə tərkibinin qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə ədalətli araşdırma aparılmamış, iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmamış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirməmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(073)- **/**** saylı qətnaməsi qismən-cavabdeh cavabdeh1 tərəfindən iddiaçı İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə gedən zəbt edilmiş yolun 15,56 kv.m hissəsindən dəmir hasar sökülməklə cavabdeh cavabdeh1 çıxarılması, torpaq sahəsinə gediş-gəliş yolu açılması və iddiaçının yoldan istifadə hüququnun bərpa edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də rədd edilməlidir. İddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza xərci də iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Birinci instansiya və apellyasiya mərhələsində mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş məhkəmə xərcləri isə tərəflərin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi qismən-cavabdeh cavabdeh1 tərəfindən iddiaçı İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə gedən zəbt edilmiş yolun 15,56 kv.m hissəsindən dəmir hasar sökülməklə cavabdeh cavabdeh1 çıxarılması, torpaq sahəsinə gediş-gəliş yolu açılması və iddiaçının yoldan istifadə hüququnun bərpa edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına görə iddiaçı İddiaçı 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE**********0002088501) hesabına ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Mütəxəssis rəyinin alınması üçün ödənilmiş məhkəmə xərcləri tərəflərin özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar